Əvvəlcədən deyimki başlığa baxıb heç də deməyinki oğlanları tənqid edirəm. Mövzu eyni ilə qızlara da aid olacaq.
Dırnağarası bu deyim qlobal problemlərdən birinə çevrilməkdədir. 1 çox oğlanlar onunla ailə qurmuyacaqlarını bilə bilə 1 neçə qızla sevgi münasibəti yaşayır. Cürbəcür vədlər verir sənin üçün ölürəm sən mənim həyatda tək varlığımsan kimi şablon sözlərdən doyunca istifadə edir. Diqqət edin özünü sığortalamaq üçün tək istifadə etmədiyi cümlə budu “Mən səni sevirəm”
Amma siz onfan soruşanda Məni sevirsənmi? – Cavabı belə olur. Bunu soruşmağa ehtiyac var? Guya bilmirsən? Mənə inanmırsan? Ayrılmaq vaxtı çatanda isə çox sadə 1 cümlə ilə canlarını qurtarırlar. Mən sənə deməmişdimki səni sevirəm səni alacam.
Oğlanların qəlbini qıran qızlar da az deyil. El adəti ilə göbəkkəsdisi olan istəmədiyi biri ilə nişanlanmağa məcbur olan amma buna üsyan etməyən boyun əyərək ərə getməyə razılaşan nə qədər qız varsa ərə gedənə kimi istədiyi oğlanlarla münasibət qurur hətda onlara özünü sevdirib qəlblərini qırır. Bəhanə olaraq işlətdiyi son cümlə isə bu olur. “Məni sevmədiyim birinə verəcəklər istədimki heç olmasa azad ikən həyatımı yaxşı yaşayım”
Günah təkcə gənclərdə deyil. Bəzən bu vəziyyətə gəlib çıxmağımıza valideyinlər səbəb olur. Bu gün “ay bala get kimnən gəzirsən gəz onsuzda axırda dayın qızını sənə alacıyıq” deyən valideynlər azdımı? Ovladlarının münasibət qurduğu şəxslər də kiminsə qohumudur. Heç kim sığortalanmıyıbki öz qohumunuz da nə vaxtsa kimləsə hansısa münasibəti yaşayıb.
Bizim müəllimin 1 yaxşı sözü var idi. Qrupda oğlanlara deyərdi. “Heç də yekəxanalıq eləmiyin, sabah sən gəzdiyini o alacağ o gəzdiyini sən” Təbiiki bu dar düşüncə kimi qələmə verilə bilər amma hər sadə cümlənin altinda dərin məntiq var.
PS : Gəzməyə yad qızı (yad oğlu) almağa (getməyə) qohum yaxşı. Bu ifadəyə münasibətinizi bizimlə bölüşün.
Təşəkkür edənlər: (48) Max-Pine, FATEH_0, Nikolka, reservoir engineer, Lunam, Neqsicahan, Adelina.17, orxancheg, m.Hesenzade, Alvinaa, Shevchenko_Ali, Mulatka_S_S, n_feride, SWEET, Р ?тальянец, _lady_bdu_, amon29, Tombik20, _Nina_, Love_Cana, zaur16, ayan92, Azerbaycaniim, cici kiz, _MILANoooRE_, (Bakinech), FeMeNiSTKa, ice lady, Whatever Happens, ASI_GIRL, The first lady of Mix, NAX OGLAN, NUSHANA, semichka_supu, Nomre1, DeadDoll, Secret_Man, ilhamli nuna, rais_ceferov, Cehennem_Sakini, no angel, Jesi_ag, Shems_01, toureg, shems, TeLePuZiK_ViKKi, qladiator_leo, esmira |