
Qoç Hansı qoç yüksək sürəti sevmir? Onlar hər yerdə 1-ci olmağı və hər kəsdən sürətli olmağı üstün tuturlar. Avtomobil seçərkən Qoçun seçiminə heç kim qarışmamalıdır: o yalnız sürətli heyrətamiz və ən gözəlini seçəcəkdir. Ələbəttə ki seçimdə madiyyatda böyük rol oynayır. Lakin qoçların üstünlük verdiyi avtomobil məhz: Porsche Cayman-dır. Onun sahibləri kimi avtomobil sürəti sevir. Buğa Buğa bürcü altında olan qadınlar maşın seçərkən çox ehtiyatlı davranırlar. O sanki özünə həyat yoldaşı seçirmiş kimi çox ləng, uzun müddətə və bütün ömür boyu ona lazım olacaq avtomobili seçir. Avto əlbəttə ki dəyişilə bilər. Lakin marka və model dəyişilməz olaraq qalacaqdır. Buğaların tipik maşın seçimi: praktik və keyfiyyətli olandır. Onlar sürəti və cəldliyi sevməsələr belə öz temperamentlərinə uyğun seçim edirlər: Honda Jazz və Toyota Yaris. Əkizlər. Onları praktik olaraq bir yerdə görmək mümkün deyildir, daim yer dəyişməkdədirlər. Onların əhval-ruhiyyəsi də dəyişkəndir. Əsil ekiz hər zaman idman stilli maşınlara üstünlük verir. O daha çox BMW 3 və Toyota Soarer kimi avtomobillərə maraq göstərir. Sürəti və dəyişkənliyi sevirlər. Xərçəng. Xərçənglər çox daimi, davamlı və qapalı seçimlər edirlər. Onlar avtomobil seçərkən ilk olaraq diqqət yetirdikləri yalnız rahatlıq olur. Volkswagen Passat-a üstünlük verirlər. Onlar üçün əsas stil eleqantlıqdır. Şir. Hər yerdə öz hökmdarlığını göstərməlidir və bunu bacarır da! O hər şeyi kontrol altında saxlamağı sevir onun avtomobili hər şeyi ilə seçilməlidir. Onun bütün arzularını məhz o avtomobil yerinə yetirməlidir. Kaprizli şirlərə daha çox Mercedes-Benz S-klass daha çoz yaraşır. O özündə xüsusi eleqantlığı, intellektual texnikanı və yüksək keyfiyyəti əks etdirmiş olur. Qız. Qız maşın seçərkən ehtiyatlı davranır. Hər şeyi nəzərə alaraq daha çox qiymətlərə fikir verir. Onun üçün önəmli olan əlində olacaq pul ehtiyatına keyfiyyətli maşın əldə etməkdir. Sevdikləri avtomobil- Citroen С4-özündə fransız elementini əks etdirən bu avto bir çox qızlar tərəfindən bəyənilir. Tərəzi. Daha çox harmoniyaya üstünlük verirlər. Onlar üçün cəmiyyətdə göz önündə olmaq eyni zamanda sərbəst görünmək çox önəmlidir. Sevdikləri avtomobil Volkswagen Passat CC. Daha çox rahatlığı, dinamikliyi eyni zamanda idman interyerini əks etdirən bu avto tərəzilərin ürəyincədir. Əqrəb. Bu bürc altında doğulanlar karizmatik və cəsarətli olduqları üçün onlar daha çox markaya önəm verirlər. Onlar üçün əsas məqsəd yolda onlara qoyulacaq hörmətdir. Cadillac Escalade-sevdikləri avtomobildir. Oxatan. Zehinli, düzgün o tez-tez kompaniyanın əsas istəyinə çevrilir. Onun üçün vacib olan əsas element kompaniyanın daim diqqətində olmaqdır. Sevdikləri avtomobil: Toyota Vanguard. Sahibi kimi bu avtomobil də sanki qonaqpərvərdir. Oğlaq. Bu bürc ənənəyə və qüvvəyə üstünlük verəndir. O həmişə səliqəli və eleqant görsənməyə üstünlük verir. Sevdikləri avtomobili BMW X5. Daha çox qüvvəyə üstünlük verdikləri üçün bu avto onlar üçün ən yaxşısıdır. Oğlaqlar sürətdən zövq alandırlar. Dolça. Bu bürcün nümayəndələri demək olar ki ən seçiləndilər. Daha çox ictimaiyyətə özlərini göstərməyi sevirlər. Onlar üçün əsas məqsəd avto onların şəxsiyyətini və necə insan olduqlarını əks etdirməlidir. Sevdikləri avtomobil: BMW, Morgan aero8. Balıqlar. Bu bürcün nümayəndələri sanki daim göyün 7-qatında olurlar. Bu səbəbdən romantic avtomobillərə üstünlük verirlər: Alfa Romeo Spider. Fantaziyalarda batan bu bürclər daim bu tip avtomobillərdə özlərini təsəvvür edirlər.
Təşəkkür edənlər: (27) YUNIS_855, _Nina_, Shevchenko_Ali, semichka_supu, Blondinochka, ASI_GIRL, Lady_Nejnost, desolate girl, XEDICE, FATEH_0, TARKANFAN, rob_patz, xaliq11, Unfaithful, libre, _stilyawka_, 4ernaya Pantera, elnare022, Anastasiya, i-r-a, Р Влегант, voriwka_, nice_girl, ex(((, bombastica, Mayta, FinaL FantasY |