
Öyrəndik ki.... yoldaşlarımızın dəyişə biləcəyini qəbul etsək, yoldaş dəyişdirmək məcburiyyətində qalmarıq...
Öyrəndik ki... ən sevdiyimiz adam belə bizi bir dəfə qıra bilər, amma o hər vaxt bağışlanılmağı haqq edər
Öyrəndik ki... gerçək dostluq və gerçək sevgi, araya məsafələr belə girsə böyüməyə davam edər
Öyrəndik ki. ...bir saniyədə etdiyiniz bir şey sizə həyat boyu qırıq bir ürək buraxa bilər
Öyrəndik ki... olmaq istədiyimiz kimi biri olmaq bəzən bir ömür belə yetməz
Öyrəndik ki... sevdiklərimizin yanından ayrılarkən son sözlərimiz gözəl şeylər olmalı, bəlkə də bu onların son görüşüdür
Öyrəndik ki ... etdiklərimizin məsuliyyəti bizə aiddir
Öyrəndik ki... biz davranışlarımıza nəzarət etməsək davranışlarımız bizə nəzarət etməyə başlar
Öyrəndik ki.. bir əlaqə nə qədər alov şəkildə başlasa də, ehtiras gün keçdikcə sönər.. bir-birinə həqiqətən bağlı olanlar, ürəklərindəki sevgi əsla sönməyənlərdir
Öyrəndik ki ... qəhramanlar,doğru şeyi doğru zamanda və nəticələrini düşünmədən edənlərdir
Öyrəndik ki... Ədalət pulla təmin edilməz
Öyrəndik ki... Ən yaxşı yoldaşlarımız, birlikdə heç bir şey etmədən çox şey edərək yaxşı vaxt keçirə bildiyimiz kəslərdir
Öyrəndik ki... əsəbləşməyə haqqımız var amma zalımca davranmağa haqqımız yoxdur
Öyrəndik ki... biri bizi istədiyimiz şəkildə sevmirsə bu bizi bütün ürəyilə sevmədiyi mənasını verməz
Öyrəndik ki... Yetkin olmaq neçə ad günü qeyd etdiyimizə deyil, həyatda nələr görüb keçirdiyimiz və bunlardan nələr öyrəndiyimizə bağlıdır
Öyrəndik ki... Bəzən ətrafdakıların bizi bağışlaması əlçatmazdır, bizim də özümüzü bağışlaya bilməmiz lazımdır
Öyrəndik ki... Biz nə qədər pis olsaq da dünya dönməyə davam edir
Öyrəndik ki... yetişərkən ailəmiz və ətrafımız bizə təsir edər, amma sonunda necə biri olduğumuz yalnız bizə bağlıdır
Öyrəndik ki... İki insan döyüşürlərsə bu bir-birlərini sevmədikləri mənasını verməz, iki insan heç döyüşmürlərsə bu da bir-birlərini sevdikləri mənasını verməz
Öyrəndik ki.. Bəzən bir sirri öyrənmək üçün israrçı olmamaq lazımdır, öyrəndiyimiz şey həyatimizi sonsuza qədər dəyişdirə bilər
Öyrəndik ki... iki insan eyni istiqamətə baxıb tamam ayrı şeylər görə bilər
Öyrəndik ki.. Sizi heç tanımayan insanlar bir neçə saniyədə həyatinizin axışını dəyişdirə bilər
Öyrəndik ki ... Birini nə qədər çox sevsəniz həyat onu sizdən o qədər erkən alar....
Müəllif: Həyat aşiqləri
Təşəkkür edənlər: (17) ice lady, _E_D_I_K_, Without_you, lacrima723, kissed_a_girl, rena94, TARKANFAN, Shevchenko_Ali, _REQANA_, Whatever Happens, semichka_supu, E.C.N, Klubnichka_Mix_Az, Aze_girl, Mayta, zaur16, O RX A N 002 |