|
|
|
| Hansi universitetdə oxuyursunuz? |
|
|
|
| “Şəhidlər bayramın mübarək, Vətən!” | Maraqlı və məsləhətli | |

GÜNAZ.TV mətbuat mərkəzi Qanlı Yanvar hadisələrinin il dönümü ərəfəsində 20 yanvar şəhidləri və Azərbaycan türk milləti və Azərbaycan adlı vətənimizin uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhuna rəhmət diləyərək hormətli ziyalımız cənab Asəf ORUCOĞLUnun bu haqda olan düşüncələrini diqqətinizə təqdim edir.
1990-cı ilin Qanlı Yanvar hadisələrindən bizi 22 il ayırır. Düz 22 ildir biz 20 Yanvarı matəm günü kimi qeyd edir və ağlayırıq. Ağladıqca da həm şəhidlərin ruhunu incidir və şəhid adını kiçildirik, həm də ulus olaraq özümüzü kiçildir və döyüşkənlik ruhumuzu öldürürük. Hər il biz yurd üçün ölməyə hazır olan ərlərin gözlərini qırırıq. Halbuki, əksinə olmalıdır. Biz hər il yanvar ayının 20-də şəhidləri qisas andı ilə yad etməli və özümüzü də şəhidlik zirvəsinə hazırlamalıyıq. Hər il Şəhidlər Xiyabanından keçən qoca və cavanın, qadın və kişinin könlündə Vətən naminə öldürmək və şəhid olmaq hissi daha da güclənməlidir. Bizim möhtəşəm himnimizdə ağlamaq yoxdur. Milli Marşımızda hər bir ərə dədə-babasının yurd sevgisini, yurd uğrunda ölüb-öldürmək qəhrəmanlığını xatırladan sətirlər var:
Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Dövlət rəmzində, yəni Milli Marşında belə ifadələr olan və böyük bir tarixi yol keçmiş ulus heç bir vaxt ağlamaz. Biz də ağlamazdıq. Amma ağladıq. Özü də düz 40 gün. Çünki bu günə biz düzgün qiymət verə bilmədik. Biz 20 Yanvardan başlayaraq həmin günü ulusumuzun qəhrəmanlıq günü, şan və şərəf günü kimi qeyd etməliydik. Çünki dünyanı lərzəyə gətirən qırmızı imperiyanın hərb maşını bizim ulusal onurumuzu qıra bilməmişdi. 40 günlük matəm bunu bacardı.
Həmin dövrdən də 20 Yanvar milli matəm günü kimi qeyd olunmağa başladı. Bu gün də Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Maddə 106) 20 Yanvar günü ümumxalq hüzn günü kimi göstərilir.
Sonrakı dövrlər 20 Yanvar günü Şəhidlər Xiyabanında səslənən mərsiyələr və tükürpədici matəm musiqiləri şəhidlərin xatirəsini anmağa gələn vətəndaşların canına ölüm qorxusunu yeritməyə başladı. Bir sözlə, şəhidləri ağlaya-ağlaya bu uca adı ucuzlaşdırdıq...
Dünyanın çox ölkəsi bu cür hadisələr yaşayıb. 1990-cı ilin 20 Yanvarına qədər SSRİ-nin 1956-cı ildə Polşa və Macarıstanda, 1979-1987-ci illərdə Əfqanıstanda, 1989-cu ilin aprelində Gürcüstanda, ABŞ-ın 1965-1975-ci illərdə Vyetnamda törətdiyi hadisələri heç bir millət ümummilli hüzn günü adı ilə təqviminə yazmayıb. ABŞ-ın hazırda Əfqanıstanda və İraqda mülki əhaliyə qarşı tutduğu divanı da bu millətlər milli matəm günü kimi qeyd etməyəcəklər. Faşist Almaniyasının SSRİ-yə hücum etdiyi gün - iyunun 22-si də Sovet İttifaqında milli matəm günü kimi qeyd olunmadı. Halbuki bu müharibədə 9 milyona yaxın SSRİ vətəndaşı, o cümlədən 300 minə yaxın Azərbaycanın seçmə oğul və qızları qurban getmişdi... Qardaş Türkiyə tək Çanaqqala döyüşündə 250 mindən artıq şəhid verdi. Bununla belə həmin tarix igidlik və qəhrəmanlıq tarixi kimi bayram edilir.
20 Yanvar günü əslində Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış ən şərəfli günlərimizdən biridir. Həmin gün milli dirəniş və milli ucalıq günüdür. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Məhz bu gün ulus olaraq biz bütün dünyaya sübut etdik ki, bu qudsal torpaqlar yiyəsiz deyil, Azərbaycanı və Azərbaycan xalqının özgürlük mübarizəsini qoruyacaq və uğrunda öləcək oğul və qızları var.
20 Yanvardan əvvəllər də şəhidlərimiz olub, ondan sonra da, hətta bu gündən sonralar da şəhidlərimiz olacaq. Buna görə də, bu günü biz milli hüzn günü kimi yox, ya şəhidləri anma günü kimi, ya da şəhidlər bayramı kimi qeyd etməliyik. Elə Əmək Məcəlləsinin 106-cı maddəsinin adındakı və mətnindəki “ümumxalq hüzn günüdür” sözləri “şəhidlər bayramı günüdür” və ya “şəhidləri anma günüdür” sözləri ilə əvəz olunmalıdır. Bu, ulusumuzda şəhidliyin həqiqətən də ən şərəfli və ən uca məqam olmasına inamını, Yurd, Ulus, Özgürlük (Azadlıq), Torpaq, Bayraq, El (Dövlət) və Dil sevgisini daha da yüksəldər, bu amallar uğrunda öldürməyə və gərəkərsə ölməyə sövq edər. (Yeri gəlmişkən, 9 noyabr Dövlət Bayrağı gününün təsis edilməsi elə bu məqsədə xidmət edir. Bu günün təsis edilməsi ötən ilin ən önəmli hadisələrindən biri olmuşdur. Çünki hər bir dövlət və millət üçün onun qürur mənbəyi ilk növbədə BAYRAĞIDIR. Bayrağı dünyada ilk dəfə qaldıran ulus məhz biz türklər olmuşuq. Bu gün bayraq adlandırdığımız dövlətimizin müqəddəs simvolunu dədələrimiz ilk öncə tuğ adlandırıb. Sonra isə savaşlarda yenilən monarxların sarayına sancıldıqca tuğ sancaq oldu. Bu gün də dilimizdə həm tuğ, həm sancaq, həm də bayraq sözü işlənir. Bayraq bütün ölkələrdə dövlət başçısından tutmuş sıradan vətəndaşa qədər hər kəsdən öndə və ucada duran qudsal varlıqdır.)
Bayram sözündən də çəkinmək lazım deyil. Ulus olaraq bizim gələnəklərimizdə (Novruz ərəfəsində) “Qara bayram” kimi qeyd edilən bayramımız da var. Bu bayram günü gələnəyinə, ulularına, böyüklərinə sevgi və sayğısı olan hər bir evdə ölmüş yaxınlarının adına qazan asılır, qəbir üstünə gedilir və axşam süfrə başında ölən yaxınlar anılır. Özü də bu bayramı sovet dövrünün dəmir məngənəsi də xalqın canından çıxara bilmədi.
Mənim düşüncələrimə görə hər il 20 Yanvar günü:
a) Şəhidlər Xiyabanında fəxri qarovul düzülməli, yanğılı musiqi və mərsiyə deyil, ölkəmizin Milli Marşı, hərbi marşlarımız, Koroğlunun uvertürası, milli ruhu yüksəldən mahnılar səslənməlidir ki, hər kəs oradan qürur və iftixarla keçsin, şəhidlik zirvəsinə baxaraq başını dik tutsun;
b) Günün müəyyən bir vaxtında ölkə ərazisində bir dəqiqəlik sükut elan olunmalıdır. Bu zaman bütün hərəkət dayanmalı, Bakı buxtasında olan gəmilər fit çalmalıdır;
c) Televiziyalarda Azərbaycan xalqının qəhrəmanlıq epopeyasını əks etdirən sənədli filmlər, görkəmli dövlət və ictimai, elm və incəsənət xadimlərinin, habelə şəhidlərin və milli qəhrəmanların həyat və yaradıcılığından bəhs edən televiziya filmləri, milli və döyüşkənlik ruhunu artıran kinofilmlər nümayiş etdirilməlidir. Təbii ki, Şəhidlər Xiyabanından birbaşa reportajlar da mütəmadi verilməlidir.
Əlbəttə, bunlarla yanaşı SSRİ rəhbərliyinin Azərbaycan xalqının qanına susamasını, 20 Yanvarda dinc əhaliyə divan tutmasını, ümumiyyətlə, həmin gün insanlığa və bəşəriyyətə qarşı ən ağır cinayət törətməsini də biz bütün dünyaya yaymaqda davam etməli və bu cinayəti edən SSRİ rəhbərliyinin mühakimə olunması üçün beynəlxalq tribunalın yaradılması uğrunda davamlı olaraq mübarizə aparmalıyıq.

Gül də şəhid olarmış, Qərənfil!
Səni görən kimi hamının yadına şəhidlərimiz düşür. Qanlı Yanvarda al-qanına boyanmış, günahsız şəhidlərimiz. Həmin gün sənin al-qırmızı rəngin bir günün içərisində necə də qaraldı. Sən demə, taleyin yazı dəftərində buda varmış. Niyə məhz sənin taleyinə şəhidlik yazıldı gözəl gülüm? Başqa güllər-çiçəklər əllərdə gəzəndə, sən ŞƏHİDLƏR XİYABANINI bəzədin. Qızılgül sevənlərin əlində olanda, sən İlhamla-Fərizənin qəbirləri üstünə qoyulldun.

Göz dəydimi sənin gözəlliyinə? Yağı düşmən öz küçələrimizə öz qanımızı tökdü. Sən də Bakımızın ayaqları altına sərildin. Bəli, o müthiş gecədə səndə şəhid oldun günahsızlar kimi. Həmin gündən sən bizim gözümüzdə daha da gözəlləşdin, daha da ucaldın! Səni xoşlamayanda xoşladı, sevməyəndə sevdi. Bircə günün içində sən hamıya doğmalaşdın. Şəhid çiçək!!! Sən bizim şəhidlərimiz kimi əzizsən bizə!!! Qərənfil, qeyrət çiçəyi! Gedərsənmi mənimlə gəlin qayasına? Gəlinlərimiz,qızlarımız erməni əlinə keçməsin deyə, özlərini qayadan atdıqları yerə.... Mən əyilib torpaqdan öpərəm, sən sərilərsən onların ayaqları altına....
Təşəkkür edənlər: (31) Heyatim, _lady_bdu_, EQZOTIKA, FATEH_06, PaLeRmO, rena94, Without_you, E.C.N, 25may, Nigar, patriot-k, hanky panky, PSiKoPaTKa, Beqi, nuku, REBEKA, VILESH, matematik, Bir insan, EviE, princessa, Menim_gozel_alibim, Hpad, Hayalperest, Never_love, hosted_man, Aska_5, AMORE, mix dominant, R.N.T, loving_life |  | |  |  | |
| Baxış sayı: 1327 Şərhlər (20) Müəllif : ASI_GIRL 20 Yanvar 2012 15:00 | |  |  |  |  |
| |
 | #20 Şərhin müəllifi: R.N.T | | | | | 
| Sitat: princessa ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
--------------------
Mənə nifrət edənlərə nifrət etməyə vaxtım yoxdur. Çünki mən,mənə dəyər verənləri sevməklə məşğulam!!! | |  | |  |  | 21 Yanvar 2012 00:54 | Qeydiyyat: 28.08.2011 | Adı: R.N.T | Ünvan: KIYEV | |  |  |  |  |
| | | #19 Şərhin müəllifi: mix dominant | | | | | 
| ALLAH butun wehidlerimize REHMET ELESIN
--------------------
Ümidsiz Qapılar Vardır Açılmaz.Rəbbimin Qapısı Böyükdür,Bağlanmaz.Sən Ümidini Itirmə Rəbbim Qulunu Buraxmaz.... | |  | |  |  | 21 Yanvar 2012 00:40 | Qeydiyyat: 22.08.2011 | Adı: (¯`•._ღ_.•´¯) | Ünvan: »»Bakı«« | |  |  |  |  |
| | | #18 Şərhin müəllifi: E.C.N | | | | | 
| 20 yanvar 1990-cı il Azərbaycan tarixinin şanlı və qanlı səhifəsidi... həmin gün müstəqilliyimizin təməli qoyulub, müstəqilliyimiz isə qanla yazılıb....
--------------------
| |  | |  |  | 20 Yanvar 2012 22:13 | Qeydiyyat: 22.07.2009 | Adı: Elcin | Ünvan: -- | |  |  |  |  |
| | | #17 Şərhin müəllifi: Aska_5 | | | | | 
| yazı maraqlı idi, qərənfil haqqında olan hissəsi isə məni çox kövrəltdi...
--------------------
Həyatım bir cümlə, sənsən onun nidası... Sən oldun bu cümlənin xəbəri, mübtədası... | |  | |  |  | 20 Yanvar 2012 21:17 | Qeydiyyat: 3.08.2011 | Adı: Aska | Ünvan: Baki | |  |  |  |  |
| | | #16 Şərhin müəllifi: hosted_man | | | | | 
| Yazını oxudum..Maraqlı yazıdır... b) Günün müəyyən bir vaxtında ölkə ərazisində bir dəqiqəlik sükut elan olunmalıdır. Bu zaman bütün hərəkət dayanmalı, Bakı buxtasında olan gəmilər fit çalmalıdır;
c) Televiziyalarda Azərbaycan xalqının qəhrəmanlıq epopeyasını əks etdirən sənədli filmlər, görkəmli dövlət və ictimai, elm və incəsənət xadimlərinin, habelə şəhidlərin və milli qəhrəmanların həyat və yaradıcılığından bəhs edən televiziya filmləri, milli və döyüşkənlik ruhunu artıran kinofilmlər nümayiş etdirilməlidir. Təbii ki, Şəhidlər Xiyabanından birbaşa reportajlar da mütəmadi verilməlidir. Bu 2 variant hər il edilir,bunu yazmağa gərək yox idi...
--------------------
Özünü ehtiraslı sayan qız! Altında yatmadığın bir torpaq qalıb...! | |  | |  |  | 20 Yanvar 2012 20:51 | Qeydiyyat: 11.07.2009 | Adı: Hosted | Ünvan: Host Qalaktikası | |  |  |  |  |
| | | #15 Şərhin müəllifi: Never_love | | | | | 
| Mənim düşüncələrimə görə hər il 20 Yanvar günü: BUNLARIN HAMISI OLUNUR.SEHIDLER BAYRAMIN MUBAREKDI,VETEN.....
--------------------
Bu gece yuxumda gormusem seni, Gormusem xebersiz ozunden seni Ayilib baxdim k,i qucub balinci. Opurdum guya ki,uzunden seni
Gulum, her yuxunun bir menasi var. Insallah tezlikle yuxum cin olar. Deyir gozden opmek ayriliq salar. Men her gun operdim gozunden seni... | |  | |  |  | 20 Yanvar 2012 19:44 | Qeydiyyat: 22.08.2011 | Adı: Never_love_Me | Ünvan: Azerbaycan,Baki | |  |  |  |  |
| | | #14 Şərhin müəllifi: Hayalperest | | | | | 
| 20 Yanvar bizim Seref lofemizdir
--------------------
İnsan Meneviyatı Beynindeki bilik qelbindeki İmandır....RH Bircox istifadecinin statusu yukselib bu munasibtle statusu artan butun istifadecileri semimi qelbden tebrik edirem... http://raufhasanali.wordpress.com | |  | |  |  | 20 Yanvar 2012 19:13 | Qeydiyyat: 28.10.2010 | Adı: Rafi | Ünvan: Azerbaycan-Turkiye | |  |  |  |  |
| | | #13 Şərhin müəllifi: matematik | | | | | 
| Şəhid çiçək!!! Sən bizim şəhidlərimiz kimi əzizsən bizə!!! Qərənfil, qeyrət çiçəyi! Gedərsənmi mənimlə gəlin qayasına? Gəlinlərimiz,qızlarımız erməni əlinə keçməsin deyə, özlərini qayadan atdıqları yerə.... Mən əyilib torpaqdan öpərəm, sən sərilərsən onların ayaqları altına... Bir sözlə, şəhidləri ağlaya-ağlaya bu uca adı ucuzlaşdırdıq.. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. | |  | |  |  | 20 Yanvar 2012 17:54 | Qeydiyyat: 16.10.2011 | Adı: Viki | Ünvan: Azerbaycan | |  |  |  |  |
| | | #12 Şərhin müəllifi: Bir insan | | | | | 
| Menim_gozel_alibim, en azindan biz gencler buna izin vermemeliyik her birimiz vetenperverik ve bele genclerin var oldugunu gore bilmek bizim ucun qurur hissidir ............Allahdan sehidlerimize rehmet dileyirem | |  | |  |  | 20 Yanvar 2012 17:18 | Qeydiyyat: 3.10.2011 | Adı: sexsiyyet | Ünvan: baku | |  |  |  |  |
| | | #11 Şərhin müəllifi: Menim_gozel_alibim | | | | | 
| her gun biraz daha nifretimi artiriram qerenfili bize matem gulu edenlere.Ruhunuz sad olsun sehidlerimiz,ne qeder ki,menim kimi ovlad boyumekdedir Vetenimi imkan vermerem talan etsinler
--------------------
Təklik,insanın iç dünyasını düzəldən və axirətə hazırlayan sadiq bir dostdur.
Dostluq, hər kəsin susduğu bir anda danışmaq və yoldaşına güvəndiyini söyləməkdir. | |  | |  |  | 20 Yanvar 2012 17:05 | Qeydiyyat: 2.01.2012 | Adı: Leyla | Ünvan: Baki weheri | |  |  |  |  |
| | | #10 Şərhin müəllifi: princessa | | | | | 
| ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
--------------------
Ey insan,dağ qədər yüksəkdə olsan da kəfənə sığacaq qədər kiçiksən. Unutma hər şeyin bir hesabı var üzdüyün qədər kədərlənərsən..!
Ahh ulan heyat bew kuruw etmezsinde ,yawiyorum iwte annem uzulmesin diye !
Men Senin Otagina 'GELENLIKLE' girib. 'KEFENLE' cixmaq istiyirem Deyen Qiz her bir ogLanin BaWTacIdir ....!!! | |  | |  |  | 20 Yanvar 2012 17:03 | Qeydiyyat: 17.07.2010 | Adı: Nurka | Ünvan: -- | |  |  |  |  |
| | | #9 Şərhin müəllifi: M.Seyidzadeh | | | | | 
| Sitat: REBEKA ölüm varki həyat qədər dəyərli həyat varki ölümden de zərərli məncə sözlər belə idi -Vacib odur ki ''hər günümüzdə'' nə qədər həyat var.
--------------------
| |  | |  |  | 20 Yanvar 2012 16:28 | Qeydiyyat: 4.02.2011 | Adı: ☾☆ ПрОсТо мИрИ☾☆ | Ünvan: Los Ancles(Baku) | |  |  |  |  |
| | | #8 Şərhin müəllifi: Rebeka | | | | | 
| Sitat: M.Seyidzadeh Ölüm varki həyat qədər dəyərli,''həyat varki'' ölüm qədər dəyərsiz. ölüm varki həyat qədər dəyərli həyat varki ölümden de zərərli məncə sözlər belə idi
--------------------
Если с Богом разговариваете Вы — это молитва; а если Бог разговаривает с Вами — это шизофрения. Если мёртвые разговаривают с Вами — Вы спиритуалист, а если с мёртвыми разговариваете Вы — Вы шизофреник. | |  | |  |  | 20 Yanvar 2012 16:06 | Qeydiyyat: 10.11.2011 | Adı: Rebeka | Ünvan: BAKIM | |  |  |  |  |
| | | #7 Şərhin müəllifi: nuku | | | | | 
| Sitat: _RaininG_ Ağla qərənfil, ağla!
--------------------
| |  | |  |  | 20 Yanvar 2012 15:49 | Qeydiyyat: 16.03.2011 | Adı: Aynur | Ünvan: Madrid, Spain :) | |  |  |  |  |
| | | #6 Şərhin müəllifi: _RaininG_ | | | | | 
|
--------------------
Portretini çəkməyimi istəyənlər pm`la müraciət etsin...Lütfən.. Çünki -->> `Portre for Mix user`s 2` - bu xəbəri tamamlamaq üçün şəkil çox azdı..
| |  | |  |  | 20 Yanvar 2012 15:47 | Qeydiyyat: 16.07.2011 | Adı: ๑۩ﺴ ғί đαή ﺴ۩๑ | Ünvan: ๑۩ﺴ Bakı ﺴ۩๑ | |  |  |  |  |
| | | #5 Şərhin müəllifi: VILESH | | | | | 
| Şəhid kədərlə yox, andla anılar, Şəhidi ağlamaz igid Analar, Biz Şəhid deyəndə həyat sanılar Şəhidlər bayramın mübarək, Vətən! Allah rəhmət eləsin...
--------------------
 Ananın bəxti qızın cehizidir... | |  | |  |  | 20 Yanvar 2012 15:46 | Qeydiyyat: 7.04.2008 | Adı: KiŞəY ViLi | Ünvan: Baki | |  |  |  |  |
| | | #4 Şərhin müəllifi: Heyatim | | | | | 
| Şerefli ölum, Şerefsiz yaşamaqdan yaxşidir. . .! | |  | |  |  | 20 Yanvar 2012 15:42 | Qeydiyyat: 22.09.2008 | Adı: -- | Ünvan: BAKİ | |  |  |  |  |
| | | #3 Şərhin müəllifi: Beqi | | | | | 
| Vətən uğrunda ölən varsa Vətəndir.. belə 1 şeir vardı..yanlış xatırlamıramsa..hər halda onlar olmasaydı bizim varlığımız yoxluğumuza bərabər olardı..
--------------------
Когда вы видите Месси в обычной одежде, он выглядит школьником, но когда он надевает футбольную форму, тогда все остальные становятся школьниками.
— Биксант Лизаразю -
| |  | |  |  | 20 Yanvar 2012 15:35 | Qeydiyyat: 4.11.2008 | Adı: Mehriban | Ünvan: Uaqaduqu | |  |  |  |  |
| | | #2 Şərhin müəllifi: M.Seyidzadeh | | | | | 
| Ölüm varki həyat qədər dəyərli,''həyat varki'' ölüm qədər dəyərsiz.
--------------------
| |  | |  |  | 20 Yanvar 2012 15:26 | Qeydiyyat: 4.02.2011 | Adı: ☾☆ ПрОсТо мИрИ☾☆ | Ünvan: Los Ancles(Baku) | |  |  |  |  |
| | | #1 Şərhin müəllifi: PsikoOOo | | | | | 
| “Şəhidlər bayramın mübarək, Vətən!” | |  | |  |  | 20 Yanvar 2012 15:21 | Qeydiyyat: 23.07.2011 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|