
Mənim uşaqlığımda analarımız işləməzdi. Məktəbdən evə gəldiyimdə boynumdakı açarla qapını heç açmadım. Hətta atamın belə açarı yox idi. Anam evimizin bir parçası kimi idi, həmişə evdə idi. Hər yerə birlikdə gedərdik, onsuzda elə çox da gediləcək bir yer yox idi ki. Ən böyük əyləncəmiz küçələrdə oynamaq idi. Küçədə oynamaq deyə bir anlayış vardı yəni. Cafelerde, alış veriş mərkəzlərində görüşməzdik. Məktəbə yoldaşlarımızla gedər, birlikdə çıxar, oynaya, tullana yeriyərək gəlirdik. Xidmət filan yox idi. Ayaqqabılarımız köhnələrdi. Hətta elə olardı ki; çantalarımızı səkilərə qoyar oyuna belə başımız qarışardı. Analarımız bu vəziyyəti bildiklərindən, qardaşlarımızla bizlərə çörək arası bir şeylər hazırlayar göndərərdi. Məhəlləmizdəki xalalar anamız kimi idi. Susayınca girər evlərinə su içərdik. Ya da pəncərədən bir dolça bir stəkan uzadar, hamımız eyni stəkandan içərdik suyu. Qısacası evinə gedib gələn əlində mütləq yeməklə dönərdi. Anaları o vaxt uşağına verdiyi şeydən bizlərə də göndərərdi. Bu bəzən bir peçenye bəzən bir meyvə olardı.

Cibimizdə cibxərcliyimiz olduğunda düşməsin deyə çıxarar çantamızın üstünə qoyar, oyun bitincə geri götürərdik. Çox qəribə amma kimsə oğurlamazdı. Küçələrimiz evimiz qədər etibarlı idi. Söhbət yaradılar, döyüşüncə barışardıq. Polislər gəlməzdi döyüşlərimizə, kimsə tutulmazdı. Sonra döyüşlərimiz də elə bıçaq, ülgüc ilə olmaz, onlar nədir bilməzdik belə, əsla qanla filan da bitməzdi, ən çox saçlarımızdan çəkər, heyvan adları sayar, təpik atar, yenə oyuna başımız qarışardı. Bir-birimizin suyundan içərdik. Daşlarla oynamaqdan barmaqlarımız qanayar yenə də mikrob qapmazdıq. Danlanmazdıq , təcililərə getməzdik. Yıxılardıq, çörək çeyniyər basardılar alınımıza, oyuna davam edərdik. Rentgenlərə, ultrasonlara girməzdik.

Mən bizim uşaqlığımız üçün çox darıxıram. Küçələrimiz ruhsuz oldu sanki. Qonşumu tanımıram, amma evini toplamaq üçün təmizliyə gələn qadını həftədə bir görər "yorulmayasız" deyər danışaram. Ondan başqa orada kim yaşayır heç bilmirəm. Evimizi özümüz təmizləyərdik, qapı silərdik, hamımızın əlində bezlər gülə-gülə, oynaya-oynaya bitirərdik işləri. Evlərimiz var içində yaşayan yox. Parklarımız var içində oynayan uşaq yox. Amma hər il sökülüb yenilənən səkilər, lüks binalar, işıltılı vitrinlər, girib çıxan süni insanlar. Ruh yoxdur, buz kimi buz, bu biz deyilik. Taxta stullarımızda oturan yaşlılarımız, onlara baba, nənə deyə xatirini soruşan uşaqlarımız yox oldu. Qapısını açır-örtür deyə uşağına hirslənib, faizini bitirə bilmədiyi avtomobilin açarını, heç tanımadığı birinə vermək tərs gəlir mənə. Mənim deyil bu mədəniyyət. Nə ruhuma, nə mədəniyyətimə nə də pulqabıma xitab edər. Nədir bunlar? Reklamlarla dəstəklənilən beyni, ruhu ələ keçirilmiş insanlar olduq.
Bir-birimizə özgə, təkliklərimizlə yaşar olduq. Yaxşı da niyə belə olduq? Bizmi istəmişdik? Yoxsa buna layiq idik?
Təşəkkür edənlər: (36) The first lady of Mix, NAX OGLAN, _Nina_, TEXAS, Pendir, DaRkNeSs_DeViL, PaRaZiTkA, ice lady, Shevchenko_Ali, SWEET, _MILANoooRE_, Aze_girl, Whatever Happens, _stilyawka_, nar-ciceyi, gilas, AZER 105, HELODERMA_SUSPECTUM, s.c.s_25, 4ernaya Pantera, Heyatim, FATEH_0, kissed_a_girl, sevimli_gozelce, leomano, reservoir engineer, Cehennem_Sakini, TARKANFAN, Lunam, Shems_01, Morena, Nezka 517, chrysalis, fayton_85, JUJUKA, Secret_Man |