» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » El Clasico: Barselona-Real Mad ...
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » GS-FB oyunundan sizə 300 Vman ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » 3 il keçdi...
  » Mix.aZ - 7 yaşın mübarək
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Burda yalnız qızlarımızdı ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » "Space" Amaci məhkəməsin ...
  » Mix.az qızları mixin 7 yaş ...
  » Ankarada Azərbaycanlılar haq ...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Sizə məsləhətim...
  » Elmar və Nigarın Qusarda mö ...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qızlarımızın Yay aksesuar ...
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...
  » İlk sevgi...
  » “Biz Production”

Mi Comentario
Xəbər sayı -39
iKooo
Xəbər sayı -38
PsikoOOo
Xəbər sayı -33
ayshan
Xəbər sayı -21
Sensiz_Qocaldim
Xəbər sayı -20
mix dominant
Xəbər sayı -20
krolochilapka
Xəbər sayı -11
Mir_Celal
Xəbər sayı -11
BiTTeRMooN
Xəbər sayı -6
nuku
Xəbər sayı -6



12-17
18-21
22-27
27-33
33-40
40-50
50-90








 
 
Vətən şəhidlərini heç vaxt unutmayacaq! Maraqlı və məsləhətli 
Vətən şəhidlərini heç vaxt unutmayacaq!

20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərir) yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-sının "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.

"Qanlı Yanvar"ın 20ci ildönümü tamam olur. 1990-cı ilin 20 Yanvarından ötən illəri ilk növbədə ümumxalq kədəri, hüzn kimi qeyd etmişik, şəhidlərimizin ruhunu sızıntı ilə anmışıq. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragüruhuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı.
Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın iqtiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi.

* * *

Bununla belə, Ə.Qafarov hesab edir ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə tankların altında əzilən şəhidlər Azərbaycan tarixinin qızıl səhifələrini yazıblar. Xalqımızın qan bahasına əldə etdiyi müstəqillik, üçrəngli dövlət bayrağımız, himnimiz də şəhidlərdən bizə yadigar qalıb. Onun sözlərinə görə, Azərbaycan artıq dünya dövlətləri sırasında suveren, tamhüquqlu bir ölkədir: "İndi ən vacib məsələ torpaqlarımızın işğaldan azad edilməsidir. Şəhidlərimizin yolunu davam etdirmək mənim üçün böyük şərəfdir".
Həmsöhbətimin 20 Yanvar şəhidlərinin övladlarına da deyiləsi sözü var: "Şəhidlərin övladlarına söyləyərdim ki, onlar tək deyillər, onların dərdi bizim hamımızın dərdidir. Əslində azadlıq yolunda, vətən uğrunda canını fəda edən şəhidlər ölmür. Əksinə, onlar öz ölümləri ilə ölümsüzlük qazanır, şəhidlik adına yüksəlir. Bundan böyük hünər, bundan yüksək ucalıq ola bilməz".
Vətən şəhidlərini heç vaxt unutmayacaq!
20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərir) yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-sının "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.
"Qanlı Yanvar"ın 20ci ildönümü tamam olur. 1990-cı ilin 20 Yanvarından ötən illəri ilk növbədə ümumxalq kədəri, hüzn kimi qeyd etmişik, şəhidlərimizin ruhunu sızıntı ilə anmışıq. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragüruhuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı.
Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın iqtiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi.
* * *
Bununla belə, Ə.Qafarov hesab edir ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə tankların altında əzilən şəhidlər Azərbaycan tarixinin qızıl səhifələrini yazıblar. Xalqımızın qan bahasına əldə etdiyi müstəqillik, üçrəngli dövlət bayrağımız, himnimiz də şəhidlərdən bizə yadigar qalıb. Onun sözlərinə görə, Azərbaycan artıq dünya dövlətləri sırasında suveren, tamhüquqlu bir ölkədir: "İndi ən vacib məsələ torpaqlarımızın işğaldan azad edilməsidir. Şəhidlərimizin yolunu davam etdirmək mənim üçün böyük şərəfdir".
Həmsöhbətimin 20 Yanvar şəhidlərinin övladlarına da deyiləsi sözü var: "Şəhidlərin övladlarına söyləyərdim ki, onlar tək deyillər, onların dərdi bizim hamımızın dərdidir. Əslində azadlıq yolunda, vətən uğrunda canını fəda edən şəhidlər ölmür. Əksinə, onlar öz ölümləri ilə ölümsüzlük qazanır, şəhidlik adına yüksəlir. Bundan böyük hünər, bundan yüksək ucalıq ola bilməz"



 
 
#11 Şərhin müəllifi: princessa
 


Sitat: mix dominant
WEHIDLER BIZIM QELBIMIZDEDIR



--------------------

 
 
#10 Şərhin müəllifi: matematik
 


100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.

Sapı özümüzdəndir.
Sitat: angel_F.F.
"Qanli Yanvarin" 20-ci il donumu tamam olur?!

Səhv etmirsiz, xanım. Yazıb SP-də qeyd etməkdən yoruldum.

 
 
#9 Şərhin müəllifi: hosted_man
 


Daha ətraflı məlumatım oldu dünənki yazılardan,mətnlərdən...Allah rəhmət eləsin..


--------------------

 
 
#8 Şərhin müəllifi: Bir insan
 


sehidler olmez veten bolunmez bu kohne xeberdi ama duzelis etseydiniz kaski 22 ci il donumudur uzun bir zaman

 
 
#7 Şərhin müəllifi: Rebeka
 


Sitat: angel_F.F.
"Qanli Yanvarin" 20-ci il donumu tamam olur?! belke sehviniz var? belke menim bawim cox agriyir sehv mendedi?

he bayaqdan nece xeberdiki bu sehv var.sen sehv elemirsen


--------------------

 
 
#6 Şərhin müəllifi: Daginka
 


TORPAQLARIMIZ ALINSE BELE, 20-YANVAR VE DIGER QANLI GUNLERI OLENEDEK,
UNUTMAYACAGIQ.

 
 
#5 Şərhin müəllifi: mix dominant
 


WEHIDLER BIZIM QELBIMIZDEDIR


--------------------

 
 
#4 Şərhin müəllifi: Hayalperest
 


Istiqlaliyet verilmir alinir
ve alinan istiqlaliyetin qorunmasi ucun herkesin elini dasin altina qoyasi lazimdir


--------------------

 
 
#3 Şərhin müəllifi: R.N.T
 


Vətən şəhidlərini heç vaxt unutmayacaq!


--------------------

 
 
#2 Şərhin müəllifi: angel_F.F.
 


"Qanli Yanvarin" 20-ci il donumu tamam olur?! belke sehviniz var? belke menim bawim cox agriyir sehv mendedi?

 
 
#1 Şərhin müəllifi: Menim_gozel_alibim
 


Bunu bize unutdurmaq isteyirler,doz Xalqim,az qaldi bu faciyenin ezabini cekmekden


--------------------

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!