
* Yaxşıca tanımadan heç bir insana bağlanma.Yoxsa uduzan sən olacaqsan.
* Bitməmiş əlaqələrin üzərindən yeni əlaqə yaratma,acı çəkən sən olarsan.
* Yaxşıca araşdırıb digər insanların da haqlı ola biləcəyini düşün.
* Güvənmədiyin biriylə əsla eşqbazlıq etmə.
* Səhvini tutduğun adamın düzələ biləcəyini düşünmə.
* İnsanlara doğru dəyər ver, layiq olmayanları sil.
* Sirr saxlamağı bacar.
* Dostlarının yeri ayrı, sevgilinin yeri ayrı. Sevgilin üçün dostlarını, dostların üçün sevgilini satma.
* Layiq olduğun sevgini ala bilmirsənsə, özünü yorma.
* Kimsənin sözü ilə oturub-durma.
* Bir əlaqəni başında bitirdikdən sonra iki cüt şirin söz, iki damla göz yaşı üçün əsla yumşalma.
* Səni sevənlərlə istifadə edənləri yaxşı ayırt et. Aradakı xətt çox incədir..
* Səni dinləyib anlamağa niyyəti olmayanlarla mübahisə etmə.
* Özünü tərifləyən insanlardan qaç. Səni tərifləyən insanların səmimiyyətini nəzərdən keçir.
* Özünə hörmət et.
* Problemin olduğunda insanlar zaman ayırıb səni dinləyirlərsə onların öyüdlərini qulaq ardı etmə.
* Özün hər kəsdən daha əhəmiyyətli olduğunu unutma.
* Sən istəmədiyin müddətcə Allahdan başqa kimsənin səni üzə bilməyəcəyini ağılından çıxarma.
* Gözyaşlarının dəyərini bil. Onları layiq olmayanlar üçün xərcləmə.
* Sənin zəkana inanan insanları xəyal qırıqlığına uğratma.
* Özünü sev.
* İçkili insanla heç zaman mübahisə etmə.Həmin an onun ağlı yerində olmaya bilər.
* Çöldəki günəşə baxaraq gülümsə və qarşısında böyük bir gələcək olduğunu unutma.
* Dostluğunla kifayətlənməyənlər üçün heç bir fədakarlıq etmə.
* İnsanları itirirsən deyə ağlayıb sızlama, amma qazandığın insanların dəyərini bil.
* Kimsəyə daşıya biləcəyindən çox dəyər verib bununla öyünməsinə fürsət vermə.
* Güvənmədiyin kimsəyə əleyhinə istifadə edə biləcək heç bir söz vermə.
* İstədiyini götürmək üçün heç bir zaman kiminsə hissləri ilə oynama.
* Sənə verilən sevgini və etibarı da itirmə....