
Mən də sizin kimi insanam. Sevib sevilmək istəyirəm. Həyatımı mənalaşdıran qadınımı tapmaq istəyirəm. O məni çağıran da can deyə ona səs vermək istəyirəm. Saatlarla oturub ona baxmaq istəyirəm. Gözlərində olan sevgisinin mənə nələr demək istədiyini anlamaq istəyirəm. Əlini əlimə alıb özümlə qürur duymaq istəyirəm. Elə birisi ki, başımı çiynisinə qoyub onun danışdığı nağıllara qulaq asmaq istəyirəm. Üzündəki təbəssümünə baxıb sevinmək istəyirəm. Bir qadınım olsun istəyirəm. Mənə hər zaman buyruq verib, istədyini desin istəyirəm. Mən görüş yox, mən əl-ələ tutub gəzmək yox, mən sadəcə həyatımın qadınını istəyirəm. Sizin kimi mən də sevgi yaşamaq istəyirəm. Mən çox şey yox yalnız bir qadınım olsun istəyirəm.
Mən də sizin kimi insanam. Dostum olsun istəyirəm. Elə bir dost ki, onu çağıran da can qardaş desin. Elə bir dost ki, bizə baxan doğma qardaşdı desin. Mən bir dostum olsun istəyirəm. O dost ki, gecənin zülmətində çağıranda səsimə səs verib köməyimə gəlsin. Mən onu incidəndə, xətrinə dəyən də, dərdim-sərim olanda mənə can qardaşım desin. Elə bir dost istəyirəm ki, mənimlə ölüm şərbəti içməyə hazır duran bir can olsun. Hara getsəm, nə etsəm mənə kömək olsun. Hər zaman mənə dayaq olacaq bir dost istəyirəm. Mən də sizin kimi dostluq yaşamaq istəyirəm. Mən çox şey yox yalnız bir dostum olsun istəyirəm.
Mən də sizin kimi insanam. "Mənə can balam" -deyəcək ANAm olsun istəyirəm. Yıxldığım zaman, ağladığım zaman mənə- "can ana sənə qurban"- deyəcək anam olsun istəyirəm. Məndə digər uşaqlar kimi anamın əlindən tutub onun isti qucağına sığınmaq istəyirəm. Məndə sizin kimi bir insanam. Xəstələndiyim zaman gecələr üstümdə mələyim olan anam olsun istəyirəm. Dərədimə, problemimimə narahat olacaq ana istəyirəm mən. Mənim üçün qadınımı seçmək də, ona elçi getməkdə kömək olacaq ağ saçlı anam olsun istəyirəm. Hər uğuruma, sevincimə sevinc göz yaşı axıdan anam olsun istəyirəm. Mən çox şey yox yalnız bir anam olsun istəyirəm.
Mən də sizin kimi insanam. Adi cəmiyyətdə sizlərlə bərabər yaşamaq istəyirəm. Sizlərlə bir gülüb, bir danışmaq istəyirəm. Məni də ALLAH yaradıb. Sizin kimi azad almaq istəyirəm. Mən də sizlərə qoşulub gəzmək istəyirəm. İstədiyim şeyləri almaq istəyirəm. Var dövlət yox sadəcə qarnımı doyduracaq çörəl istəyirəm. Mən də sizin kimi yeyirəm, içirəm. Sizi kimi bir insanam mən də. İstəyirəm ki, hər kəsin nəzəri mənə yönəlməsin. İstəyirəm ki, sizi kimi küçə də yol gedən də hamı kimi sərbəst olum. Heç nə yox sizlər dən olmaq istəyirəm. Mən çox şey yox yalnız bir azadlığım olsun istəyirəm.
Mən də sizin kimi insanam. Sizin kimi yaşaya bilirəm, gülürəm, ağlayıram, yeyirəm, içirəm. Mənim də insani hissiyatlarım vardır. İstəmirəm başqa baxışlarla mənə baxılsın. İstəmirəm hər baxanın mənə yazığı gəlsin. İstəmirəm küçələrdə yatıb, soyuğu dadım. Nə olsun ki, mən şikəstəm?! Nə olsun ki, mənim bir qolum yoxdur?! Məgər mən sizlərdən ola bilmərəm? Məgər mənim sevgilim, dostum, azadlığım ola bilməz? Məgər mən də sizlər kimi deyib-gülə bilmərəm? Məgər məni kimi uşaqları anaları atmalıdırlar? Məgər bizi kimiləri də ALLAH yaratmayıb?
Mən çox şey yox yalnız bir ölümüm olsun istəyirəm.
Yazı mənə aiddir!
Təşəkkür edənlər: (41) S_U_E_L, swed, MAGIC GIRL, TARKANFAN, emerald_z, Shevchenko_Ali, anestezistka, _SKARPIONA_, indivium, ROMINA_21, Aze_girl, chrysalis, ADU-140, A_def, semichka_supu, Cehennem_Sakini, UltrAslan, FeMeNiSTKa, _stilyawka_, kissed_a_girl, ciger_kababi, Mayta, desolate girl, Nicole_, yamur_, M_A_R_I_K, bahargulu85, zaur16, ASHKSIZ_PRENS, ASI_GIRL, orxancheg, withyou, xaker_dronqo, when you believe, _Noble_, alinme, Tombik20, Secret_Man, mubariz74, PoLaViNKa, bakuli |