Mix.az userləri özünü mixli hesab edən kəslər mütləq hər gün bir dəfə də olsun mix.az – a daxil olurlar. Bura virtual da olsa həyatımızın bir hissəsinə çevrilib. Artıq virtual aləmi real aləmimizə qata bilmişik. Yəni virtualda şərhləri ilə bizə yaxın olan userləri, özümüzə yaxın görə bildiklərimizi yaxından tanıyaraq, görüşərək realla əvəz edirik. Düzdür, bəzilərimiz useri yaxud userləri tanımaqda peşman olmuşuq, bəzilərimiz isə əksinə düşünmüşük və demişik ki, nə yaxşı belə gözəl xasiyyətli insanı tanımışıq və bundan da məmnun olmuşuq. Bəziləri mixdən ayrılıb, ümumiyyətlə virtual aləmə son qoyub. Ancaq bəziləri mixdə ola – ola digər saytların üzvüdürlər, ora mütəmadə xəbərlər də göndərirlər. Oranın da aktiv, statuslu userləri də olublar. Şəxsi işləridir, pis də baxmıram.
Bəziləri digər saytlarda mixdə oturduqları niklərlə qeydiyyatdan keçiblər. Ancaq bəziləri isə bundan çəkinərək digər saytlarda başqa niklərlə olurlar. Ancaq bəzilərimiz isə mixdə ola – ola iki və daha artıq nikdən aktivlik göstərirlər. Bax mən isə belə userləri başa düşmürəm. Məqsədləri də nədir anlamaq olmur! Axı mixdə öz nikləri ilə tanınıblar, hörmət qazanıblar, bütün bunlara baxmayaraq yenə də digər niklərdən istifadə edirlər. Çox vaxt yeni niklər hansısa tanınmış useri xatırladır, çünki azdan – çoxdan bizlər burada istifadəçilər tanıyırıq. Hər gün şərhlərini oxuyuruq, sitat gətiririk və hətta fikirləri ilə razılaşırıq da.
Sualım isə belə olacaq, Mix.az – da neçə nikiniz var və hansılardır?
Bir neçə niklə aktivlik göstərməkdə məqsəd nədir?
Xahiş edirəm, gəlin tam səmimi cavablar verək...
Təşəkkür edənlər: (31) Financer_001, _lady_bdu_, LUNATIC GIRL, Adelina.17, _E_D_I_K_, Just_Dance, anestezistka, E.C.N, Asef, VeLi_DRD, withyou, Splendid_Girl, Morena, Login X, _Barbi_, UltrAslan, semichka_supu, indivium, ISAQ_M, kissed_a_girl, Рлегант, break, Unfaithful, ice lady, wugirl, Nermishka_DRD, Mayta, Cehennem_Sakini, Lunam, dayver, _Sevil_ |