Azərbaycanda oğru dünayasının nə vaxt yarandığını heç kim birmənalı söyləyə bilməz. Belə versiyalar var ki, bu qanun Rusiyadan formalaşıb, bir çox terminlər də rus mənşəlidir. Rusiyada kriminal aləmin yaranması bir başa “Stalin” dövrüylə əlaqəlidir. Ancaq belə bir versiyada var, çar II Nikolayın dövründə də kriminal aftoritetlər olub. Bu versiya tam əsasın tapmasa da, inkar etmək də düzgün deyil.
Azərbaycanda həmin dövrlər də bu tip insanlar “qoçu” kimi tanınırdılar. Stalinin bu amildən siyasi məqsədlərlə yararlandığı tam subuta yetirilib. Stalin bu təşkilatın yaranmasına və o illərdə həbsxanalarda bu qanunun öz təstiqin tapmasına nəinki mani olub, əksinə rəvac verib, ondan sonra “obşak” diliylə mexanizim qurulub.
Ötən əsrin 70-ci illərində mərkəzi Uralda kirminal aləmə nəzarət edən “Sedoy” ləqəbli qanuni oğru olub. Bakıdakı 17 saylı həbsxanada baş vermiş qiyamı yatirdmaq üçün Bakıya gətirilib. Sonradan bu əməli ona ölüm hökmünün çıxarılmasına səbəb olub.
“Qanuni Oğru” adını almaq elə də sadə məsələ hesab olunmur.. Bu adı almış şəxslər kriminal aləmdə son sözün deyənlərdi, yəni onların sözü mübahisə və müzakirə obiyekti olmur. Bu qanunun ilk yeddi maddədən ibarət olan normativ sənədi Bakılı kriminal aftoritet Diktator Ağakərim tərəfindən hazırlanıb, sonradan bu qanun keçmiş sovet ittifaqında yayılıb. Kərimov Ağakərim İbrahim oğlu (Diktator Ağakərim) 1924-cü ildə Bakıda anadan olub. Kriminal aləmdə Boq Urala, Myasnik Kərim, Maqiran, Zver Kərim, Diktator Ağakərim, Diktator Bakinski ayamalarıyla tanınan "izvesni" kriminal avtoritet olub. İlk məhkumluğun erməni zabitin öldürdüyünə görə həbsxanaya düşüb, ömrünün əksər hissəsin həbsxanada keçirib. Məhkəmənin çıxardığı hökümlə 1976-cı ildə güllələnib.
Sanka Zver ləqəbli “Qanuni Oğru” — Cabir Qasımov
Diktator Ağakərimlə yanaşı həmin illərdə istər Resbublikada, istər onun hüdudlarından kənarda böyük nüfuz sahibi, Bakı oğrularının “Xaç Atası”, Sanka Zver ləqəbli “Qanuni Oğru” — Cabir Qasımov Olub. Cabir Qasımov 1920-ci ildə Bakının Zığ qəsəbəsində anadan olub. Təəssüf ki, o dövrdə “Qanuni Oğru” tituluna layiq görülən “Dağlı Qədir” , “Azyaski Hüseyağa” , “Əmircanlı Xan” , “Korzubi Vaqif” , “Göygöz Sabir” , “Ağa Mirzə” və digər Azərbaycanlı qanuni oğrular barəsində geniş məlumatlar yoxdur.
Qeyd edim ki,Əmircanlı Xanla bağlı "Güllələnmə təxirə salınır" filmidə çəkilmişdir.
Zerkalo Klara - Göygöz Sabir
Azərbaycanda tarixdə qalan məhşur qadın cinayətkarlardan biri də Zerkalo Klara olub. Zerkalo Klara... Əsil adı - Klara Yusifzadə. 1934-cü ildə Şuşada Azerbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini dəmir barmaqlıqlar arxasında keçirmişdir. Zerkalo ləqəbi ona çox gözəl bir xanım olduğu üçün verilmişdir. Maraqlısı odur ki, arxivdə bütün sənədlərdə onun adı “KlaraYusifzadə Ağababa oğlu” yazılıb. Zerkalo Klara kişi qeyrətli qadın “Pristupnik” olub. Lotu Bəxtiyarın qadın cinayətkarlar və əsasən də Zerkalo Klara haqqında bir kəlmə sözü olub: Batya diyib ki, "Qadından Oğru olmaz".. Amma Pristupni Mirdə öz əməlləri ilə, zəhmətlərinə görə onları "Vorovixa" kimi qəbul ediblər! Zerkalo Klara 50-60-cı illərdə “Pəncəli Aslan” və “Paxan” ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi “banda”nın üzvü olub, həmin məhşur “banda” Azərbaycanın kriminal tarixində “Qara Volqa” kimi tanınıb.
Qanuni oğruların azadlıqda olan cüzi səhvləri bağışlansa da, həbsxanada olan cüzi səhvləri heç bir zaman bağışlanmıyıb. İlk illərdə ciddi şərtlərdən biri Avtoritetlərin ailə qurmaması olub, sonradan islahatlar aparılıb, bu qadağa aradan götürülüb. SSSR-də kiməsə “qanuni oğru” adı verilmə mərasimləri “karonavaniya” çox məhdud çevrədə reallaşıb, burda bir qayda olaraq çox az sayda nüfuzlu Avtoritetlər iştirak edib. İttifaq parçalandıqdan sonra bu mərasimlər müstəqil dövlətlərin özündə keçirilib. Artıq “Fitfa”lar ayrılıqda çıxarılırdı, “opşak”a hər kəs özü rəhbərlik edirdi. Əvvəlcədən tanınan Aftoritetlər yenə də hamı tərəfindən qəbul olundu, amma sonradan ayrı-ayrı resbublikalarda ad alan Aftoritetlər bu səviyyədə tanına bilmədilər.
Lotu Bəxtiyar keçmiş SSSR-i ərazisində qəbul olunan Avtoritetlərdən olublar. İttifaq miqyaslı “Qanuni oğru” Bəxtiyar Kərimov 1959-cu ildə Bakının Novxanı qəsəbəsində anadan olub. SSSR-nin vaxtında ilk “Qanuni oğru” adını alan və sayılıb seçilən ”Vor”lardan olub. Lotu Bəxtiyar həyatı boyu çiyin-çiyinə olan əqidə yoldaşları və dostarıyla bütün çətinliklərə sinə gəlib, təmiz ideyanı yaşadıblar. Bəxtiyar Ağabala oğlu Kərimov 1998-ci il Aprelin 6-da həbsxana xəstəxanasında müəmmalı şəkildə vəfat edib və doğulduğu kənddə dəfn olunub.
Kərimov Bəxtiyar Ağababa oğlu Kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ayamalarıyla tanınan həmkəndlimiz 1959-cu il martın 21-də Baki şəhərində anadan olub. 1976-ci ildə Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına yatap edilib. Bununla da əfsanəvi lotu Bəxtiyarın həyat macərasının təməli qoyuldu. Bəxtiyarın həyat səhifələrini vərəqləsək, bir necə cilddən ibarət kitab alınar, amma onun bir çox insana məlum olmayan, olduqca dəyərli və mənalı həyatı da olub. Ali savadı olmasa da, o, böyük fəlsəfə və məntiq ustasıydı. O, dərin düşüncəsi ilə, haq, ədalət tərafdarı idi və həmişə həqiqətin axtarışındaydi. O, xeyirxah və əməli saleh idi, buna əsaslı dəlillərim var. Bəxtiyarın anası Şəfiqə xanımın xatirələrindən: - “1992-ci ildə, azadlığa buraxılandan sonra evdə səhər erkən durar, dəstəmaz alar, namaz qılardı. "Quran" kitabını oxuyurdu. Harada öуrəndiуini bilmirəm. Hərdən bir oxuduqlarından о qədər feyziyab olardı ki, mənə də bəzi şeyləri danışardı. – “Çох şey öуrədir “Quran” bizə. Gör nə deyir, məmə? Əgər yaxşı ad qoyub getmək fikrindəsənsə, bu fаni dünyada асgöz və həris olma”. Həzrət Məhəmməd (S) Peyğəmbər mübarək hədislərində buyurub:-“Cənnət anaların ayağları altındadı” Bəxtiyarın anasının sözlərındən o, bu kəlama hər zaman riayət edərdi. Bəxtiyar, İslam dininin tarixini və onun ehkamlarını çox qəşənk bilirdi, hətta o, ağır şəraitli zonlada, türmələrdə bir olan Allahı dusdaqlara tanıdırdı: -“Mən yuxusuz gecələrimdə dünyanın bütün işlərini fikirləşdikcə başa düşdüm ki, insan bütün varllqların ən şərəflisi, ən nəcibidir. Ancaq oz ömrünün qədrini bilmir. Çох yerlərdə olmuşam. Xalqlar müxtəlif, dinlər arasındakı fərq boyük, adət-ənənələr başqadır. Hər dəfə bizim aramızda Xaliq və məxluq, yaradan və yarananın mənşəyi, dünyanın, həyatın sonu haqqında boyük mübahisələr gedirdi. Mən onlara düzgünlük və ilahiyyatın, möminliyin mahiyyətini anlatdıqca gözlərinə baxırdım. Mən danışdıqса bəzilərinin gözlərində nur parlayır, bəbəklərini geniş açıb üzümə zillənirdilər”. Həyatda bu cür ağır yol kecən, çətinliklərlə üzləşən, dünyanın min bir sınağınıdan layıqincə adlayan bu adam çox humanist və ədalətli idi. O, deyırdi: “Mənim düşmənim yoxdur. Ezop demişkən, yamanlıma da yaxşılıq eləyirəm ki, qoy vicdan əzabı çəksin, f'ikirləşsin ki, gör hansı nəcib insana bihesablıq eləmişəm.” Bəxtiyar həmişə dost-aşnaya qürrələnən olub. Dеyərdi ki, dünyadan danışmağın əsas səbəblərindən biri insanı şirnikləndirən pul, var-dovlət hərisliyidir. Əbədi savab qazanmaq istəyirsənsə, bircə nəfəri olümun cəngindən qurtar, dost-aşnaya, qohum-qardaşa qürrələn, onlarla birlikdə olmağa həvəs göstər, çünki köç уаxın, istiqamət naməlumdur. O, Bakıda dünyaya gəlib böyüsə də, baba-nənələrinin vətənilə nəfəs alıb, həmkəndliləri ilə fəxr edib. Dar gündə onlara yardımçı, dayaq olub. İmkan tapıb kənd üçün nə isə eləməyə çalışıb. Onun, bərbad vəziyyətə düşmüş Masazır – Novxanı yolunun təmir etdirməsini novxanılılar minnətdarlıqla yada salırlar. Təmir işləri zamanı o, hər gün fəhlələr üçün yeməkxanada yemək bişitdirib iş yerində də naharlarını təşkil etdirərdi.1993-cü ildə respublıkamızda çörək problemi təhlükəsi yaranmışdı. Rusiyanın Qroznı şəhərində taxıl vaqonları saxlanılıb Bakıya buraxılmırdı. Orada cəryan edən hadisələr səbəbindən qonşu dövlətin rəhbərləri məsələnin həlli iqtidarında deyildi. Bəxtiyar bu işə müdaxilə edir. Çeçenistanda olan dostlarının səyi ilə vaqonların yolu açılır, taxıl Bakıya gəlib çıxır. Bəxtiyar həmişə elmin, biliyin və maarifçiliyin tərafdarı idi. Akademik Mahir Qarayev həbsxanadan çıxandan sonra verdiyi müsahibələrdə Bəхtiуаr haqqında ürək dolusu, fəxrlə danışırdı. Onunla gorüşlərindən mənəvi zovq aldığını bildirirdi. -“Bəхtiуаr istənilən mövzuda danışmağa biliyi, bacarığı, qabiliyyəti çatan bir şəxs уох, şəxsiyyət idi. Onun Azərbaycan ədəbiyyatına, xüsusilə klasshik poeziyanın incəliklərinə qədər bələd olmasına heyran qalmamaq mümkün deyildi. Bəxtiyar qəzəl уаzırdı. Onunla tаnışlığımla fəxr edirəm. Bəxtiyarın xoş, mehriban səsi, göstərdiyi şəfqət, verdiyi məsləhət təbii olduğundаn təsir etmək, təskinlik, qaygıkeşlik mühiti yaradırdı. Bəxtiyarla diskusiya apardıqdan sonra öz kamerama qayıdır, оnun dediklərinin təhlilinə girişir, heç orta təhsili olmayan bu fenomenin həm natiqlik qabiliyyətinə, həm də təbliğat bacarıgına heyran qalırdım. Bəxtiyara sonuncu dəfə, 1996-ci ildə Bakı şəhər məhkəməsinin qəratı ilə 3 il həbs cəzası kəsiləndə Ваyıl türməsində öz vəkilinə dediyi sözlər: “Yavaş-yavaş hər şey öz rəngini dəyişir, insanlar get-gedə gozəl xasiyyətlərini itirir, şər asta-asta xeyiri üstələyir. Faydalı işlər, yaxşı, şirin sözlər unudulur, cahil adili basmarlayır. Ваcarıqlı insanlar, hünər sahibləri həmişə istedadı olmaуаn paxıl adamlar tərəfindən gözümçıхdıуа salınır. Раxıl, rəzil adamlar, alicənablardan çох olduqlarından onlara üstün gəlirlər. Əllərindən bir xeyirli iş gəlməyən adamlar hünər sahiblərini pisləməkdə о qədər irəli qaçırlar ki, hətta xeyirxahların oturuş-duruşlarını da günah paltarına bürüyür, ona cinayət bəzəyi vururlar. Ona görə hünər sahibləri paxıllar tərəfindən məhv edilirlər”. Bəxtiyar Kərimov 1998-ci il aprelin 6-da həbsxana xəstəxanasında vəfat edib. Novxanıdakı kənd qəbristanlığında torpağa tapşırılıb. Bəhrəm Çələbinin “Lotu Bəxtiyar” kitabının materialları əsasında
Müasir kriminalistika üçün aydınlaşdırılması müstəsna əhəmiyyət kəsb edən "Qanuni oğru" anlayışının tarixini bütün dəqiqliyi və təfərrüatı ilə bağlı heç kəs əsaslı mühakimə yürüdə bilməz. Lakin cinayət aləmində bu ali titulun yaranması haqqında bir neçə versiya dolaşmaqdadır. Deyilənləri araşdırdıqdan sonra belə qənaətə gəlmək olar ki, "Qanuni oğru" institutu sovet hakimiyyətinin ilk illərində yaranmış və qırxıncı illərin sonlarına yaxın SSRİ-dəki kriminal aləmi əsaslı surətdə ələ keçirmişdi. Həmin dövrdə oğurluq, cibgirlik və fırıldaqçılıq yolu ilə ələ keçirilən vəsaitin böyük hissəsi dəstələrə başçılıq edən "obşak"a, yəni ümumi "fond"a yığılır, cəza evlərindəki dustaqların adi tələbatına sərf olunurdu. Titula layiq görülən "vor"lar vaxtaşırı məşvərət məclisi - "sxodka" çağırır, hesabat verir, təcrübə mübadiləsi keçirir, daim ehtiyacda olan məhkumların problemlərinin həllini axtarır, sıralarına əqidəli "zekləri" cəlb edirdilər.
Qanuni oğruların fəaliyyəti hər üç tərəfə - həm hökumət, həm zərərçəkən, həm də "zakonnik"lər üçün faydalı idi. Hökumət adamları sakitlik və yüksək əmək məhsuldarlığı əldə edir, məhbuslar işləyib yaxşı məvacib alır, vorlar isə "mujik"lərin qazandıqlarından kiçik bir hissəni "obşak"a ötürməklə problemlərini aradan qaldırırdılar. İttifaqda taleyüklü dəyişikliklər baş verməsəydi, İsveçrə saatı dəqiqliyi ilə işləyən bu mexanizm hələ uzun müddət həbsxanalardakı stabilliyin qarantı ola bilərdi. Zakonniklərin tərəfdarı olan Stalinin ölümü onun adı ilə bağlı olan bir çox məfhumlarla yanaşı "vorlar"ın da işini çətinə saldı. Bilavasitə "El Atası"nın təşəbbüsündən və şəxsi təcrübəsindən bəhrələnən cəza maşını da öz mahiyyətini dəyişməyə başladı. Və cəmi bir neçə il öncə son dərəcə lazımlı sayılan "Qanuni oğru"ların repressiyası, preslənmə mexanizmi işə düşdü.
N.S. Xruşşovun dövründə təhlükəsizlik orqanları vorlara qarşı mübarizədə ən iyrənc metodlara əl atdılar. Bu qarşıdurmada əvvəllər "oğru" titulu daşıyan, lakin müxtəlif günahları ucbatından adları alınmış satqınlardan - "qnutıy" və "ssuçennı"lardan istifadə olunurdu. Sındırılanlar "vor"ları həbsxana və zonlarda fiziki məhv etməyə can atır, bu işdə həbsxana rəhbərliyi onlara lazımi şərait yaradır, köməklik göstərirdi.
NKVD və dustaqlar arasındakı satqınların fəaliyyəti nəticəsində qısa bir zamanda "Zakonniklər"dən cəmi 10 faizi öz adını qoruya bildi. Qalanlar ya fiziki cəhətdən məhv edildi, ya da öz əqidələrindən dönmək zorunda qaldılar. Ən dözümlü "oğrular" yalnız onlar üçün yaradılmış "Belıy Lebed" kimi xüsusi həbsxanalara salınır, qeyri-insani şəraitdə neçə illər dözəsi olurdular. Titulunu ən kritik hallarda belə gizlətmək "oğru" üçün günah, yolverilməz sayılırdı. İdeyalı vorlar adını danmaqdansa, ölümü üstün tuturdular.
İttifaq dağıldıqdan sonra yüzlərlə azəri "Qanuni Oğru" fiziki cəhətdən aradan götürüldü. Dağlı Cavanşir, Malış Söhbət, Lotu Bəxtiyar, Mirseymur, Juk Rəhim, Sabirabadlı Hikmət, Ağbaş Çingiz, Zaur Tərtər, Vahid İsmayıllı, Renat Yevlaxski, Qorbatıy Ramiz, Masallı Mamed və s.yazmaq olar..
Muxtarov Hikmət Məmmədqulu Oğlu.1956 – 2006 Sabirabadin Kurkənd Kəndi. İlk məhkumluğu 1974 (3 il) (baki xələc.) 1981'ci ildə yenidən həbs olunaraq 7 il azadlıqdan məhrum olunub. Rostovdan Böyuk Qardaş ləqəbi ilə Novoçerkassk qapalı türməsinə etab olunub. Leninqradın “Kresti” kiçmanında və Vorkuta zonlarında cəza çəkib. İttifaqda tanınan klasshik “VOR”lardan biri olub. 1997'ci ildə Bakəda saxlanılıb və 2 gündən sonra azad olunub. 2001'ci ildə yenidən 8 il azadlıqdan məhrum edilib. 1 il 3 aydan sonra azad olunub. 20'ci əsrin ən məhşur oğruları" kitabında yer alıb.
Hər “Qanuni Oğru”nun özünə məxsus həyatda qoyduğu izlər və qoruyub yaşatdığı ideya olub, Böyuk Qardaş Hikmət O müqəddəs ideyanı son axan qanına kimi qoruyub yaşadan şəxsiyyət olub.
Cavanşir Ağayevin həyati ! Cavanşir Ağayev 1967-ci il 18 dekabrda Bakida anadan olub.Ağayev Cavanşir əslən Xizidandir.Ona görə Oğru aləmində " Dağli Cavanşir " kimi taninmişdir.Yasamalda taninmiş 21 sayli orta məktəbdə təhsil alib.Dağli Cavanşir 1982-ci ilin aprel ayinda ilk məhkumluğunu yaşayib, 6 il müddətində azadliqdan məhrum edilib.Cəzasini əvvəlcə Baki sonra isə Qrozni şəhərindəki uşaq islah əmək müəsisəsində, həddi-buluğa çatandan sonra isə ciddi rejimli kolonda çəkib.Ən gənc "Oğru" adini alan "Qanuni Oğru"lardan olub.Xizinin fəxri Dağli Cavanşir SSRİ-də ittifaqin qəbul edilmiş Avtaritetlərindən biri olub.1992-93 cü illərdə şimaldan Azərbaycana gətirilən taxil qatarinin qabağinin açilmasinda Dağli Cavanşirində böyük rolu olub.Onun neçə dəfə həbs olunmasi və ölümü barədə məlumat yoxdu.
Lotu Cavanşirdən bizə yadigar qalan sözlər: Ömrümüzün bəzən elə anlari olur ki, keçdiyimiz həyat yoluna,lap uşaqliq illərinə,gənclik anlarina nəzər salmaqa ehtiyac duyuruq və yalniz gənclik aləmi ilə bağli olan hadisələrdə təbiət öz yaratdiqini tanidir!
Kriminal Avtaritet Dağli Cavanşirin qəbri. "Qurd qapisi"ndan sağ tərəfə bir yol uzanir,iki yüz addimliqda qara mərmər baş daşi ucalir.Baş daşi üzərində öz boyu hündürlüyündə şəkil həkk olunub.Harada dayanirsansa,şəkildəki cavan sənə baxir.Baxişlarinda məsumluq,üsyan var.Bu cavan yaşli " Qanuni Oğru Dağli Cavanşirdir ".Yarimçiq qalmiş ömür.Allah rəhmət eləsin!
Məmməd İsgəndər oğlu Hüseynov 1960-cı ildə Masallı şəhərində anadan olub. Atası İsgəndər kişi rayonun tanınan və imkanlı kişilərindən idi. Univermaq müdiri olan İsgəndər kişinin evində Məmməddən başqa daha dörd qardaş və iki bacı böyüyüb. Məmməd evin böyüyü olub. Yaşıdlarının danışdığına görə, orta məktəbdə oxuyanda çox davakar uşaq imiş. Özündən böyük uşaqlarla belə dava etməkdən çəkinməzdi. Onun bu davakarlığının nəticəsidir ki, 10 illik orta təhsil dövründə bir neçə məktəb dəyişməli olub. Hətta iş elə gətirib ki, sonuncu dəfə onu Ərkivan kənd məktəbinə «sürgün» ediblər.
Orta məktəbi başa vurandan sonra gənc Məmməd ali məktəbə daxil olmaq istəyirmiş. Amma təsadüfi bir cinayət onun bütün həyatını dəyişib. Həbslər, həbsxanalar, saysız-hesabsız yatablar. Və oğru dünyası…
Şuşadan «Matrosskaya tişina»yadək
Mamedin oğru dünyasına getdiyi yol isə sizə qəribə də gəlsə, Şuşadan keçir. 1978-ci ildə, 18 yaşı təzəcə tamam olmuş Məmməd Masallıda milis işçisini vurur. Məhkəmə onu bir neçə il müddətinə azadlıqdan məhrum edir və cəzasını çəkmək üçün Şuşada yerləşən və İttifaqın ən sərt rejimi ilə seçilən qapalı tipli həbsxanasına göndərilir. Burda tale yenə Mamedi sərt sınağa çəkir. Dustaqlardan biri yoldaşlarını rəhbərliyə tez-tez “satdığına” görə, Mamed dözmür, onu öldürür. Bundan sonra o dövrün qanunlarına görə, Mamedi ölüm hökmü də gözləyə bilərdi. İkinci hadisə, özü də ölümlə. Mamed 15 il iş alır. Onu güllənmə hökmündən güclə xilas etmək olur.
Qroznıdan başlayan dostluq
Bu dəfə Mamed cəzasını Azərbaycanda çəkə bilmir. Onu Qroznıya, Şuşadakından da betər həbsxanaya göndərirlər. Orda Mamed bir sıra nüfuzlu avtoritetlərlə tanış olur. Xüsusən də gələcəyin iki «qanuni oğrusu» Mamed və dağlı Cavanşirin dostluğu burdan başlayır.
“Masallı Mamed” 1990-cı ildə azadlığa çıxır. Həmin vaxt o, artıq keçmiş SSRİ ərazisində kriminal aləmdə ən nüfuzlu şəxslərdən biri idi. Amma «qanuni oğru» deyildi. Bu adı o, hələ beş il sonra alacaqdı. Və bunun da maraqlı tarixçəsi var.
Ona «oğru» adı Hikmətin toyunda veriləcəkmiş
1994-cü ildə “Masallı Mamed” Moskvada yenidən həbs edilir. Moskvadakı “Nessi” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər. Amma bu həbs müddəti də çox çəkmir. Mamed tezliklə azadlığa çıxır. Amma hardan. Moskvadakı məhşur «Matrosskaya tişina»dan. 1995-ci ildə Sabirabada böyük toy məclisi olacaqdı. O, dövrün ən nüfuzlu «qanuni oğrularından» olan Sabirabadlı Hikmətin toyuna Rusiyadan, Gürcüstandan belə nüfuzlu «oğru»lar yığışmışdı. Həmin vaxt mərhum Lotu Bəxtiyar təklif edir ki, məhz Hikmətin toyu günü həm Mamedi, həm də dağlı Cavanşiri «korenavat» edib «qanuni oğru» adı verilsin. Təklif bütün qardaşlar tərəfindən qəbul edilir. Amma Cavanşir “böyük qardaş” Bəxtiyara deyir ki, əvvəlcə adı Mamedə versinlər. Çünki o, onun üçün böyük qardaşdır. Bəxtiyar razılaşır. Toydan bir neçə gün sonra Bakıda əvvəl Mamed, sonra isə Cavanşir «qanuni oğru» adı alır. Oğruların həmin toplantısında Bəxtiyardan başqa, Hikmət, Mirseymur, Çingiz kimi «qanuni oğrular» da iştirak edir. Heç iki gün keçmir ki, iki azərbaycanlı «qanuni oğru»nun «korenavat» olması barədə xəbər Bakıdan tutmuş Vladivostoka kimi bütün cəzaçəkmə müəssisələrinə yayılır… Rusiyada yaşayan “Masallı Mamed” Azərbaycana nadir hallarda gəlirdi. Uzun fasilədən sonra Mamed Sabirabadlı Hikmətin dəfnində iştirak etmək üçün Azərbaycana gəlmişdi. Mərhumun üç mərasimindən sonra isə Rusiyadan dəfnə gələn kriminal avtoritetlərə birgə Azərbaycanı tərk etmişdi. Deyilənə görə, həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz “Masallı Mamed”in varis olması gündəmə gətirilib. *** Hikmətin ölümündən sonra xüsusən Rusiyada məskunlaşan Azərbaycan kriminal qruplaşma bərk sarsıntı keçirir, hətta qruplaşma daxilində parçalanmalar yaranır. Amma Mamed «böyük qardaş statusu»ndan istifadə edərək onları toparlaya bilir. Çox keçmir ki, elə həmin il, 2006-cı ildə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Masallı Mamed” Füzuli Qulamhüseynov adlı şəxslə birlikdə həbs olunur. Rəsmi məlumata görə, M.Hüseynovun üzərindən “Makarov” tipli tapança, F.Qulamhüseynovun üzərindən isə narkotik maddə olan tiryək aşkar edilərək götürülür.
Əməliyyatçılar onları “Neolit” restoranı yaxınlığında həbs edirlər. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilir. 2006-cı ilin sonunda “Masallı Mamed”in məhkəmə prosesi keçirilib və o, iki il altı ay müddətinə azadlıqdan məhrum edilir. Cəzasını 10 saylı müəssisədə çəkir. Bir gün onun yanına Mizə Sakit gəlir. Mirzəyə deyir ki, hər işin öz xiridarı var, yaxşı şerlər yazırsan, yaz, amma siyasətlə məşğul olma. Mirzənin dediyinə görə, demək olar ki, hər gün onun yanına «peredaça» gəlirdi. «Əvvəl imkansız dustaqları ərzaq və ya siqaretlə təmin edirdi. Elə özü də sadə həyat keçirirdi. Böyük qardaş kimi dustaqlar onun xətrini çox istəyirdilər».
«Ded Xasan»la bir toplantıda
Mamed cəzasını çəkib yenidən Rusiyaya qayıdır. Amma zaman da həmin zaman deyildi. Putin Rusiyası «qanuni oğru»lara qarşı müharibə elan etmişdi. «Qanuni oğru»lar bir-bir “yoxa çıxır”, qətllərin üstü belə açılmırdı. Adi bir «sxodka» belə OMON hücumuna məruz qalırdı. Belə bir vaxtda Moskvadakı restoranların birində keçirilən toplantıda «Yusif Bakinski»nin tacqoyma mərasimi keçirilməli idi. Toplantı başlar-başlamaz OMON restoranı mühasirəyə alır. İştirakçılar, o cümlədən Mamed də saxlanılır, az keçməmiş isə buraxılır. Çox keçmir ki, Rusiya kriminalitetinin «xaç» atalarından sayılan «Yaponçik» Vyaçeslav İvankov güllələnir. Onun dəfnində iştirak edən Mamed, sonra «Ded Xasan»ın başçılığı ilə keçirilən toplantıya dəvət olunur. Toplantıda Rusiya hüquq-mühafizə orqanlarının kriminalitetə basqısı və bundan sonra Moskvada mili qruplaşmalar arasında müharibəyə son qoyulması müzakirə olunur. Azərbaycan kriminal qruplaşmasını bu toplantıda Mamed təmsil edir.
Və son
O, 2009-cu ildə Azərbaycana qayıdır. Yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gəlir. Amma çox keçməmiş o, narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək elə rayonundaca saxlanılır. Ötən ilin sentyabrın 13-də Masallı rayon məhkəməsinin sədri hakim Cahangir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrum edilir.
Cəzasını çəkmək üçün 1 saylı cəzaçəkmə müəssisəsinə göndərilir. Amma çoxsaylı həbslər öz işini görmüşdü. «Masallı Mamed»in səhhətində ciddi problemlər yaranmışdı. O, son vaxtlar pnevmaniyadan və və qara ciyərin serrozundan əziyyət çəkirdi. Üstəlik şəkər də bir yandan. Əcəl onu martın 20-i yaxalayır. Saat 14 radələrində səhhəti qəfil pisləşir. Həkimlər nə qədər cəhd etsələr də artıq gec olur. Mərhumun həyatını xilas etmək mümkün olmur. Beləcə, Masallıda İsgəndər kişinin evindən başlayan ömür 1-ci «kolon»da başa çatır…
Hal-hazirda yaşayan azərbaycanli Qanuni Oğru Rövşən Lənkəranski!
( Rövşən Caniyev atasinin qatilini hakimin qabağinda elə məhkəmə zalindaca güllələyib )
Rövşən Caniyev 1975-ci ildə il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir. İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasinin qatilini hakimin qabağinda elə məhkəmə zalindaca güllələyib. Səbail rayon məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və Qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib. Rövşən Caniyev Oğru aləmində "Rövşən Lənkəranski" kimi taninir. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01.07.2002-ci ildə axtarış elan olunub. 2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib. Hazırda Ukraynada "Rövşən Lənkəranski" böyük nüfuz sahibidir.
Lotu Ağayar Xızı
Sanka Zver Zığlı Lotu Cabir
Yaponçik ləqəbli dünya şöhrətli Qanuni Oğru Vyaçeslav İvankov Vyaçeslav Kirilloviç İvankov Klickasi:Yaponcik Doğum tarixi: 2 yanvar 1940-cı il Doğum yeri: Gürcüstan Vəfatı: 9 oktyabr 2009-cu il (69 yaşında) Vəfat yeri: Moskva , Rusiya Vəfat səbəbi: sui-qəsd
Yaponçikə bir vaxtlar çox yaxın olmuş Tofiq Bakinski ləqəbli Tofiq Əhmədov
Bəxtiyyara lotu adını verən Vasya Briliant ləqəbli tanınmış Rusiyalı Qanuni Oğru
Ded Xasan ləqəbli yezidi kürdi olan Aslan Usoyan
Lotu Quli Nadir Səlifov
Qanuni Oğru Vaqif Süleymanov Lənkəranski
Qanuni oğru Vladimir Şankin Çaykovski
Bu mövzunu oxuyan hər kəsin nəzərinə.. Məqsəd bu ideyanı tərifləmək, istiqaməti ona tərəf yönəltmək deyil, hər insanın öz ağlı öz düşüncəsi var. Məqsəd bu qanunu düzgün tanıdmaqdı.. Bu qanunda yaşayan insanlar asand yolla “oğru”deyilən bu zirvəyə çatmıyıblar, ona görə bu ideyada yaşayan insanları düzgün anlayıb, başa düşmək lazımdı. Bilmirəm, bu söz kobud səslənsə də demək lazımdı.. Bu ideyada yaşamaq hər kişinin başı üçün deyil! Ancaq tarixdə yaşayan bir söz də var: Rəhmətdiy Lotu Bəxtiyarın bir kəlmə sözü olub: Kişi o kəsdi ki, hər gün öz evinə ən azından bir çörək aparan olsun.. Bu sözün izahın yazmadım, ona görə ki, bu söz bu ideyanı tanıyan insanlara aydındı, tanımıyanlar bilməsə də olar..
Qeyd edim ki,bu video xronikalı sənədli filmdə yazdığımız və adlarını çəkmədiyimiz qanuni oğrular haqqında ətraflı öyrənə bilərsiz.
P.S:Qeyd edim ki,xəbərdə istifadə etdiyim məlumatlar Azərbaycan və Rusiyanın müxtəlif saytlarından götürülmüş mənbələr əsasında hazırlanıbdır.
Mən ümumiyyətlə bu haqda tam məlumatsız idim, taa ki keçə il işdə bir iş yoldaşım danışana qədər. O danışanda çox qorxmuşdum. Bu məlumatları oxumuşdum 3-4 gün əvvəl.
bu xanım haqqında eşitmişdim.demək olarki kifayət qədər məlumatım var.hardasa 1 ilə yaxın olarki bu qadında dünyasını dəyişib.bir defe televizordada göstərmişdilər.müsahibə götürmüşdülər.öz həyatı haqqında danışırdı.cavanlıq şəkillərini göstərmışdilər doğurdan da çox gözəl qadın olub.
DEMEY OLARKI SAYTDAKI EKSER XEBERLERDEN COOOOOX AMA COOOO MARAQLIYID BEZI USERLERDE BAXIB GOZLERINE SU VERSINERKI INKUBATOR KIMI STANDART XEBERLER QOYUB SORADA FIKIR BILDIRENDE ACIGLARI GELNMEYDENSE QOYANDA BIR MERFETLI SANBALLI VE EN ESASDA MARAQLI XEBER QOYSUNLAR
AXARINCI XEBERINIZ OLSUN TESEKKURLER
1 Mart 2012 12:25 | Qeydiyyat: 19.10.2009 | Adı: SS | Ünvan: Baki Sh |
Lotu Bəxtiyar(Bəxtiyar Novxanıski)o taxıl söhbəti belədi.Heydər Əliyev hakimyətə təzə gəlmişdi,talonnan çorək verilən dövür,taxıl qıtdığı vardı ölkədə -Rusiyadan vaqonlarla taxıl gəlməliydi Azərbaycana Çeçenistanda vaqonları saxlayırlar.həmin illərdə sss-ri təzə dağılmışdıda belə diyək,Bizdə olan hərci-mərcilik çeçenistandada 5 qat üstün idi.Çeçenistan muxalifəti bu vaqonları saxlıyır,məksəd azərbaycan döür Rusiyayla problemi var ona görə bu yolla sıxışdırmaq istiyir.Həmin dövürlərdə Batyanın işi MTN_də olub Baş Prokror xəbər göndərir bes belə bir hadisə baş verib.Bu yazdıqlarım Lotu Bəxtiyarın 2-ci cild kitabında geniş yazılıb,mən konkret yazıram.Bir çox dövlət rəsimləri bir yolla xəbər göndərir ki bəs sənin çeçen vorlarıyla aran necə lazımdı yaxşıdı,bunu MTN-Bəxtiyarın dosyalarından bilirdi çeçenlərlə dəfələrlə saxlanılıb.Bəxtiyar tək bir Kəlmə bunu diyir..Mən vətənimçin canımda da keçərəm,ancaq bir şərtlə o vaqondakı taxıl nə var belədə sərf olunsun.Bir maşın,şofer,qraniçanı kemməyə saxta pasport istiyir hamısı düzülüb qoşulur və gedir.Gəlir diyir fılan vaxt flan saatda bakı dəmir yol vağzalına o vaqonlar girəcək,və didiyi vaxta vaqonlar bakıya daxil olur.Bu cür olub ondan təqribən 6 ay sonra Bəxtiyarı MTN-novxanıda saxlıyırlar üstündən makar çıxır bu statiynı -ardın yazmıram yazsam bu indiki şiluxa məmurlara ağzımı açacam..elə o vaxtından indiyə kimi vəzifədədilər bəzi tvar məmurlarımız..
Birdəki kimin ağzına nə gəlir yazmaq düzgün döür,məni düz başa düşmək lazımdı.tam səmimi diyirəm yəni qrubi başa düşmüyün.Varabskoy kodeks hər cayılın və hər kişinin başıyçın döür ..Necəki Yazılıb elə bu xəbərdədə...Bilməyənlər qanmayanlar tək bir cümləm yasna olar..Azərbaycan əhalisi 9 milyondu..Bu qədər zonlarımız var...Hər yetkinlik yaşa çatan cavan uşaq varabskoy həyatı istər istəməz xoşduyur,kim istəməz oğru kimi blatı hörməti olsun..9 milyonnuq xalqın cəmisi indi fakt yaşayan oğrusu 7 nəfərdi-olaydıda 15 nəfər..Diməli nəsə çətinlik varki bu 1000-nəfərdən birinə vor titulu verilir ya verilməz..Mən varabskoy dildə yazmadım və bilirəmki yazsamda heç kim başadüşmüyəcək -lori dildə yazdım,məncə çatdıra bildim fikrimi.Ona görə diyilir idiyalis vor doğulur yaranmır..
1 Mart 2012 06:22 | Qeydiyyat: 23.11.2011 | Adı: -- | Ünvan: Afrika |
cinayetlerini ele bele kimise vurub oldurerek etmeyibler,hemise sade xalqi qorumaga calisan olublar,dovletin de xalqa zulm etmesine cox vaxt qarsi cixiblar,oz aralarindaki vor alemden elave esas buna gore hormet qazaniblar xalq arasinda.yeni bir nov xalqin qoruyucusu olublar,misalcun biri gelib hansisa wiwka pulunu goturub vermir,gelib onlara wikayet edib hell edibler,xosluglar,olmasa zorla.Bextiyar bir vaxtlar azerbaycan prezidentinin sozu kecmeyen yerde soz kecirdib olkeye komeyi deyib,tesevvur et rusiya aze prezidentinin sozunu yox lotunun sozunu sayib,tebii ki rusiyaya da saydiriblar o sozu yaponcik kimiler.medvedev yaponciki ve digerlerini oldurtdu.dovlet sevmir lotulari,onlarin bas agrilaridir.
Hə... Çox sağol Vüqar, başa düşdüm... Yəni bir sözlə qanunun keçmədiyi yerdə qanun yaradıblar, hərəylə öz dilində danışıblar...
Mənim belə şeylərdən başım çıxmır, bir az sualım gülünc də səslənə bilər, çünki bu haqda məlumatım sıfırdır... Rəyləri də oxudum, görünür bir məlumatsız ya mənəm, ya da bir mən etiraf edirəm... :)... Bu insanlar cinayətkar olduqlarına görə belə hörmət edilirlər?... :)... Robin Hood kimi insanlar olublar, ya necə?...
Allah rehmet elesin.Yasasin Favorit sayti ve o saytda bu xeberi ve azNET de olmuyan Azeri vorlarin sekillerin sayta veren oqlan.Size de tesekkur edirem -ancaq hansi yazini kopya edib sayta verende o yazi nece verilib elede verin.burda qulu nadirin seklin niye vermisiz Rovsen Lenkeranski onu tarmazit edib.basqa yazilarida qatmisiz bu yaziya-Favorit saytinda bu xeber 3 hisselik verilib ele belede vereydin gerek.neyse
Yenədə təşəkkür edirəm.Məni əsəbləşdirən Qulu nadiri bua gərək vermiyəydin.
1 Mart 2012 01:49 | Qeydiyyat: 23.11.2011 | Adı: -- | Ünvan: Afrika |
Boş şey... “Qanuni oğru” sistemi hüquq-mühafize orqanları terefinden planlı şekilde düşünülmüş ve teşkil olunmuşdu “Sovet hakimiyyetinin ilk illerinde, xüsusile Stalin rejimi dövründe hebsxanalarda olan dustaqların sayı heddinden artıq çox idi. Bele bir veziyyetde hebsxana daxilinde qayda-qanun yaratmaq ve mehbuslar üzerinde nezareti daha da güclendirmek meqsedi ile “qanuni oğru” sistemi hüquq-mühafize orqanları terefinden planlı şekilde düşünülmüş ve teşkil olunmuşdu. Harada ki, “qanuni oğru” var idi, orada bütün cinayetkarlar mehz onun diqtesi ile hereket edirdiler. “Obşak”lar ise “qanuni oğru”ların özleri terefinden yaradılmışdı. Meqsed cinayet yolu ile elde olunmuş vesaitin hem öz aralarında bölüşdürülmesi, hem de bu vesaitden hebsxana rehberliyine rüşvet verilmesi idi”. Bunu açıqlamasında DİN-in Baş Cinayet-Axtarış İdaresinin şöbe reisi, polis polkovniki Qabil Rzayev deyib
--------------------
Bu cml?m d? daxil olmaqla dan??d???m btn cml?l?rim yaland?r..!
1 Mart 2012 01:20 | Qeydiyyat: 14.10.2008 | Adı: efaMetin | Ünvan: Baku |
.Ölənlərə rəhmət qalanlara can sağlığı,bizlərə ancaq bunu dimək düşür obsujdat eləməyə zasluqamız çatmaz.Nə qədərki, türmə var o qədər də VoroVSkoy Mir Olacaq!
+
--------------------
Meyhaneci sarhoşum bu gece Aşığım aşık çal bu gece "Tak etti" canıma yalnız her gece İçiyoruz yine bu gece =))
emis yadima dusdu zamiq (((((((((((( hemise onun yanina gedende isteyirem bir aylig onu evez eliyim hemise mene deyir baki kucelercun cox darixmisam qardasin olsun ay emis (((((((((((
bextiyar sanka zver cavansir hikmete allah bu boyuk qardaslara rehmet elesin allah rovsen kimi ogullarimizada can sagligi versin emis yadima dusdu zamiq (((((((((((( hemise onun yanina gedende isteyirem bir aylig onu evez eliyim
hemise mene deyir baki kucelercun cox darixmisam qardasin olsun ay emis (((((((((((
maraqsiz xeberleri oxumaqdan bezmisdim.. bu xeber cox maraqli oldu oxudum melumatlandim. yaxsi insan olub Lotu Bextiyar Allah rehmet elesin. tesekkurler.
--------------------
Acılar o qədər adiləşibki ...Artıq acı gələndə onsuzda bu da keçər deyirəm...
29 Fevral 2012 22:29 | Qeydiyyat: 27.01.2010 | Adı: ....... | Ünvan: Baku |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3