
Əslində belə baxanda realda olan bəzi xüsusiyyətlət məsələn paxıllıq,dava,qeybət və digər buna bənzərlər virtual alməmdə də özünü birüzə verir. Fərq çox deyil. Yeganə fərq odur ki, realda bunlar şifahi virtualda isə yazılı formadadır. Elə isə bu tip davranışlara qıraqdan baxıb qiymət verək. Özüm bütün bunlara virtual dünyası olan Aznetin böyük evi Mix.aZ-da nəzər saldım və bacardığım qədərilə nümayiş etməyə çalışacağam.
Msn: A:Salam bacışka necəsən? (Tanışlıq2 gün əvvəl olub) B:Salam canım mən səni görəndə lap əla (halbuki bu sözü bundan qabaq digər bacışkalarına da deyib). Sən necəsən? A:Canım məndə yaxşı. Saytdan nə xəbər? Təzə nəsə var? B:Bacışka Asef_Sas bir müddət saytda yoxduyee. Deyəsən Turalla dava edib saytdan gedib (mənbə hardandır bilmirəm. Tural demişkən deyəsən öncəgörmə qabiliyyəti var). A:Həə demə-demə. Sən demə onun xəbərlərini Vegas aktiv edirmiş. Ona görə 1ci olub keçən ay (halbu ki, Vegas avtoya xəbər düzmür). Ola bilsin ona görə davaları düşüb. B:Of o Vegasın əlindən. Bircə ban olunsa idi canıma yağ kimi yaxılardıyeeee. A:Bacışka bəs görəsən Meyidka hardadır? Qulaq dincdir eee o yoxdur deyə. Gecələri rahat çat edə bilirik. B:Həə o da çoxdandır yoxdur saytda. Maraqlıdır. Asef_Sas bilər onu. Axı onlar qonşudular. A:Aaaa yaxşıda necə bəyəm?! B:Bəs bilmirdin ki, qohum axtarırdılar qonşu tapdılar. (şəxsi şeylər müzakirədədir uje) A:Ayda bacışka bilirsən hərdən nə fikirləşirəm?! O Tural niyə Reqananı admin elədi?! Heç layiq deyilr ee. Zəhləm getmiş lap məni əsəbləşdirir. (heç bir əsas və səbəb yoxdur) B:Caaan bacışka sakit ol. Yolaram onun saçlarını. A:ZDeNKO çox yaxşı qızdır. Mənim xəbərimi hazır edib. Amma Aze_girl isə yaxşı redaktor deyil. Xəbərimə maraqsızdır yazıb. Onu qovmaq lazımdır. B:Aaa yox ee bacışka nabarod tərsinə. ZDENKO mənim aznetdə olan xəbərimi sildi. Lap əsəbləşdim. A:Demə demə. Nə istəyirlər onu da edirlər. Hələ layihəni demirən. Tanışlarını birinci edirlər. Hələ uşaq layihəsinə bax. "aabb" nicki birinci oldu. Özüdə onu özləri ediblər eee. Heç kəs bilməsin deyə qeydiyyat tarixini də 2008 ediblər. (halbuki belə bir şey mümkün deyil. Göz öyrəşib tanışlarını 1ci eləməkdən) B:Həə belə de. (uje xəbər yayıldı bütün mix.az-a)
Layihə biznesi: A:Canım bir bax gör necə yazmışam(göndərir) B:(oxuyur) Hmm belə də pis deyil. A:Bacışka mən yazmışam ee. Layihə üçün. B:Aaa doğrudan?! Nə gözəl,super yazıdır. Vse mən səsimi indidən verirəm. A:Çox sağ ol bacışka. Tanışılarına da verərsən oxusunlar. görsünlər necə yazmışam?!
Ümumilikdə götürəndə çox nadir halda gördüm ki, oğlanlar qardaşım zad desinlər. Amma hansısa bir xəbərdə iki qız arasında çat olur. Sonra pm sonra isə msn. Və oldular bacışka. Bir sözlə can-cigər. Bir maraqlı faktda da nəzər salaq. A:Bacışka sənə sirr deyim amma heç kəsə demə (halbu ki digər bacışkalara da deyib) B:Hə canım narahat olma. (bu da öz digər bacışkasına deməsə ürəyi rahat olmaz və beləliklə sirr deyilən şey olur qeybət)
Çox uzatmayacam. Sadəcə sizlərə bir neçə nümünə göstərdim. Qalanını siz təsvir edin. Və sonda deyiləcəyim odur ki, unutmayın ki, biz əyləncə və istirahət üçün gəlirik!
Bəs siz nə deyərdiniz bu cür hallara?
Yazı tamamilə Mix.aZ saytına məxsusdur!
Təşəkkür edənlər: (34) PIFAQOR, ASHKSIZ_PRENS, Western_lady, FlaMe, FATEH_0, TARKANFAN, Delightful, _REQANA_, Splendid_Girl, indivium, Whatever Happens, Rob_Pattz, Gecegezen, Vegas, Nomre1, ANXILA, reservoir engineer, Morena, Pendir, _stilyawka_, Adelina.17, kissed_a_girl, Unfaithful, Lunam, lucky22, Bez_Login, Mix_az_li, anjeli_nm, emerald_z, sevimli_gozelce, ASI_GIRL, aabb, Miss_Skazochka, semichka_supu |