Aşıq Mikayıl Azaflı » Mix.az
 
 

 
 
 





  » 30.04.2009
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Necə unudaq?
  » Bu gün Qələbə günüdür
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Ən gözəl saç - 2013
  » Mix.aZ - 8 yaşın mübarək
  » Əsl azərbaycanlı qoroskopu) ...
  » Mix.az TEAM - 8 yaş
  » Top 10 Müəllif
  » Şuşasız keçən 21 il...
  » Laçının təbii sərvətlər ...
  » Mənim musiqi zövqüm - Milli ...
  » Bürclər mayda nə vəd edir?
  » Onlar deyib, biz oxuyaq!
  » Poyraz ölür, Polat qaçır, ...
  » 2013 Eurovision mahnıları (F ...
  » "Eurovision 2013"ün qalibi ...
  » Çırağan sarayı
  » İnsanlardakı mənəvi boşlu ...
  » Paytaxtın simvolu
  » Romantik anlar davam edir..
  » BUNLARƏ NECƏ BİLİRDİZ?
  » Hansı sərinləşdirici içki ...
  » "Kelebeğin rüyası"
  » Qüsursuz Qatillər
  » Sənə həsr edirəm
  » Rafet El Roman Hüseyn Abdulla ...
  » Kişilər üçün qadınlar ha ...
  » Ernesto Che Guevara ’dan...
  » Qəbr əzabını artıracaq v ...
  » Heyvanların dilindən
  » Cәnnәt әhlinin хüsusiyyә ...
  » "Eurovision 2013"də Azərba ...
  » Röyanın yeni klipindən gör ...
  » Hiperrealizm şedevrləri
  » Bu video hər kəsi ağladıb. ...
  » "Özəl televiziya kanalları ...
  » Azərbaycanın ən gözəl qı ...
  » Sinqapuru tanıyaq
  » Azərbaycan təhsilində daha ...
  » Ata və 4 əkiz (VİDEO)
  » Hansı bürclərlə necə yola ...
  » Toylarda baş vermiş gülməl ...
  » Balaca rəqqas toyda
  » "Nə əkərsən onu da biçə ...
  » Pişik it doğdu
  » Sehirli ev
  » Qurani-Kərimdə "Əhli-Beyt ...
  » Kəşfləri həyatlarına mail ...
  » "Azan"-Müsəlmana ibadətə ...
  » Bakıda möhtəşəm «Xocalı ...
  » Azərbaycanda ilk McDonald’s ...
  » İnsanlıq hələ sağdır!
  » Toyuq kimi qaqqıldayan keçi ...
  » iPhone, Samsung Galaxy S III v ...
  » Budur ədalətsizlik uşaqlar ...
  » Ən zövqlü bürclər hansıd ...
  » Yuxuya gedən nazir
  » Röyadan bu ilin hiti olacaq m ...

LAURENT
Xəbər sayı -72
MoliN
Xəbər sayı -42
memorial
Xəbər sayı -28
HappY_EnD
Xəbər sayı -13
krolochilapka
Xəbər sayı -10
Sad Clown
Xəbər sayı -8
SILENCE
Xəbər sayı -7
Queen`B
Xəbər sayı -7
_RaininG_
Xəbər sayı -6
barca_girl
Xəbər sayı -4








 
 
Aşıq Mikayıl Azaflı Maraqlı və məsləhətli 
Aşıq Mikayıl Azaflı

1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub. Azərbaycanın XX əsr aşıq ədəbiyyatının ən məşhur nümayəndələrindəndir. Aşıq şerinin bütün növlərində yazan Azaflının gəraylı və qoşmaları daha məşhurdur. Şeirlərinin əsas mövzusu sevgi, təbiət və sosial məsələlərdir.
Aşıq Azaflının "Qoca qartal" şerlər kitabı Bakıda (1987) və Türkiyədə (1989) nəşr olunmuşdur. O, "Mikayıl Azaflı və Narinc xatın" dastanının və "Azaflı dübeyti" və "Azaflı gəraylısı" məcmuələrinin müəllifidir.
O, həmişə aşıq musiqisinin təbliğinə və zənginləşməsinə çalışmışdır.

Aşıq Mikayıl Azaflı


Olubdur qanunlar tələ dünyaya...

Azərbaycan ədəbiyyatında adı keçən ən məşhur haqq aşıqları sırasında Aşıq Abbas Tufarqanlı, Qurbani və Aşıq Ələsgər dayanır. Onları yaddaşlara yazan həqiqət sözün əsl mənasında haqq aşiqi olmaları idi. Amma bu ustadların yolunu min cür əzab-əziyyətə qatlaşaraq davam etdirən başqa bir söz sərrafı da var ki, onun adı bəzən kölgədə qalır. Əslində, səbəb çox sadədir. Taleyi Sovet dövrü ilə bağlı olan bu haqq aşığının - Mikayıl Azaflının əsərləri o illərdə doğru-dürüst yayıla da bilməyib. Hələ üstəlik, adı Dövlət Təhlükəsizlik Komitəsinin qara siyahısına düşüb və 1961-1964-cü illəri sürgündə keçirib. Onun “günahı” da hardasa 37-ci illərdə hədəfə alınan ziyalılarla eyni idi. Haqqın aşiqi olduğu, türk soyundan gəldiyini açıq bəyan etdiyi üçün “pantürkist” damğası vurmuşdular. O illərdə həqiqətən xalq şeiri üslubunda yazdığı gözəl əsərləri Türkiyədə daha məşhur idi. Həbsxanada yazdığı şeirlər sonralar “Zindan şeirləri” adı altında toplanaraq, iki il əvvəl buraxılan “Qoca Azaflıyam” kitabında işıq üzü görüb. Bu şeirlər ustadın haqsızlıqdan giley-güzarını, ayrılıq acısını, dərdlərini ifadə edən nümunələrdir:

Azaflı nə desin belə dünyaya, Olubdur qanunlar tələ dünyaya. Tarix söylədi ki, hələ dünyayaBir doğru ədalət, divan gəlməyib.

Azaflının həyat və ömür yolu haqqında gerçəkləri Şəhriyara, Qarslı Aşıq Islama, Hüseyn Bozalqanlıya, Aşıq Ələsgərə, Aşıq Alıya, Aşıq Şəmşirə, Aşıq Imrana, qızı Marala, Mülkülü Həsənə, Cahan Əfruza, Əli Kafkasiyalıya, Osman Sarıvəlliyə, Aşıq Mrzəyə yazdığı şeirlərdən açıq-aydın öyrənmək olur. Aşığın müasirləri ilə bir çox deyişmələri də var ki, onlar nəşr olunan kitabın böyük bir hissəsini tutur. Tovuz rayonunda dünyaya göz açan Mikayıl Azaflı(1925-1991) aşıq sənətinin sirlərini Aşıq Əsəddən və Aşıq Yusifdən almışdı. Xalq üslubunda yazdığı gözəl şeirləri ilə təkcə Azərbaycanda deyil, Türkiyədə də tanınmağa başlamışdı. Yaradıcılığındakı üsyankar notlar “yuxarıların” xoşuna gəlmirdi. Zaman-zaman bunun acısını çəkmiş və sonunda sürgün həyatı yaşamalı olmuşdu.

Amma maraqlı bu idi ki, onu gözümçıxdıya salanlar istedadını, sənətkarlığını da dana bilmirdilər. “Millətçilik” damğası ilə həbs olunan aşığın dəfələrlə Moskvada konsertlərinin təşkil olunması nə anlam daşıyırdı? Bəli, könül verdiyi uca haqq onunlaydı, onu hər çətinlikdən çıxarıb qorumuşdu da. Aşıq ən böyük arzusuna çatmışdı - sovetlər dağılmağa başlayan ilk zamanlarda - 1989-cu ilin oktyabrında Türkiyəni ziyarət etmişdi.

“Gəmidə oturub gəmiçi ilə mübarizə aparan mücahid”

Tənqidçi Vaqif Yusifli: “Mikayıl Azaflı da əksər klasshik aşıqlarda olduğu kimi acı tale ilə üzləşib. Onun sevgilisi əlindən alınmayıb, necə deyərlər, Məcnun kimi çöllərə düşməyib, amma ”xoşbəxt sovet quruluşunun" haqsızlığına məruz qalıb. Şöhrətinin ən parlaq bir çağında Dövlət Təhlükəsizlik Komitəsinin qara siyahısına düşüb, dörd il azadlıqdan məhrum edilib. Amma onu susdura bilməyiblər, sürgündə olanda da yaşadığı cəmiyyətin qüsurlarına tənqidi münasibətini dəyişməyib. Azaflının “Zindan şeirləri” özü də ayrıca bir söhbətin mövzusu ola bilər. Bu şeirlər Azərbaycan aşıq poeziyasında yenidir. Azaflıdan öncə də 1937-ci ildə Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi Mirzə Bilal həbs olunmuşdu, amma onun sürgündə şeir yazıb-yazmadığı məlum deyil. El şairi Məzahir Daşqının da həbsdə şeirlər yazdığı məlumdur. Azaflı isə “Zindan şeirləri” ilə gəmidə oturub gəmiçi ilə mübarizə aparan bir mücahidə çevrildi. O, aşıq poeziyasının ənənəvi obraz və rəmzlərini “Zindan şeirləri”nə qatdı, amma həmin obraz və rəmzlər qəm tülünə büründü...". Mən dustağa bir xəbər ver, Açılıbmı yaz, ay bülbül? Dərdim çoxdu, sənə deyim, Qələm götür, yaz, ay bülbül.

Dissident sənətkar haqqında xalq arasında fərqli hekayətlər dolaşır. Haqq aşığının ayrı-ayrı əsərləri haqqında da belə hekayətlər mövcuddur. Amma onunla bağlı faktlara əsaslanan tam dolğun mənzərəni şübhəsiz ki, yuxarıda bəhs edilən kitab verir. Bu kitabda aşıq yaradıcılığı tarixində ilk dəfə olaraq gəraylı, təsnif, qoşma, təcnis, müxəmməs, divani, vücudnamə, sicilləmə, ustadnamə, cahannamə və digər aşıq şeir şəkillərində hər bölmədən əvvəl onun şəkli xüsusiyyətləri barədə qısa məlumat verilmiş, eləcə də həmin şeir şəklində Azaflının xidmətləri açıqlanmışdır. Kitabda aşıq poeziyasında Aşıq Şəmşir və Azaflıya qədər az yer alan, bu səbəbdən də indiyə qədər aşıq yaradıcılığında, demək olar, tədqiqata cəlb olunmayan ithaflar, nəzirələr, mərsiyələr, şeir-məktublar haqqında ilk dəfə olaraq ətraflı danışılmış, onlar ayrı-ayrı bölmələrdə verilmişdir. Aşığın bağlama-qıfılbəndləri, deyişmələri, bayatıları, rübailəri, qəzəlləri, zindan şeirləri, poemaları və “Səlim Şah” dastanı ayrıca bölmələrdə verilmişdir.

Qoca Azaflıyam,
dilim var, lalam,
Təbrizdə qardaşım,
Sibirdə balam.
Elə dərd varmı ki, çəkməmiş olam,
Bax, onlar ağartdı başımı mənim.
“Azaflı, yaz, dilə gəlməz...”

Haqq aşığının el arasında çox məşhur olan “Qoca qartal” şeirini hər kəs əzbər bilir. “Qartal bizim bədii təfəkkürümüzdə həmişə ucalıq, vüqar, məğrurluq rəmzi olub və şeirimizdə məhz belə inikas olunub. Amma bu gəraylıda Qoca Qartala müraciət olunsa da, əslində, söhbətin məğzi insan ömrünün bir daha ələkeçməz anları barədədir. Elə anları ki, şamamalar saralıb, bağban qan ağlayır, sonalar daha gölə gəlməz.

Poeziyada həmişə təbiətin solan vaxtı ilə insan ömrü arasında assosiasiya ilə qarşılaşmışıq. Təbii ki, bu gəraylıda Azaflının ifadə etdiyi fikir parlaq şəkildə də öz inikasını tapıb. Belə nadir poetik incilərə biz klasshik aşıq şeirində az rast gəlməmişik. Şeirin gözəlliyi öz yerində... Burada klasshikaya bağlılıqla (müticəsinə yox, yaradıcılıqla!) yanaşı, həm də XX əsrin poetik təfəkkürünün izləri, cizgiləri duyulmaqdadır. Nəhayət, QOCA QARTAL... Bu şeirin nə vaxt yazıldığını deyə bilmərəm, amma o şeirin doğulduğu gündən Mikayıl Azaflı QOCA QARTAL kimi aşıq şeirimizin daha bir zirvəsini fəth etdi”(V.Yusifli). Azaflı öz yaradıcılığında aşıq poeziyasının həm qədim, həm də digər ustad aşıqlar tərəfindən çox az işlənən şəkillərindən istifadə etdiyi üçün şeirləri hər zaman diqqət çəkmişdir. V.Yusifli qeyd edir ki, “Azaflı aşıq poeziyasında nisbətən az işlənən şeir şəkillərinə müraciət edəndə də bunu dəb xatirinə həyata keçirməmişdir. Sadəcə, ustad olduğu üçün USTAD YOLUNU axıracan başa vurmağa can atmışdır. Götürək ”Sicilləmə" şeir şəklini. Bunlar tədqiqatçıların qeyd etdiyi kimi, sicilləmələr əsasən ya divani, ya da müxəmməs şeir şəklinə uyğun yazılır. Daha çox ustadnamələrə oxşayır. Həm də misraların əvvəlində söz təkrarı ilə diqqəti cəlb edir".

Azaflı ustad aşıq kimi keşməkeşli bir yol keçib, həm gözəl səsi olub, həm saz ifaçılığında da böyük uğurlar qazanıb. Iki qız övladı Gülarə və Dilarə Azaflılar da sənətdə onun yolunu seçiblər.

Məşhur haqq aşığının yaradıcılığı haqqında bir çox görkəmli tədqiqatçılar qiymətli rəylər söyləyib, maraqlı yazılar yazıb. Türkiyəli tədqiqatçı Əli Kafkasiyalı isə onun yaradıcılığından namizədlik dissertasiyası qələmə alıb.

Aşıq Mikayıl Azaflı

"Qoca qartal" deyəndə...

Elə sənətkar var ki, bircə şeiri, bircə bəstəsi, bircə rəsmiylə sənət aləmində iz buraxıb. Həmin sənətkarın başqa əsərləri də olub, o əsərlər də ona az şöhrət gətirməyib, amma həmin o bircə əsər daha çox xatırlanıb və o sənətkardan söz düşəndə də, ilk növbədə, həmin əsərin adı birinci sırada çəkilib. Bizim XX əsrdə çox istedadlı, satirik şeirlərində Sabir yolunu davam etdirən, lirik şeirlər müəllifi kimi də tanınan, həm də teatr fədailərindən olan Səməd Mənsur adlı şairimiz olub. Həmişə ondan söz düşəndə bütün yaradıcılığı bir yanda qalır, "Rəngdir" şeiri yada düşür. "Uyma, ey dil, xəlqidə yoxdur sədaqət, rəngdir, Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir..." Və bu şeirlə Səməd Mənsur Azərbaycan poeziyasında öz adını əbədiləşdirdi. İndi isə başqa bir ədəbi nümunəyə müraciət etmək istəyirəm:

Qoca qartal, nə gəzirsən,
Dağlar qoynunda, qoynunda.
Bala gördüm anasının
Ağlar qoynunda, qoynunda.

Niyə qəlbin qaralıbdı,
Gül üstünü xar alıbdı.
Şamamalar saralıbdı,
Tağlar qoynunda, qoynunda.

Bir həkim yara bağlayır,
Bir həkim sinə dağlayır.
Bağban gördüm, gül ağlayır
Bağlar qoynunda, qoynunda.

Azaflı, yaz, dilə gəlməz,
Uçdu sonan, gölə gəlməz.
Keçən keçdi ələgəlməz
Çağlar qoynunda, qoynunda.

Azərbaycan aşıq şeirinin ən parlaq incilərindən olan bu gəraylının müəllifi Mikayıl Azaflıdır (1924-1990). Qartal bizim bədii təfəkkürümüzdə həmişə ucalıq, vüqar, məğrurluq rəmzi olub və şeirimizdə məhz belə inikas olunub. Amma bu gəraylıda Qoca Qartala müraciət olunsa da, əslində, sözbətin məğzi insan ömrünün bir daha ələkeçməz anları barədədir. Elə anları ki, şamamalar saralıb, bağban qan ağlayır, sonalar daha gölə gəlməz. Poeziyada həmişə təbiətin solan vaxtı ilə insan ömrü arasında assosiasiya ilə qarşılaşmışıq. Təbii ki, bu gəraylıda Azaflının ifadə etdiyi fikir parlaq şəkildə də öz inikasını tapıb. Belə nadir poetik incilərə biz klasshik aşıq şeirində az rast gəlməmişik. Şeirin gözəlliyi öz yerində..Burada klasshikaya bağlılıqla (müticəsinə yox, yaradıcılıqla!) yanaşı, həm də XX əsrin poetik təfəkkürünün izləri, cizgiləri duyulmaqdadır. Nəhayət, QOCA QARTAL... Bu şeirin nə vaxt yazıldığını deyə bilmərəm, amma o şeirin doğulduğu gündən Mikayıl Azaflı QOCA QARTAL kimi aşıq şeirimizin daha bir zirvəsini fəth etdi.

Hörmətli professor Qəzənfər Paşayev və aşığın qızı Maral Azaflının tərtibi ilə Mikayıl Azaflının bütün şeir yaradıcılığını əhatə edən "Qoca Azaflıyam..." kitabı işıq üzü görüb. Elə bilirəm, XX əsrin ustad sənətkarlarından olan Mikayıl Azaflıya, onun ruhuna, ölməyən sənətinə ədəbi və əbədi abidədir bu. Məlumdur ki, Mikayıl Azaflı təkcə Azərbaycanda deyil, ondan kənarda da tanınırdı, sevilirdi. Sovet dövründə dəfələrlə Moskvada konsertləri olmuşdu, Azərbaycan aşıq sənətini layiqincə təmsil etmişdi. Elə sovet dövründə - 1989-cu ilin oktyabrındaTürkiyəni ziyarət etmişdi.

Kitaba yazdığı geniş ön sözdə Qəzənfər müəllim qeyd edir ki: "Aşığın şeir bağçasında yer alan bir-birindən gözəl gəraylılar, təsniflər, qoşmalar, müxəmməslər, divanilər, vücudnamələr, cahannamələr, sicilləmələr, ustadnamələr, ithaflar, nəzirələr, bağlama-qıfılbənd deyişmələr, deyişmələr, şeirlə məktublaşmalar, bayatılar, hətta rübai və qəzəllər, poema və dastanlar saz-söz pərəstişkarlarını məftun edir. Bu, onun həm klasshik aşıq sənətinə dərindən bələd olması, həm də yazılı ədəbiyyatımızı yaxşı bilməsi ilə bağlı idi". Bu informasiya Mikayıl Azaflı yaradıcılığının janrca rəngarəng olduğunu sübut edir. Deməli, ustad aşıq ömrü boyu yaradıcılığının təkamülünə çalışıb, bu sənətə möhkəm bağlı olduğundan onu öz istedadı müqabilində son nöqtəsinə kimi fəth etməyə can atıb. Deyim ki, Mikayıl Azaflı da əksər klasshik aşıqlarda olduğu kimi acı tale ilə üzləşib. Onun sevgilisi əlindən alınmayıb, necə deyərlər, Məcnun kimi çöllərə düşməyib, amma "xoşbəxt sovet quruluşunun" haqsızlığına məruz qalıb. Şöhrətinin ən parlaq bir çağında Dövlət Təhlükəsizlik Komitəsinin qara siyahısına düşüb, dörd il azadlıqdan məhrum edilib. Amma onu susdura bilməyiblər, sürgündə olanda da yaşadığı cəmiyyətin qüsurlarına tənqidi münasibətini dəyişməyib. Azaflının "Zindan şeirləri" özü də ayrıca bir söhbətin mövzusu ola bilər. Bu şeirlər Azərbaycan aşıq poeziyasında yenidir. Azaflıdan öncə də 1937-ci ildə Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi Mirzə Bilal həbs olunmuşdu, amma onun sürgündə şeir yazıb-yazmadığı məlum deyil.El şairi Məzahir Daşqının da həbsdə şeirlər yazdığı məlumdur. Azaflı isə "Zindan şeirləri" ilə gəmidə oturub gəmiçi ilə mübarizə aparan bir mücahidə çevrildi.O, aşıq poeziyasının ənənəvi obraz və rəmzlərini "Zindan şeirləri"nə qatdı, amma həmin obraz və rəmzlər qəm tülünə büründü:

Mən dustağa bir xəbər ver,
Açılıbmı yaz, ay bülbül?
Dərdim çoxdu, sənə deyim,
Qələm götür, yaz, ay bülbül.

Qızılgüllər yetişirmi,
Göldə sona ürküşürmü?
Səmalarda ötüşürmü,
Ördək, durna, qaz, ay bülbül?

El köçürmü dağ sərinə,
Dönürmü aran yerinə?
Bənövşələr bir-birinə,
Eyləyirmi naz, ay bülbül?

Azaflı tək yanma odda,
Nəşə çoxdu bu həyatda.
O çəkdiyin nalə altda,
Yandım, oldum köz, ay bülbül.

Mikayıl Azaflının yaradıcılığı barədə bir çox görkəmli tədqiqatçılar, xüsusilə folklorşünas-alimlər dəyərli fikirlər söyləyiblər. Hətta türkiyəli tədqiqatçı Əli Kafqazyalı onun yaradıcılığından namizədlik dissertasiyası qələmə alıb. O, məhz ustad aşıq yolu keçib, gözəl səsi olub, saz ifaçılığında da həmçinin. Qəzənfər müəllim yazır: "Onun yaratdığı "Azaflı dübeyti", "Azaflı gözəlləməsi", "Azaflı gəraylısı", "Azaflı dağları", "Azaflı sənəti", "Azaflı dünyası", "Azaflı bəhri", "Azaflı müxəmməsi", "Məzahiri", "Şah sarayı" kimi saz havaları dillər əzbəri olmuşdur".

Azaflının şeir yaradıcılığında aşıq poeziyasının həm qədim, həm də digər ustad aşıqlar tərəfindən çox az işlənən şəkillərinə rast gəlirik. Məsələn, hər bəndi dörd misradan, hər misrası beş, yeddi hecadan ibarət, əvvəlinci üç misrası həmqafiyə olan şeir şəklidir. Düzünü desəm, mən buna aşıq poeziyasında nadir hallarda təsadüf etmişəm. Azaflı aşıq poeziyasında nisbətən az işlənən şeir şəkillərinə müraciət edəndə də bunu dəb xatirinə həyata keçirməmişdir. Sadəcə, ustad olduğu üçün USTAD YOLUNU axıracan başa vurmağa can atmışdır. Götürək "Sicilləmə" şeir şəklini. Bunlar tədqiqatçıların qeyd etdiyi kimi, sicilləmələr əsasən ya divani, ya da müxəmməs şeir şəklinə uyğun yazılır. Daha çox ustadnamələrə oxşayır. Həm də misraların əvvəlində söz təkrarı ilə diqqəti cəlb edir.

Vaxt olar ki, nahaq durar, haqq yanar,
Vaxt olar ki, şeytan pirə lağ eylər.
Vaxt olar ki, şahdan gedər ixtiyar,
Vaxt olar ki, dinsiz mirə lağ eylər.

Vaxt olar ki, ömür gedər talanda,
Vaxt olar ki, tez boşalar dolan da.
Vaxt olar ki, sultan yatar palanda,
Vaxt olar ki, arvad ərə lağ eylər.

Vaxt olar ki, ilan yıxar pələngi,
Vaxt olar ki, keçi yeyər çələngi,
Vaxt olar ki, tülkü döyər pələngi,
Vaxt olar ki, çaqqal şirə lağ eylər.

Kitabda oxucular üçün çox maraqlı bir bölmə də təqdim edilib: "Bənzərsiz şeirlər". Bu bölmədə aşığın qoşma-təcnisləri, ayaqlı qoşması, hərfüstü çarpaz gəraylısı, təkərləmələri, yeddilik təsniflərindən nümunələr verilir və doğrudan da, bunları oxuduqca heyrətlənirsən. Düşünürsən ki, Azaflı üçün standartlar, şablonlar mövcud olmamışdır. O, qoşmanı qoşma, gəraylını gəraylı, təcnisi təcnis kimi yazsa da, bu şeir şəkillərinin hər birində öz ustalığını nümayiş etdirsə də, bəzən yaradıcı şəkildə özü də təzə şeir şəkilləri yaratmaqdan yaxud çox az, nadir hallarda işlənən şeir şəkillərinə müraciət etməkdən çəkinməmişdir. Məsələn, onun "Aman, gəlmədi" adlı bir qoşmasına müraciət edək:

Vəfadarım, şəfadarım odlara,
Atdı, atdı, atdı, aman gəlmədi.
Şah nigarım, mah nigarım yadlara,
Satdı, satdı, satdı, aman gəlmədi.

Hara baxdım, hara baxdım harada,
Yara baxdım, yara baxdım yarada.
Qara baxdım, qara baxdım qarada,
Yatdı, yatdı, yatdı, aman gəlmədi.

Azaflıyam, dərdim, qəmim ziyada,
Yoxdur əhli-kefim, dəmim dünyada.
Həyat gəmim, o həmdəmim dəryada,
Batdı, batdı, batdı aman gəlmədi.

Zahirən adi qoşmadır, amma diqqətlə nəzər yetirdikdə,bu qoşmanın heç də adi olmadığının fərqinə varırsan. Misralararası qafiyələr, hər misranın sonundakı sözlərin ritmik təkrarı necə də xoş bir ahəng yaradır. Azaflının belə gözəl "söz oyunları" onun təbirəvan şair olduğundan xəbər verir.



(0)
Təşəkkür edən yoxdur.


 
 
#17 Şərhin müəllifi: Ali_One_Ted
 


good

 
 
#16 Şərhin müəllifi: krolochilapka
 


Aşıq sənəti Azərbaycanın ən qiymətli milli mənəvi dəyərlərindəndir, aşıqlarımızın da demək olar çoxu Qazax-Tovuz ərazilərində yaşayıb...
Elə sənətkar var ki, bircə şeiri, bircə bəstəsi, bircə rəsmiylə sənət aləmində iz buraxıb.

demək ki, "Qoca qartal " şeri bu aşıqın imiş, bax bunu bilmirdim...amma bunu saz ifası ilə çox eşitmişəm...


--------------------

 
 
#15 Şərhin müəllifi: bahruz7
 


YASHASIN TOVUZ VE BUTUN TOVUZLULAR.

 
 
#14 Şərhin müəllifi: Azadqadin
 


Sitat: LANCOME
Maraqlı idi.

TƏŞƏKKÜRLƏR...



--------------------

 
 
#13 Şərhin müəllifi: masdi
 


ewq olsun

 
 
#12 Şərhin müəllifi: hosted_man
 


Oxumadım ((


--------------------

 
 
#11 Şərhin müəllifi: Jennie
 


Nə yalan deyim, 1`cə dənədə olsun aşıq tanımıram :)) Nədə ki, musiqilərin eşitməmişəm..)

 
 
#10 Şərhin müəllifi: Manson_9
 



Aşıq Mikayıl Azaflı

[memnun oldum smile
Çal aşıq,çal birdənə Yanıq Kərəmi səhv etmirəmsə xoşuma gəlir),dinləyə bilmirəmee aşıq havası sorry me)
bəs deyirdin,müəllif gününə göndərmişəm bu xəbəri?)
Sitat: PshikoPaTKa
fffffffffffffffff nukusum toya yaxin saa noluf??

hazırlaşırdaaa qız toya xixi ]


--------------------

 
 
#9 Şərhin müəllifi: Jane London
 


Maraqlı idi.

TƏŞƏKKÜRLƏR...

 
 
#8 Şərhin müəllifi: Orucoff
 


xebere gore tesekkurler

 
 
#7 Şərhin müəllifi: deniz1990
 


ne yalan deyim bele asiq hec tanimirdim.asiq mahnilarina evvel qulaq asmisam bir nece defe yeni o qederde xoslamiram

 
 
#6 Şərhin müəllifi: PsikoOOo
 


Bele saz havalari menlik deyil...Amma qedrini bilmeliyik ki itirmeyek gelecekde bu gozellikleri....
Pfffffffffffffffff nukusum toya yaxin saa noluf??
P.S. Oz toyu deyil haaaa xixi


--------------------

 
 
#5 Şərhin müəllifi: Rebeka
 


aşıq mahnılarını heç sevmirəm ancaq biz tərəfin camaatı yaman sevir.toylarda bezar oluruq.təşşəkkürlər


--------------------

 
 
#4 Şərhin müəllifi: Glass heart
 



Awiq mahnilarini hec sevmirem twk


--------------------

 
 
#3 Şərhin müəllifi: princessa
 


Sitat: miw_ulya
Evvel sazi dinlemeyi severdim, indi o qeder de sevmirem.



--------------------

 
 
#2 Şərhin müəllifi: Menim_gozel_alibim
 


Elə dərd varmı ki, çəkməmiş olam,
Bax, onlar ağartdı başımı mənim.

 
 
#1 Şərhin müəllifi: miw_ulya
 


Evvel sazi dinlemeyi severdim, indi o qeder de sevmirem.
Sazi sevenlere de pis baxmiram :)
Bu ashiqin adini esitmishdim.minnetdaram


--------------------

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!




Fatal error: Call to a member function close() on a non-object in /home/mixaz/public_html/index.php on line 259