Google 1998-ci ildə 2 kampüter mütəxəssisləri, Larry Page və Sergey Brin tərəfindən yaradilib. 2007-ci ildə Google ilin ən çox istifadə olunan sayti oldu və ən məhşur saytlar (Vikipediya, Microsoft,..) belə artiq Google-a çata bilmirlər. Hal-hazırda Google 8,2 milyarddan çox saytda axtarış edə bilir və bu rəqəm günü-gündən artmaq üzrədir. Google artıq dünyanın ən tanınmış markasıdır. Google 100-dən çox dildə xidmət göstərir və onun dünyada 10 000-dən çox işçisi var.
„Google“ sözü "googol"-dan gəlir və "googol" isə 1 dalında 100 sıfır (100000000…) deməkdir. Bu adla Larry Page və Sergey Brin, onların yaratdıǧı axtarış maşının nə böyüklüyündə olduǧu bildirmək isteyiblər.
Google axtarışın yanında ayri funksiyalara da malikdir: məsəlan, siz Google-dan kalkulyator kimi də istifadə edə bilərsiniz və sairə…
Google öz istifadəçiləri haqqinda bütün məlumatları yıǧır və sonra bunu onlara uyǧun reklamlar göndərmək üçün istifadə edir. Bununla da Google dünyanın ən böyük şəxsi məlumatlar yıǧan bazasıdır. Google hətta sizin xobbinizi, nə iş gördüyünüzü, nələrdən xoşlandandıǧınızı və sairə şeyləri asanliqla müəyyənləşdirə bilər.
Larry Page və Sergey Brin, „Top 10 dünya milyarderləri“ siyahısında 26-ci yerdədirlər və “Cavan milyarderlər” siyahisinda isə 4-cü və 6-ci yeri paylaşırlar. Larry Pagenin 34 və Sergey Brinin 33 yaşı. Sərvətləri hal-hazirda təxminən 16,6 milyarddır.
Bəs sizcə bir gün GOOGLE dünyaya hükmranliq eləsə, onda ilk növbədə nələri dəyişdirərdi??
 (0) Təşəkkür edən yoxdur. |