|
|
|
| Hansı əraziden girirsiniz? |
|
|
|
| Edilən pisliklər yaxşılıqlardan bir addım öndədir! | Maraqlı və məsləhətli | |
Edilən pisliklər yaxşılıqlardan bir addım öndədir!
Bəzən həyatımızda elə hadisələr yaşanır ki, o hadisəni heç bir zaman unutmayacağımızı dilə gətiririk ancaq buna baxmayaraq unuduruq. Bu eyniliklə heç bir zaman unutmayacağımız dediyimiz insanlara da, aiddir. Bizə edilən yaxşılıqlar pisliklərin yanında hər zaman görünməz olur!
Biz çox zaman bizə edilən yaxşılıqları dəyərləndirməyi bacardığımızı dilə gətiririk.Əgər bu belədirsə nə üçün layiqli insanları vaxtında dəyərləndirmirik? Hər zaman onlara layiq olduğu dəyəri yanımızdaykən deyil, bizdən ayrıldığı zaman, bizimlə birlikdə olmadığı zaman verməyə başlayırıq.Nə üçün sonradan vicdan əzabı çəkirik?Nə üçün sonradan peşman oluruq?Axı keçən keçmişdir.İtirdiklərimizi geri gətirirmi? Sevdiklərimizi yeri gətirirmi? Hisslərimizi, o ilk həyəcanı geri gətirirmi peşmanlıq?
Biz heç nəyi geri gətirmədiyini bildiyimiz halda yenə də, uşaqlıq edirik.Bəli uşaqlıq edirik! Əslində nəyi geri istəyirik axı? İtirdiyimiz dəyərləri vədlər verərərək, qoruyacağımıza dair sözlər nə dərəcədə kömək edə bilər bizə? Gedən artıq getmişdir.İtirdiyiniz bir şeyi yenidən əldə etmək sizlər üçün nə dərəcədə o ilk sevinci bəxş edə bilər? Bizə edilən pisliklərə əsasən insanları dəyərləndiririk.Hər zaman pisliklərin bir addım yaxşılıqlardan üstün olduğunu düşünürük.Məhz elə buna görə də, yaxşılıqları unudur, pislikləri isə silinməz tarix olaraq yaddaşımıza həkk edirik.Kaş bizlər üçün edilən yaxşılıqlarıda bu cür dəyərləndirə bilsəydik.Unutmamaq üçün əlimizdən gələni edə bilsəydik...
Kaş edilən pislikləri yaxşılıqlardan bir addım öndə görməzdik!
Hər insanın daxilində şeytanlıq var.Bu şeytanlıq bəzilərdində daha çox bəzilərdində isə görünməyəcək qədər çox kiçikdir.Onların böyüyərək bizi, ətrafımızdakı insanları zəhərləməsinə şəraiti bizlər yaradırıq.Başqalarının pis tərəflərini asanlıqla qeyd edirik.Başqalarının səhvlərini hər zaman görürük.Ancaq növbə bizə gələndə hər şey dəyişir.Hər zaman nəzakət, xoş davranış gözləyirik.Bəs eynisini nə dərəcədə verməyə hazırıq? Bizlər hər zaman qarşılıqlı bir münasibət gözləyirik. Əgər mənə kimsə sərt davranırsa eynisini məndə etməliyəm! Əgər biri mənimlə kobud rəftar edirsə eynisini məndə etməliyəm! Əgər kimsə mənimlə nəzakətlidirsə eynisini məndə etməliyəm!
Fikir verin.Bir insanın müəyyən müddətlik xoş yaxudda kobud rəftarlarına əsasən insanlara dəyər veririk.Bu insan məni tərif edirsə, məni bəyəndiyini dilə gətirirsə eynisini məndə ona etməliyəm deyirik.Bizə edilən pisliklərin isə necə geri qaytaracağımıza dair planlar qururuq.Görəsən necə edək ki, bizim keçirdiyimiz hisslərin eynisini oda yaşasın? Bizə kimlərsə yaxşılıq edirsə bunu zamanla unuduruq.Bizə əl tutan ilkləri çox az insanlar hər zaman xatırlayır.Əks halda hər kəsi yenilər əvəz edir.Köhnələr unudulur, yenilər isə könlümüzdə taxt qurur.Ancaq pisliklər olsaydı bunu unutmaz sonra kimi xatırlayar, bu söhbətin ölməsinə icazə verməzdik.
Kaş edilən pislikləri yaxşılıqlardan bir addım öndə görməzdik!
Xeyir şərə daima qalib gəlib deyirlər.Ancaq hal-hazırda şərlə məşğul olmaq daha məqsədə uyğundur.Çevrəmiz, həyatımız, insanlar bizim bu addımı atmağımıza vadar edirlər.Nə üçün valideynlərimiz , yaxınlarımız, bizi sevənlər bizə "Heç kəsi tanımadına güvənmə" deyirlər? Bu o demək deyil ki, bu bizə qarşı olan inamsızlıqdan irəli gəlir.Yox əsla! Çevrəmizdə hər cür tip insanların mövcüdluğundan irəli gəldiyi üçün bizə məsləhətlər veririlir.İnsanlar o qədər dəyişib ki, öz mənfəətlər uğruna yaxınlarına , sevdiklərinə xəyanət edən insanlarla tez-tez qarşılaşırıq.Artıq bu adi hal alıb.Eşitdikdə daha təəcüblənmirik.Görəsən gələcəkdə daha hansı pis vərdişləri çox asanlıqla qəbul edəcəyik?
Təşəkkür edənlər: (47) sintaqm, rena94, PaLeRmO, Without_you, Heyatim, Morena, Whatever Happens, ARISTOKRAT_SS, _REQANA_, _SENSELES_LIFE_, indivium, Mr.Constantine, MAGIC GIRL, E.C.N, EQZOTIKA, GANESA, Enamoured, ASHKSIZ_PRENS, _stilyawka_, red_coupe, Nicole_, zaur16, Splendid_Girl, Lunam, Doctor Q, _GUCCI_, SINDIYA, withyou, hosted_man, Never_love, Glass heart, qordaya_lezginka, denizim, Aska_5, Romina, Sensiz_Qocaldim, Menim_gozel_alibim, matematik, mix dominant, BUTTERFLY 1, AMORE, R.N.T, Beyonce ft Rihanna, princessa, loving_life, MrS_BLaCKBeRRY, nuwka |  | |  |  | |
| Baxış sayı: 1699 Şərhlər (16) Müəllif : Aze_girl 20 Yanvar 2012 20:00 | |  |  |  |  |
| |
 | #16 Şərhin müəllifi: renatepuhl | | | | | 
| .This technique, you will get views from past brides and additionally grooms who seem to had the goods.You can discover good any cake is, how efficient the creator was, and the best way easy they was to work alongside.Finally, you ought to have a pastry tasting consultation with the final choices of brands.This way you possibly can taste what you should actually be getting poured.You should know that you are comfortable with the pricing plus the delivery service fees and plan.<br /> <br /> Once you finally decide on a wedding white designer, you will need to be prepared to cooperate with him or possibly her about the design approach.You have to give ones own input to the style with cake you would like.Showing any designer pictures you could have found within a magazine with cakes this interested you is often a major help | |  | |  |  | 24 Aprel 2012 13:50 | Qeydiyyat: 24.08.2011 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #15 Şərhin müəllifi: nuwka | | | | | 
| Kaş edilən pislikləri yaxşılıqlardan bir addım öndə görməzdik! KAWWWWWWWWW | |  | |  |  | 6 Fevral 2012 21:09 | Qeydiyyat: 6.01.2012 | Adı: nuwka | Ünvan: BAKU | |  |  |  |  |
| | | #14 Şərhin müəllifi: princessa | | | | | 
| Sitat: R.N.T gozel elaa sozdercun muellife sonsuz twk
--------------------
Ey insan,dağ qədər yüksəkdə olsan da kəfənə sığacaq qədər kiçiksən. Unutma hər şeyin bir hesabı var üzdüyün qədər kədərlənərsən..!
Ahh ulan heyat bew kuruw etmezsinde ,yawiyorum iwte annem uzulmesin diye !
Men Senin Otagina 'GELENLIKLE' girib. 'KEFENLE' cixmaq istiyirem Deyen Qiz her bir ogLanin BaWTacIdir ....!!! | |  | |  |  | 22 Yanvar 2012 19:17 | Qeydiyyat: 17.07.2010 | Adı: Nurka | Ünvan: -- | |  |  |  |  |
| | | #13 Şərhin müəllifi: mix dominant | | | | | 
| maraqla sona qeder oxudum tewekkurler amma mence her wey qarwiliqli olmamalidir,cunki bir insan ki bize pislik edib ozune gunah qazanirsa biz niye oz yaxwiligimizdan qalib ona qarwiliq verib gunah qazanmaliyiq?mene edilen pisliye caliwmamiwam qarwiliq verim caliwmiwam hemiwe o mene pislik edeni ozumden uzaqlawdirim.. xebere gore tewekkurler heqiqeten cox maraqli idi
--------------------
Ümidsiz Qapılar Vardır Açılmaz.Rəbbimin Qapısı Böyükdür,Bağlanmaz.Sən Ümidini Itirmə Rəbbim Qulunu Buraxmaz.... | |  | |  |  | 21 Yanvar 2012 01:04 | Qeydiyyat: 22.08.2011 | Adı: (¯`•._ღ_.•´¯) | Ünvan: »»Bakı«« | |  |  |  |  |
| | | #12 Şərhin müəllifi: R.N.T | | | | | 
| Sitat: Glass heart gozel elaa sozdercun muellife sonsuz twk
--------------------
Mənə nifrət edənlərə nifrət etməyə vaxtım yoxdur. Çünki mən,mənə dəyər verənləri sevməklə məşğulam!!! | |  | |  |  | 21 Yanvar 2012 00:44 | Qeydiyyat: 28.08.2011 | Adı: R.N.T | Ünvan: KIYEV | |  |  |  |  |
| | | #11 Şərhin müəllifi: Rebeka | | | | | 
| Kaş edilən pislikləri yaxşılıqlardan bir addım öndə görməzdik! insan psixologiyasidi da neylemek olarki
--------------------
Если с Богом разговариваете Вы — это молитва; а если Бог разговаривает с Вами — это шизофрения. Если мёртвые разговаривают с Вами — Вы спиритуалист, а если с мёртвыми разговариваете Вы — Вы шизофреник. | |  | |  |  | 20 Yanvar 2012 22:42 | Qeydiyyat: 10.11.2011 | Adı: Rebeka | Ünvan: BAKIM | |  |  |  |  |
| | | #10 Şərhin müəllifi: matematik | | | | | 
| Yaxşılığı unudub, pisliyi unutmayıb bağışlayan insana kamil insan deyirlər... Yoxsa o mənə pislik edib, mən də ona pislik edim... onda sən də olursan onun səviyyəsində, onun tayı... hər şeyin vaxtı var, bir az səbirli olmaq lazımdır... | |  | |  |  | 20 Yanvar 2012 21:54 | Qeydiyyat: 16.10.2011 | Adı: Viki | Ünvan: Azerbaycan | |  |  |  |  |
| | | #9 Şərhin müəllifi: Menim_gozel_alibim | | | | | 
| Never_love, hosted_man, qordaya_lezginka, denizim, Romina,
Insan adi beyinle dualistcesine fikirlesir:xeyir ve ser,sirin ve aci,isiq ve qaranliq...Amma tebietde bele bir dualizm movcud deyil.Dunyada ne ser,ne de xeyir var,yalniz heyat ve emel var.Biz hereketi tesvir edende heyati tesvir edirik;sonra ise bu herekete ad verende-meselen pislik ve ya yaxsiliq,exlaqsizliq ve ya leyaqetsizlik-subyektiv menfi ve ya musbet rey sahesine daxil oluruq.
--------------------
Təklik,insanın iç dünyasını düzəldən və axirətə hazırlayan sadiq bir dostdur.
Dostluq, hər kəsin susduğu bir anda danışmaq və yoldaşına güvəndiyini söyləməkdir. | |  | |  |  | 20 Yanvar 2012 21:37 | Qeydiyyat: 2.01.2012 | Adı: Leyla | Ünvan: Baki weheri | |  |  |  |  |
| |  | |  |  | 20 Yanvar 2012 21:12 | Qeydiyyat: 27.10.2011 | Adı: SadəcƏ_AvarA_NickE | Ünvan: Qaradağ Qobustan_Q | |  |  |  |  |
| | | #7 Şərhin müəllifi: Romina | | | | | 
| Bir insana 5 dəfə yaxşılıq et ancaq 1 dəfə pislik et onun beyninə ancaq pislik həkk olunacaq.Bu nəsə bir insan psixologiyasıdı bəlkədə.Nəbilim) Xəbərin müəllifin görəndə gözlərim qamaşdı:)Təşəkkürlər Aze)
--------------------
| |  | |  |  | 20 Yanvar 2012 21:02 | Qeydiyyat: 10.10.2009 | Adı: ((¯`»¦«´¯)) AşKMeLeGi ((¯ | Ünvan: İtaliya | |  |  |  |  |
| | | #6 Şərhin müəllifi: Aska_5 | | | | | 
|
--------------------
Həyatım bir cümlə, sənsən onun nidası... Sən oldun bu cümlənin xəbəri, mübtədası... | |  | |  |  | 20 Yanvar 2012 20:57 | Qeydiyyat: 3.08.2011 | Adı: Aska | Ünvan: Baki | |  |  |  |  |
| | | #5 Şərhin müəllifi: denizim | | | | | 
| Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
--------------------
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin. | |  | |  |  | 20 Yanvar 2012 20:51 | Qeydiyyat: 1.08.2007 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #4 Şərhin müəllifi: qordaya_lezginka | | | | | 
| men de evveller bele dusunurdum ki niye mene olunan pislikleri unuduram , o insanlara yaxsiliq etmeye davam edirem, ozum ozume soz verirdim ki deyisilecem amma alinmirdi... indi ise tam eksine dusunurem ki mene bele yasamaq rahatdi, men ele buyam daha deyisen deyilem. bu xasiyyetim meni xosbext edir. isteyir yaxsilgimi basadushsunler , isteyir yox . ... | |  | |  |  | 20 Yanvar 2012 20:43 | Qeydiyyat: 8.08.2010 | Adı: гордая лезгинка | Ünvan: baki | |  |  |  |  |
| | | #3 Şərhin müəllifi: Glass heart | | | | | 
| Suuuuuuuuper gozel elaa sozdercun muellife sonsuz twk
--------------------
Sənə yaza bilmərəm amma səni yazaram: Bir nağılın sonsuz sevgisisən... | |  | |  |  | 20 Yanvar 2012 20:23 | Qeydiyyat: 19.08.2011 | Adı: Diana | Ünvan: Baki | |  |  |  |  |
| | | #2 Şərhin müəllifi: hosted_man | | | | | 
| Artıq bu adi hal alıb.Eşitdikdə daha təəcüblənmirik.Görəsən gələcəkdə daha hansı pis vərdişləri çox asanlıqla qəbul edəcəyik? Məntiqli yazıdır..Bir söz də deyim ki,həyatımızda hər şey qarşılıqlı olmalıdı..Eləcə də hörmət,eləcə də sevgi..Mənə pis davranana mən yaxşı davransam,qıraqdakılar mənim zəif olduğumu vurğulayacaqlar..Belə baxanda haqq qazandırıram..Mənə necəsənsə,mən də elə olmalıyam...Əlimizdə olanın qədrini bilmək məsələsinə qalanda isə,həiqəqətəndə elədi ki,itirəndə daha çox fərqinə varırıq bunun..Amma ki,sonrakı peşmançılıq fayda verməz məsələsi var da :(... Yazı məntiqli olduğu üçün xoşuma gəldi,əla xəbərdir...Uzun müddətdən sonra sizin xəbərinizi görmək xoş oldu :)
--------------------
Özünü ehtiraslı sayan qız! Altında yatmadığın bir torpaq qalıb...! | |  | |  |  | 20 Yanvar 2012 20:19 | Qeydiyyat: 11.07.2009 | Adı: Hosted | Ünvan: Host Qalaktikası | |  |  |  |  |
| | | #1 Şərhin müəllifi: Never_love | | | | | 
| DOGRUDU.BIZE EDILENLERI COX TEZ UNUDURUQ ruslari unutdugumuz kimi
--------------------
Bu gece yuxumda gormusem seni, Gormusem xebersiz ozunden seni Ayilib baxdim k,i qucub balinci. Opurdum guya ki,uzunden seni
Gulum, her yuxunun bir menasi var. Insallah tezlikle yuxum cin olar. Deyir gozden opmek ayriliq salar. Men her gun operdim gozunden seni... | |  | |  |  | 20 Yanvar 2012 20:17 | Qeydiyyat: 22.08.2011 | Adı: Never_love_Me | Ünvan: Azerbaycan,Baki | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|