Peşələr və biz
Hər insanın maraq dairəsini,bacarığını ifadə edən seçdiyimiz peşələrdir.Bu danılmaz faktdır ki,hal hazırda hər kəs biliyi sayəsində universitetlərə daxil olmur ancaq buna baxmayaraq öz peşəsini sevən,sevdiyi üçündə seçən, savadlı istifadəçilərimizdə çoxdur.Bəzənda peşə seçərkən sadəcə maraq dairə bura əlavə olunmur əksinə şəraitə nəzərən seçilir.Elə insanlar var ki,onların danışıq tərzinə görə,xasiyyətinə görə hansı peşəyə sahib olduqlarını təxmin etmək,yaraşdırmaq olur.Bəzən xəbərlərdəki rəylərə fikir versək görərik ki,hər kəs öz maraq dairəsinə,öz aləminə əsasən xəbərlərdə öz fikrini bilidirir.Sözsüz ki,biz birimizin rəylərini oxuyub hansısa peşəni bu istifadəçiyə yaraşdırmışıq.
Yaxudda,xəbərlərində öz mövqəyinə əsasən təxminlərimiz mütləq olmuşdur.
Peşənin yaxşısı pisi olmur çünki hər kəsin maraq dairəsi,bacarığı,biliyi eyni səviyyədə deyil ki,seçimlərdə eyni olsun.
Peşə seçimi fərqli olsada fərqli yerlərdə işləmək arzusunda olan insanlarda var və ya müyyən səbəblərdən öz peşəsi üzrə işləməyəndə var.
Seçilən peşə insan həyatına nə kimi təssirlər edir?
Bu əlbbətdə ki,harda oxuduğundan və necə oxuduğundan aslıdır.Peşə insanın gələcəyini təmin edir.Məhz bunun üçündə valideynlərimiz vaxtı ilə bizi çox danlayırdılar.Bizim yaxşılığımız bizim gələcəyimiz üçün.Peşə insanın mühitini,ortamını,gələcəkdə şəraitini təmin edir.
Sualım belə olacaq ,elə istifadəçilər varmı ki,xəbərlərinə,rəylərinə əsasən hansısa peşəni ona yaraşdırırsınız? |