|
|
|
| Milli poçta amail.az istifadə edirsinizmi? |
|
|
|
|
Formal normallarımız |
Maraqlı və məsləhətli |
|

Mənə çox dedilər həyat mənasızdır, insanlar saxtadır, zəmanəmiz korlanıb, ədalət yoxdur, BİZİM MILLƏT nədənsə göydən başına tökülən vacib şeylərə –daşa, külə inanmır, amma göydən düşən 3 almaya yamanca inanır. Artıq yuxularım da beyin sisteminin fəaliyyəti altındadır. Yuxularımı bir neçə hissəyə bölərək növbəti gündə hansı yeni dırnaqarası uğurlara imza atacağımı müəyyənləşdirir, və bu uğurların kölgəsində hansı günahlarım mənim üçün normal olacağını asanlıqla kodlaşdırmağı öyrənirəm. Kirayə qaldığım evin dam örtüyünün yerin qravitasiya qanununa əsasən üstümə gəlməyi də normal gəlir mənə. Ağ klerosifinli lampanın otağın yalnız künc hissəsini işıqlandırmağı da normaldır. Səhər budilnikimin çalınması, mətbəxə keçib stolun üstündə 2 gündən qalmış qurumuş çörək tikələrinin şahidi olmağım da normaldır. 3 aydır gecikdirdiyim evin kirayə haqqını vermədiyim, ev sahibinə hansı yeni variantları gələcəyimi planlaşdırdığım da normaldır. Rayona aldığım maaşın yarısını göndərməli olduğum fikirlər məni darmadağın edib. Qara paltomu şotkalayıb, üzərini toz basmış zaçotnikimi götürüb və cibimdə 2 manat pul olduğunu görüb, sevincək qapının dəstəyindən tutaraq onu açmağa çalışıram. Ən əsas olanını unutdum. Stolun üstündən yeni aldığım bir qutu siqaretim də məni bugünkü gündə tək buraxmamalıdır. Blokun bir neçə pilləkənini enərkən istəmədən qulağıma gelen səslər məni bir anlığa ayaq saxlamağa məcbur edir. –Səni zəlil olasan- sözləri görünür ki hələ 2-ci sinifdə oxuyan Leyla yenə ayaqqabısını tərsinə geyinərək anasını əsəbiləşdirib. Bunun də fərqinə varmadan yoluma davam edirəm. Asağıya enib küçəni çox əsəbi şəkildə süpürən süpürgəçi xalaya salam verirəm. Başını belə tərpətməyən bu xalanın dodağının altında mənə ünvanladığı sözlər də çox normaldır. –“Bu binanın sakinləri çox arsızdır”, “Mənə salam verməyə üzləri də var hələ”- Günümün çox uğurlu olacağı ümidiylə inamla addımlayıram və küçədən yandırılmış zibildən ayrılan karbon dioksidi ciyərlərimə sonunadək çəkərək günəşin yer kürəsinə utanaraq əks etdirdiyi şüaların altında həyatın necə canlandığını görmək normal olsa da insana zövq verir.
Çox yubanmayıb 284 nömrəli avtobusa sözün hər mənasında dırmaşmağa çalışıram. Aha nəhayət ki içəri girə bildim. Içəridəki mənzərə ilk vaxtlar mənə çox anormal gəlsə də indi normallığını çoxdan sübut edib. Həcmindən 3 dəfə çox sərnişin götürən bu gözüdoymaz şoferlərimizin –“Biz də plan veririk”- sözləri də çox normaldır. Nə isə içəridə istənilən pozada dayanmış, hər konfiqurasiyaya uyğun adama rast gəlmək mümkündür. Yenicə tərpənmişdik ki hərəyə bir balta ilə Azərbaycanı kökündən baltalamaq prinsipi isə düşür. Səhifələrindən çap mürəkkəbinin qoxusu getməyən qəzet sahibi yaşlı bir dayının –“Aya bu Azərbaycanın axırı yoxdur” sözləri də normaldır. Ona dəstək olanlar da olmalıdır deyə fikirləşirdim ki kənardan demokrat komsomolçularımız söhbətə əməlli-başlı tırka verirlər. Bakı-Ceyhan, Bakı-Ərzurum, Bakı-Novorossiysk, Bakı-Aktau bütün terminalların adı əzbərlənib hətda 8ci sinifdə oxuyan uşaqdan soruşsan bilməyəcək baxmayaraq ki iqtisadi coğrafiya dərsliyində tədris olunur. “Qaz, neft hamısını yuxarıdakılar basıb yeyirlər” sözləri də normaldır deyə əhəmiyyət vermək istəmədiyim vaxtda 30 yaşını keçmiş qaqaçın əlində mikrolaşdırdığımız makro qumar qəzeti gözümə sataşır. Yanındakı dostuyla bir yandan “Əşşşşşi bunların işi gücü yoxdu” söhbətini müzakirə edirlər bir yandan da qumarla ailə saxlamaq prinsipinə sadiq qalaraq axşama yazmağa oyun axtarırlar. Solda əyləşən Azərbaycan gəncliyinin xanım nümayəndəsi gözümə sataşır. Üz dərisində malyar sənətinin nümunələri hiss olunur. Heç kimin başa düşməyəcəyini sayaraqdan yoxsa bunu özünə fəxr saymaqdan ötrü edir bilmirəm, əlindəki jurnalı eninə açaraq,” Ñåêñóàëüíàÿ çàâèñèìîñòü. Ñåêñîãîëèêè” mövzusunu çox maraqla oxuduğu gözlərindən məlumdur. Arxada isə kimsə kiməsə bomba oğlan anlayışını izah etməyə çalışır. Nədənsə bu günlərdə paytaxtda hər şey və hər kəs tıxanır. Tıxanmış yolda avtobusun hərəkəti müşkül görünür. Allah bizi dəmirlərin tıxacından saxlamasa da tıx aclardan saxlasın. Vaxtımızın itməyi cəhənnəmə, heç olmasa namusumuza yaşıl işıq yandıraq. Avtobus dayanacağında 3 qapılı avtobusun yalnız bir qapısı önəmlidir prinsipini sübut etməyə çalışan hörmətli şoferimiz insanları bağça uşaqları kimi sıraya düzülüb avtobusu boşaltmağa məcbur edir. 72 nəfərlik heyəti olan avtobusdakı sərnişinlər sanki balıqlar kimi ölümə çəkən qarmaqlardan yapışaraq, ciyərlərini oksigenlə zənginləşdirmək üçün özlərini birtəhər çölə atırlar. Tapdalanmış haqqlarımız kimi tapdalanmış ayaqqabılarımız da normaldır. Məni heç bir vaxt tək buraxmayacaq sadiq siqaret qutumdan bir siqaret yandırıb yoluma davam edirəm. Siqaretlə insanlar arasındakı oxşarlığı tapmaq istəyim mənə bir sübut verir. Cəmiyyətimiz də insanları yandıraraq sonunda külə çevirir.

Metro. Yeraltı dünyanın underground xasiyyətli insanlarının üzlərindəki gərginlik,əsəbin, Rur hövzəsində işləyən fəhlələri xatırlatması da çox normaldır. Heç kim salamımı almır,kənardan da “xəstə uşaqdır yola verin” sözlərini də normal qarşılayıram. Asta-asta platformaya yaxınlaşıram. Həzi Aslanov, Memar Əcəmi, Bakmil hər kəs öz qatarını gözləyir. “Məgər bir gün də olsa bu sözlərin yərinə Xöşbəxtlik,Sevgi, Mərhəmət, Korrupsiyasız Həyat, Hər kəs eynidir” sözləri yazaraq insanların üzündə təbəssüm yaratmaq olmaz mı ki?! Sualını verirəm özümə dəfələrlə.” Xətdən kənara çəkilin” Onsuzda çoxdan ofsayda düşmüş BU MILLƏTƏ nəzarətçi xanımın ünvanladığı sözlər də normaldır. Nəhayət ki vaqon platformadadır. Asanlıqla olmasa da içəri keçməyə çalışıram. Ən sərfəli qiymətlər, Kredit 12-18 aya kimi. Karyera. Dil kursları. Sevgi frazası ilə əlaqəli 100lərlə tanışlıq saytları- belə asan dünyada artıq öz sevgini tapmaq çətin olmamalıdır. Artıq bunları oxuyaraq 2 stansıyanı geridə qoymuşam. Bir anlığa müxtəlif tip insanlar gözümə sataşır. Dərmədeşik üz-göz, metallarla,saçları müxtəlif rənglərə boyanmış, emo nəslinin nümayəndələrini də başa düşürük artıq. Ən azından azaddırlar fikrinə əsaslanaraq. Ailə saxlayacaq yaşda boynuyoğun qaqaşların metro dayananda təkəri buraxdı ifadəsinin hələ də insanlarda güldürücü təsirinin olması da çox normaldır. Yanımdakı …….. Pulverstitenin rüşvətxorluq kafedrasının pulfessorlarının “Oğlum maşını dəyişmək istəyir görüm bu semestr neynirəm”?! Cümlələri də normaldır, və ya 10 dəq bundan əvvəl bir-birilərini belə tanımayan Leyli-Mecnunlarımızın indi söykənməyin yazılan qapılara söykənərək valideynlərinin iş qrafikləri haqqında sualları da çox normaldır. Dünya veclərinə olmayan 2 dostun bu gün cismlərini hansi fahişələrə satacaqları müzakirələri də çox normaldır. Küncdə əyləşən xanım diqqətimi cəlb edir. Uzun saçlarını üzünə tökərək tələbəlik illərinin acı xatirələrini dizləri üstündəki kitabın üz qabığındakı gülümsəyən usağın gözlərində unutmağa çalışır. Gözlərindən süzülən bir-iki damlaya formal təbəssümü mane olmağa çalışır. Düşəcəyi stansiyanı çoxdan geridə qoysa da nə edəcəyini bilməyəcək qədər öz mövqəyində israrlıdır. Mən isə artıq ayrılmalıyam. Ömrümün növbəti 20 dəqiqəsini də beləcə yeraltı dünyada yola verdim.
Eskolatora minərək yeraltı dünyanın havasızlığından yuxarıya doğru çıxmağa başlayıram. Nədənsə bu mənzərəni hər zaman öz həyatımdakı mənfi sonsuzluqdan 0 nöqtəsinə çıxmağımla müqayisə etmişəm. Metro cıxışında qoluzorlu polisimizin harıncasına limon satan xalanın limonla dolu karopkasına vurduğu təpiyi də normal qarsılayaraq yoluma davam edirəm. Yenədə alışqanım işə düşür və növbəti siqaret də öz manifestini yaşayır. Biz çox unutqan millətik- bu sözlə heç vaxt razılaşmamışam. Amma institun koridorunda 30 aprel faciəsinə aid heç bir nöqtənin də olmadığını görüb bu fikrə hardasa haqq qazandırıram. 3 saatlıq imtahanda mobil telefonuma gələn smslər də çox normaldır, sonuncu smsi nəzərə almasaq...Usaqların çox ustalıqla şparqalkalardan istifadə metodları da çox normaldır. Axşam işlədiyim barda dünən etdiyim hərəkətə necə haqq qazandıracağımı düşünürəm. İnsanların müxtəlif konfiqurasiyalı içki şüşələrinə olan marağının qarşısında mən onlara spirtli dünyanın incəlikləri ilə tanış edirəm. Bu gün alacağım 300 AZNin ayın 30 gününə, 720 saatına, 43200 dəqiqəsinə, 2.592.000 saniyəsinə bölərək necə xərcləyəcəyimi düşünürəm. Istəmədiyim işimdə qırtlağımı sonunadək sıxan kəpənəyimi necə taxacağımı düşünürəm.
O gün çox düşündüm.
Formal normallarımızı düşündüm.
O gün çox siqaretin manifestinə şahidlik etdim.
O gün çox qorxdum sabahımın eyni olacağını fikri ilə...
P.S. Mənasız yazılar silsiləsindən bir Qulun gündəliyi
Təşəkkür edənlər: (38) Mix_az_li, Heyatim, yarpaq_dolmasi, Konul_E.N., A_def, _SENSELES_LIFE_, _lady_bdu_, Just_Dance, Dandoline, LUNATIC GIRL, Nurrr, SALOME, semichka_supu, ROMINA_21, line_555, deliwka, TeK_OnUn_GuLu, FATEH_06, _KUKOLKA_, bsb, Whatever Happens, FeMeNiSTKa, TARKANFAN, indivium, Financer_001, OSTROV-MECHTI, break, Azbukalin, E.C.N, Caution, BeZNicK, Miss_Skazochka, Nigar_114, Elxangill, baby girl, _MILANoooRE_, Immortal_Man, NifreteNifret
|
 |
|
 |
 |
|
Baxış sayı: 575 Şərhlər (39) Müəllif : Q.u.l 14 Yanvar 2010 17:00 | |
 |
 |
 |
 |
| |
|
#39 Şərhin müəllifi: xanim__Mosquito |
|
|
|
|

|
uydaaaaa dehwet maraqlidi e. cox xowuma geldi. tesekkurler. heyat heqiqeten de beledi. her wey bize adi gorunur. hemiwe istemiwem ki heyatimda deyiwiklik edim, yaxsiya dogru, amma nedense bu eksine olub. bilmirem menim sonum hara gedir. bezmiwem her weyden |
|
 |
|
 |
 |
2 Fevral 2010 16:20 | Qeydiyyat: 10.02.2009 | Adı: Gunay | Ünvan: Baki | |
 |
 |
 |
 |
| |
|
#38 Şərhin müəllifi: NifreteNifret |
|
|
|
|

|
Cox sag ol cox maraqlidir.ellerin agrimasin mix.az-a bele xeberler yarawar! |
|
 |
|
 |
 |
1 Fevral 2010 10:23 | Qeydiyyat: 31.12.2009 | Adı: Adimi deyiwsem goresen heyatim deyiwermi??? | Ünvan: Yer Kuresi | |
 |
 |
 |
 |
| |
|
#37 Şərhin müəllifi: S-BANDERAS |
|
|
|
|

|
Cox maraglidi.Evelce oxumaga sebrim catmadi werhleri oxudum gordm hami maragli oldugun yazb.Axra qeder oxudum halaldi |
|
 |
|
 |
 |
18 Yanvar 2010 23:35 | Qeydiyyat: 2.08.2007 | Adı: X_x_X | Ünvan: Sahil | |
 |
 |
 |
 |
| |
|
#36 Şərhin müəllifi: Elxangill |
|
|
|
|

|
BİR SÖZLƏ SUPER ! ! ! ŞƏRHƏ GƏRƏK YOX . . . |
|
 |
|
 |
 |
15 Yanvar 2010 20:13 | Qeydiyyat: 18.11.2008 | Adı: Elxan | Ünvan: BAKI - YASAMAL . . . | |
 |
 |
 |
 |
| |
|
#35 Şərhin müəllifi: Niiiii |
|
|
|
|

|
koridorunda 30 aprel faciəsinə aid heç bir nöqtənin də olmadığını görüb bu fikrə hardasa haqq qazandırıram Allah rehmet elesin orda olenleri.gozel yazi idi.meni helede teeccublendirmek mumkun imish |
|
 |
|
 |
 |
15 Yanvar 2010 16:57 | Qeydiyyat: 19.11.2009 | Adı: nihad | Ünvan: baki | |
 |
 |
 |
 |
| |
|
#34 Şərhin müəllifi: Q.u.l |
|
|
|
|

|
Sitat: Financer_001 Bunun üçün yazan əllərin var olsun, qardaşım!!! Gözlərin həmişə nurlu olsun həmişə belə yazılarını bizlərə də təqdim edəsən!Çox sağ ol ki, Manqurt deyilsən!!! Sag ol qardashim qardash qarshiliqlidi men de ne vaxtsa bu cemiyyetin icinde eriyecem...Sitat: break break Sitat: OSTROV-MECHTI OSTROV-MECHTI Sitat: Azbukalin Azbukalin Sitat: E.C.N E.C.N Sitat: Asef Asef Sitat: Nigar_114 Nigar_114 Teshekkurler vaxt ayirib oxudugunuz ucunSitat: BeZNicK BeZNicK Allah qullarina merhemet edendir. InshallahSitat: Miss_Skazochka Miss_Skazochka Xeberin hazirlanmasinda sizin boyuk zehmetiniz var. Haqqinizi halal edin
--------------------
Biz hamımız tanımadığımız fironların könüllü qullarıyıq və görmədiyimiz ehramlara daş daşıyırıq gedirəm nöqtə düzə-düzə 142 addım |
|
 |
|
 |
 |
15 Yanvar 2010 15:08 | Qeydiyyat: 6.06.2009 | Adı: Kamil | Ünvan: Qullar olkesi | |
 |
 |
 |
 |
| |
|
#33 Şərhin müəllifi: Nigar_114 |
|
|
|
|

|
BİZİM MILLƏT nədənsə göydən başına tökülən vacib şeylərə –daşa, külə inanmır, amma göydən düşən 3 almaya yamanca inanır. ........................................ .................... susacaq qeder doymusuq,yorulmusuq |
|
 |
|
 |
 |
15 Yanvar 2010 11:54 | Qeydiyyat: 19.08.2008 | Adı: -- | Ünvan: -- | |
 |
 |
 |
 |
| |
|
#32 Şərhin müəllifi: Asef |
|
|
|
|

|
Çox gözəl yazıdır. İlk əvvəl oxumaq istəmədim amma oxuduqca çox maraqlı gəldi. Həqiqətlər və gündəlik baş verənlər əks olunub. Gözəl
--------------------
ß ðàçëþáëþ òåáÿ òîëüêî òîãäà, êîãäà íåìîé ñêàæåò ãëóõîìó, ÷òî ñëåïîé âèäåë êàê áåçíîãèé õîäèë ïî âîäå! |
|
 |
|
 |
 |
15 Yanvar 2010 07:53 | Qeydiyyat: 8.12.2008 | Adı: Asəf | Ünvan: Bakı | |
 |
 |
 |
 |
| |
|
#31 Şərhin müəllifi: Miss_Skazochka |
|
|
|
|

|
aha bu xəbəri bazada elə maraqla oxuyub hazır etmişdim ki o gün çox yorğun idim artıq netdən çıxırdım bazada bu xəbər gözümə dəydi ilk cümlələri oxudum yazı məni o qədər özünə çəkdi ki bütün yorğunluğumu unudub sonacan oxudum sonda isə öz özümə dedim əla yazı idi.
bir sözlə bravo.hər zaman bu cür yazıları çox böyük həvəslə oxuyub öz düşüncəlırini sərbəst şəkildə ifadə etməyi bacaran gəbclərimiz olduğu üçün fəxr etmişəm.
--------------------
Çíàåòå, ïî÷åìó Áîã ñíà÷àëà ñîçäàë ìóæ÷èíó à ïîòîì æåíùèíó? Âåäü ñíà÷àëà äåëàåòñÿ íàáðîñîê, à ïîòîì øåäåâð...
|
|
 |
|
 |
 |
15 Yanvar 2010 07:27 | Qeydiyyat: 14.02.2008 | Adı: Meyidka | Ünvan: Mix.Az | |
 |
 |
 |
 |
| |
|
#30 Şərhin müəllifi: BeZNicK |
|
|
|
|

|
Sənin yerinə oldum, və bunu bir zamanlar yaşamışam sandım, sonradan düşündüm ki, bir zamanlar yox, bunu Vətəndən ayrıldıqım günə kimi yaşamışam, bunu bu tərzdə düşünən insanların hamısı yaşayır... Q.u.L adının hər bir hərifinı nöqtələr bölsədə, təki bu düşüncən ilə yaşayıb, o nöqtələri aradan qaldırasan, və QUL olasan... amma ALLAHIN Qul-u... TƏK SƏN YOX Bəşəriyyatda hər bir insan kimi, ən sonuncu mən olum amma ALLAHımın nəzəri üstümdə olsun. Bütün bunları yaradanlara da səbəb var.... Göz damcısı yerə düşdüyü andan sonra ordan bitən ağac həməşə ağlayar.... SADƏCƏ ƏHSƏN! |
|
 |
|
 |
 |
15 Yanvar 2010 06:56 | Qeydiyyat: 17.04.2009 | Adı: Anar Bəylərzadə | Ünvan: Ìîñêâà (ãîðîä ãðåõîâ) | |
 |
 |
 |
 |
| |
|
#29 Şərhin müəllifi: E.C.N |
|
|
|
|

|
Kamil, sənə bravo-dan başqa deməyə sözüm yoxdur.... yazı super... seçilmişlərə getdi !!!
amma yazında bir az, hətta çox pessimizm əlamətləri var. Demirəm pessimist ol, demirəm optimist ol, deyirəm ki realist ol !!! çünki ölkəmizdə yalnız pis şeylər yoxdur, yaxşı şeylər də var..
--------------------
Aşk -hər şeyə dəyər, Göz yaşı- heç nəyə dəyməz. Mən AŞK-ı seçdim, Sən isə GÖZ YAŞI-nı. |
|
 |
|
 |
 |
15 Yanvar 2010 01:43 | Qeydiyyat: 22.07.2009 | Adı: Elcin | Ünvan: -- | |
 |
 |
 |
 |
| |
|
#28 Şərhin müəllifi: Azbukalin |
|
|
|
|

|
[b][/b] Bir sozle cox gozel ve Ela ..Bawqa hec ne demeye ehtiyyac duymadim ..Bu sozleri oxuyanda san ki ozum o qaqawin yerinde kimi ferz etdim,deyen coxdu ve cox olacaq cun ki hami ozunu agilli sayir ancaq bu bele deyil buda uydurma sonradan duwulunen bir sozlerdi .Ona gore bizim en boyuk menfi xususiyyetimiz belkede ele bundadi ki hami ozunu agilli sayaraq hamiya yuxaridan awagiya baxaraq ozumuzu ucuruma apaririq ..Heyyata en vacib odur ki nece olur ol semimi ol cun ki sen mehz semimi oldugnda ozunsen kiminse xatirine ve qiraqdan deyilen fikirleri ustun tutaraq hec zaman hereket etmey duzgun deyil bunu ede bilersen ancaq mueyyen zaman kesiyinde,sonradan yene ozun olursan ,yeni heyyati omur boyu rol oynayaraq kecirmek olmur bunu hele hec kim bacarmayib.. ...Bizim kimi genclerin gucu catmir ancaq ne qeder bacaririqsa usyan etmeliyik .. |
|
 |
|
 |
 |
15 Yanvar 2010 00:33 | Qeydiyyat: 27.02.2009 | Adı: Memmed | Ünvan: 8 MKR | |
 |
 |
 |
 |
| |
|
#27 Şərhin müəllifi: OSTROV-MECHTI |
|
|
|
|

|
Sebirsizlikle gozlediyim texeyyul mehsulu....Tefekkurune ehsen..
|
|
 |
|
 |
 |
15 Yanvar 2010 00:03 | Qeydiyyat: 14.03.2009 | Adı: NONAME | Ünvan: OCHEN DALEKO | |
 |
 |
 |
 |
| |
|
#26 Şərhin müəllifi: break |
|
|
|
|

|
qardashim "oxudum"sozune ve sherhimi artirmaq uchun yazmadigimi Inshallah biliursen...sadece Teshekkur edirem bu fikirlerivi bize yeniden iynelediyin uchun..sozun yaxshi menasinda...cox sagol
--------------------
Biz izlədik ki,iz qoyanlar iz qoyubdur bəlkə düz Amma unuduldu bir həqiqət olmur tülkü düz. Bizəmi qalıb olmaq şarlatanlar arası saf-dürüst? |
|
 |
|
 |
 |
14 Yanvar 2010 23:57 | Qeydiyyat: 28.12.2006 | Adı: Elvin | Ünvan: Black City | |
 |
 |
 |
 |
| |
|
#25 Şərhin müəllifi: Financer_001 |
|
|
|
|

|
Qardaşım, bu yazını oxuyub bir tərəfdən sevinirəm bir tərəfdən də kədərlənirəm! Sevinirəm ona görə ki, Azərbaycan adlı məmləkətdə sənin kimi düşünməyi bacaran Vətəndaş var!!! Azərbaycanda bütün bu tərəfləri görmək üçün yüksək zəkaya və əlavə effektlərlə görmə qabiliyyətinə malik olmaq lazımdır! Nədənsə istməməkdənmi yoxsa qorxudanmı bir çox Vətəndaşlar bu məqamlara qarşı Kor edilib! Kədərlənirəm ona görə ki, Azərbaycanda səni kimi düşünüb, düşündüyünü ; publikaya bildirməyə qarşı həmişə "Embaqo" qoyulub! Amma fikir o vaxtı daha dəyərli olur ki, məhz bəhs etdiyimiz şəraitdə bildirmək cəsarətində bulunasan! Bunun üçün yazan əllərin var olsun, qardaşım!!! Gözlərin həmişə nurlu olsun həmişə belə yazılarını bizlərə də təqdim edəsən! Çox sağ ol ki, Manqurt deyilsən!!!
--------------------
"Sevişmək də savaşmaq kimi qüvvət, fantaziya, cəsarət, qüdrət, səy, bilgi və yaradıcılıq tələb edir! Fərq isə bundadır: Sevişmək doğumu artırır, savaşmaq isə ölümü!!!" Müəllif: Financer_001
Nobody is perfect!!! I am nobody!!! |
|
 |
|
 |
 |
14 Yanvar 2010 23:15 | Qeydiyyat: 24.04.2008 | Adı: msn: Financer_001@hotmail.com | Ünvan: Germany | |
 |
 |
 |
 |
| |
|
#24 Şərhin müəllifi: indivium |
|
|
|
|

|
Formal normalar...Bu mənim bir gündə ən çox düşündəklərim arasındadır....Axı bu formal şəkildə yaradılmış normaların əsas mərkəzi hardan gəlir.....Təəsüf ki,formallıq,şablonlıq artıq bu insan məxluqunun qanındadır....Normaldırm& #305;??Bunu deyə bilməyəcəm...Amma mən yazdığım hər sözün ,düşündüyüm hər fikirin deyilməmiş olmasına çalışıram həmişə...Ya da deyilmişin daha yüksək forması olmasına..... TƏŞƏKKÜR....BUNUN ÖZÜDƏ FORMALAŞMIŞ NORMADIR...
--------------------
|
|
 |
|
 |
 |
14 Yanvar 2010 21:33 | Qeydiyyat: 30.04.2009 | Adı: -- | Ünvan: -- | |
 |
 |
 |
 |
| |
|
#23 Şərhin müəllifi: _SKARPIONA_ |
|
|
|
|

|
P.S. Mənasız yazılar silsiləsindən bir Qulun gündəliyi Mən deməyə söz tapmiram....Sadəcə çox sevinirəm ki,hələ də vətənimizdə bu qədər real fikirli gözlərindən asilan pərdələri dartib cira bilən,standartlari qəbul etməyib haqlicasina üsyan etməyi bacaran,öz gerçəklərini sadəcə içində saxlamayib da insanlara bəyan edən ,bildiyimiz amma göz ardina vurduğumuz həqiqətləri bizə yenidən göstərən belə insanlar var.......... Hə biz beləyik.Amma inamim sonsuzdur ki az qalib "mənfi"lərimizi atmağa.Çünki gəncliyimizə inamim böyükdür..... |
|
 |
|
 |
 |
14 Yanvar 2010 21:05 | Qeydiyyat: 28.08.2009 | Adı: .... | Ünvan: .... | |
 |
 |
 |
 |
| |
|
#22 Şərhin müəllifi: Q.u.l |
|
|
|
|

|
Sitat: A_def Tapmadim ????????? nostaljiya, ag-qara sehifeli xatire Demeli artiq tapmisan)) Sitat: FeMeNiSTKa Siqaretdən başqa hamısını bəyəndim))Təşək kür bir sözlə əla! Texeyyul Sitat: Whatever Happens Whatever Happens Sizin simanizda oz deyerli fikirlerini bildirenlere teshekkur edirem
--------------------
Biz hamımız tanımadığımız fironların könüllü qullarıyıq və görmədiyimiz ehramlara daş daşıyırıq gedirəm nöqtə düzə-düzə 142 addım |
|
 |
|
 |
 |
14 Yanvar 2010 20:29 | Qeydiyyat: 6.06.2009 | Adı: Kamil | Ünvan: Qullar olkesi | |
 |
 |
 |
 |
| |
|
#21 Şərhin müəllifi: Whatever Happens |
|
|
|
|

|
Ömrümün növbəti 20 dəqiqəsini də beləcə yeraltı dünyada yola verdim. bilirəm acınacaqlı olsa belə siz bu 20dəq minnətdar olmalısınız, yerin altı olsa belə insana çox şeyi öyrədir. Şəxsən mən özüm 20dəq yerin altında univ gedən zaman çox sifətlər, çox haqsızlıqlar gördüm. Hətta bir dəfə Türkiyə-Azərbaycan problemləri yaşanan kiçik bir dövrdə, 1 qadının necə türk qızını qatardan qovmaq istəməsinin şahidi oldum. İnanın o qədər utanılası bir hadisə idi ki, türkü o türkü ki Bakıda indi rahat yeriməyimizə təmin yaradan türkü qatardan qovuruq. O gün çox qorxdum sabahımın eyni olacağını fikri ilə... Heç bir zaman qorxmayın əksinə fəxr edin ki bu cür səlist fikirli insansınız, utansın o kəslər ki bu cür yazılan pinti şəraitin yaradıcılarıdır.
--------------------
Həyatda xoşbəxt olmağı bədbəxtlərdən öyrəndim... |
|
 |
|
 |
 |
14 Yanvar 2010 19:41 | Qeydiyyat: 1.02.2009 | Adı: Menecer | Ünvan: 1 kağız, 1 qələm və 4 divar... | |
 |
 |
 |
 |
| |
|
#20 Şərhin müəllifi: FeMeNiSTKa |
|
|
|
|

|
Elə bildim axırda Qaraqanın kitabından fraqment yazılacaq.Amma demə sizin imiş.Siqaretdən başqa hamısını bəyəndim))Təşək kür bir sözlə əla!
--------------------
AXMAQLARIN SORUŞUB AĞILLI İNSANLARIN CAVAB VERƏ BİLMƏDİYİ BİR ÇOX SUAL VARDIR!!! |
|
 |
|
 |
 |
14 Yanvar 2010 19:33 | Qeydiyyat: 10.08.2007 | Adı: FeMiNiST iSN'T a DiRTy WoRD!!! | Ünvan: Evde:) | |
 |
 |
 |
 |
| |
|
#19 Şərhin müəllifi: Whatever Happens |
|
|
|
|

|
Çox böyük maraqla oxudum çünki çox sevirəm bu cür sərbəst fikirli yazıları. Açığı bəzi şəxsi yazılarıma bənzətdim. Hər şeyi siz açıq aydın qeyd etmisiniz indi isə icazənizlə keçid alaq öz şəxsi fikirlərimə: Çox yubanmayıb 284 nömrəli avtobusa sözün hər mənasında dırmaşmağa çalışıram. kaş yalnız 284də bu olardı, siz 162 nömrəəli avtobusda olan anları görsəniz bəlkə də Azərbayacan insanlığına tüpürərsiniz. Kişi qadın hamısı biri birinin ağzında, oturan çalır, oturmayan isə süfrə tryapkası kimi sürünə sürtünə qalır. Bakı-Ceyhan, Bakı-Ərzurum, Bakı-Novorossiysk, Bakı-Aktau bütün terminalların adı əzbərlənib hətda 8ci sinifdə oxuyan uşaqdan soruşsan bilməyəcək baxmayaraq ki iqtisadi coğrafiya dərsliyində tədris olunur.
bu gün elə BİM imtahanında belə bir acınacaqlı anla rastlaşadım. İqtisadiyyat fakultəsinin tələbəsi Nabuka qaz layihəsindən xəbəri yoxdu. Bilmirəm niyə amma mənə qəribə gəldi yəni TVdə fashiondan başqa heçnə göstərmirlər?!
--------------------
Həyatda xoşbəxt olmağı bədbəxtlərdən öyrəndim... |
|
 |
|
 |
 |
14 Yanvar 2010 19:28 | Qeydiyyat: 1.02.2009 | Adı: Menecer | Ünvan: 1 kağız, 1 qələm və 4 divar... | |
 |
 |
 |
 |
| |
|
#18 Şərhin müəllifi: bsb |
|
|
|
|

|
wokdayam)) bax buna deyerem xeber! superdi!!! umid edirem bele xeberlerden cox olar!!!HALALDI!!!  |
|
 |
|
 |
 |
14 Yanvar 2010 18:51 | Qeydiyyat: 15.04.2008 | Adı: -- | Ünvan: -- | |
 |
 |
 |
 |
| |
|
#17 Şərhin müəllifi: _KUKOLKA_ |
|
|
|
|

|
axiracan oxudum.cox menalidi twk +55555 |
|
 |
|
 |
 |
14 Yanvar 2010 18:35 | Qeydiyyat: 8.01.2010 | Adı: ...... | Ünvan: ...... | |
 |
 |
 |
 |
| |
|
#16 Şərhin müəllifi: FATEH_06 |
|
|
|
|

|
SƏBRSİZ ADAM OLA UZUN YAZİ SƏBRİM ÇATMADİ OXUYAM KİMDƏN NƏDƏN YAZİLİB ƏZİYYƏTİNİ HALAL ELƏ 555+++++
--------------------
14.03.1978
14.03.2010
ÖMRÜMDƏN 1 İL DƏ BELƏ GETDİ |
|
 |
|
 |
 |
14 Yanvar 2010 18:21 | Qeydiyyat: 31.01.2009 | Adı: ƏMİ | Ünvan: BAKİ ..KÖHNƏ GÜNƏŞLİ | |
 |
 |
 |
 |
| |
|
#15 Şərhin müəllifi: TeK_OnUn_GuLu |
|
|
|
|

|
Sonacan oxudum və çox təsirləndim... Yazıda, acı da olsa həqiqətlər çoxdu... Seçilmiş xəbərlərimə əlavə olundu+ 5+əla
--------------------
 Óìåðåòú çà ëþáîâ - íå ñëîæíî... Ñëîæíî íàéòè òàêóþ ëþáîâú, çà êîòîðóþ ñòîèò óìåðåòú... |
|
 |
|
 |
 |
14 Yanvar 2010 18:19 | Qeydiyyat: 14.11.2009 | Adı: Inci | Ünvan: Mix.aZ | |
 |
 |
 |
 |
| |
|
#14 Şərhin müəllifi: PuNKa |
|
|
|
|

|
Yazını oxudum və fikrimdə səhnələşdirdim.h< 1;qiqətən maraqlı yazı alınıb.
--------------------
Sən ümidsən...Həyatımdan gedirsən... Ağacıma tək budaqsan... Dərində bir bulaqsan... Sən yağışsan... Yanağımdan yağırsan... Bəzən arzulara qanadsan... Sən ayrı bir həyatsan... Bir həyatsan...
Ürəklərimiz ayrı bədənlərdə olsa da eyni 1 sevgi üçün döyünür[...] |
|
 |
|
 |
 |
14 Yanvar 2010 17:52 | Qeydiyyat: 19.10.2008 | Adı: Punka | Ünvan: Azerbaycan-Baki-Neftchiler | |
 |
 |
 |
 |
| |
|
#13 Şərhin müəllifi: semichka_supu |
|
|
|
|

|
Bu yazi mutleq populyar xeberlere dushecek) bir +5 da mennen) yazi chox gozel yazidi amma hamisini oxumaga hovselem chatmediye(
--------------------
Statusu qazanmağın 20 yolu... Yaxında Mix.Az-da :) |
|
 |
|
 |
 |
14 Yanvar 2010 17:48 | Qeydiyyat: 6.06.2009 | Adı: Adı :) | Ünvan: Lerikin ucqar kəndi :) | |
 |
 |
 |
 |
| |
|
#12 Şərhin müəllifi: _lady_bdu_ |
|
|
|
|

|
Acı həqiqətlər....Tə# 1;əkkür gözəl yazmısan |
|
 |
|
 |
 |
14 Yanvar 2010 17:42 | Qeydiyyat: 1.05.2009 | Adı: Lady | Ünvan: Bakı | |
 |
 |
 |
 |
| |
|
#11 Şərhin müəllifi: deliwka |
|
|
|
|

|
:((( 4oxlarimizin fikirlerini oxudun mene ele gelir |
|
 |
|
 |
 |
14 Yanvar 2010 17:40 | Qeydiyyat: 30.04.2007 | Adı: deliwka | Ünvan: baki | |
 |
 |
 |
 |
| |
|
#10 Şərhin müəllifi: ROMINA_21 |
|
|
|
|

|
+5-deyer
--------------------
Vaxt gələcək nə sən indiki sən olacaqsan nədəki mən indiki mən.Məni axtaracaqsan tapmayacaqsan, məhəbbətini axtaracaqsan tapmayacaqsan sənə qalan sadəcə həsrət olacaq oda sən istəsən belə səni tərk etməyəcək.......by _E_D_İ_K_ |
|
 |
|
 |
 |
14 Yanvar 2010 17:38 | Qeydiyyat: 10.10.2009 | Adı: Konul | Ünvan: baki seheri | |
 |
 |
 |
 |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|