» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » El Clasico: Barselona-Real Mad ...
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » GS-FB oyunundan sizə 300 Vman ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » 3 il keçdi...
  » Mix.aZ - 7 yaşın mübarək
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Burda yalnız qızlarımızdı ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » "Space" Amaci məhkəməsin ...
  » Mix.az qızları mixin 7 yaş ...
  » Ankarada Azərbaycanlılar haq ...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Sizə məsləhətim...
  » Elmar və Nigarın Qusarda mö ...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qızlarımızın Yay aksesuar ...
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...
  » İlk sevgi...
  » “Biz Production”

iKooo
Xəbər sayı -38
Mi Comentario
Xəbər sayı -38
PsikoOOo
Xəbər sayı -33
ayshan
Xəbər sayı -21
Sensiz_Qocaldim
Xəbər sayı -20
mix dominant
Xəbər sayı -19
krolochilapka
Xəbər sayı -11
Mir_Celal
Xəbər sayı -11
BiTTeRMooN
Xəbər sayı -6
nuku
Xəbər sayı -6



ADİU
BDU
ADTU
ADDU
APİ
AZİ
ADPU
İnşaat U
Politexnik U
Qafgaz U
Xəzər U
Qərb U
Texnikum
digər Uni
ADMİU








 
 
Pəncərədən gələn səs... Maraqlı və məsləhətli 

Pəncərədən gələn səs...

Otağın divarındakı bəyaz rəngin ahəngini dini bir tablo və qonşu binadan düşən işığın əks etdirdiyi pərdənin kölgəsi pozurdu. Gözünə yuxu getmədiyi üçün tabloya gözünü zilləyərək düşünürdü. Ötən günün və günlərin hesabatını verirdi...

Nə etdim bu gün mən? Necə keçdi günüm? Günah işlətdimmi? Kiməsə bir yaxşılığım oldumu?... Maddi sıxıntısı olan iş yoldaşına yardım edə bilməmişdi, amma istəyərək yox. Tələbənin təklif etdiyi rüşvəti qəbul etməmişdi. Deyəsən bu gün etdiyi ən yaxşı iş idi, hə əlbəttə bir də xırda bir şey - yerə yıxılıb qalxması üçün kömək istəyən yaşlı qadına kömək etmişdi. Daha bir sadə günü geridə qoymuşdu. Keçmiş artıq keçmişdir deyib, əvvəlki günləri düşünməkdənsə sabahı düşünməyə çalışdı...

Pəncərədən gələn səs...


Sabahı üçün əsas maddi sıxıntı görürdü. Aylıq xərcləri deməkj olar ki, aylıq qazancı ilə üst-üstə düşürdü. Bu aydan digərinə bir əlavə demək olar ki, mümkün deyildi. Bəs mənəvi cəhət? Valideynlərini az qala bayramdan-bayrama ziyarət etmə vaxtı olurdu. Uşaqları ilə, ailəsi ilə az vaxt keçirirdi. Bir ay əvvəl yuxarı mərtəbəyə köçən qonşunu hələ görməmişdi. Uşaqlığı keçən bibisi oğlunu ən son 5 ay əvvəl görmüş, 1 ay əvvəl danışmışdı. Gündəlik problemlər, iş-güc, istirahət üçün vaxt tapılmırdı. Ən son məzuniyyətə çıxanda gördüyü dost-tanışlar vardı.

Pəncərədən gələn səs...


"Nə olacaq bu həyatın sonu?" - deyə düşünməyə başladı. İllər, aylar, günlər keçir. İstirahətə, ailə, qohum-əqrəba, dost-tanışla vaxt keçirməyə imkan tapılmır. Bu qədər iş-güc, amma maddi sıxıntı var. Nə olacaq bundan sonra? Bu günə kimi necə gəlibsə bundan sonra da elə gedəcək? Daha yaxşı olma ehtimalı yoxdur? Amma yox, var, insan şüuru, o çox şeyi həll edə bilər, əziyyət də çəkər, xoş gün də görər, hamısını yaşayar. Hər zaman işıqlı sabah vardır. Amma necə? Bunun üçün arxamda güc lazımdır. Bundan sonra hər şeyi dəyişmək üçün nə edəcəm? Off, sözdə demək asandır...

Bu anda bütün gecə düşündüklərinin, sıxıntılarının cavabı pəncərədən eşidildi. Gözünü rahat yumub yata bildi. Artıq gec də olsa yadına düşmüşdü, gücü necə artacaq? Kim ona arxa olacaq?...

Pəncərədən gələn səs...


Pəncərədən gələn səs: "Əllahu Əkbər! (4 dəfə) (Allah vəsf oluna bilən bütün şeylərdən ucadır)
Əşhədu ən lə ilahə illəllah! (2 dəfə) (Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur)
Əşhədu ənnə Muhəmmədən rasulullah! (2 dəfə) (Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın rəsuludur)
Həyyə ələs-saləh (2 dəfə) (Namaza tələsin)
Hayyə ələl-fələh (2 dəfə) (Nicat tapmağa tələsin)
Hayyə əla xayril əməl (2 dəfə) (Əməllərin ən xeyirlisinə tələsin)
Əllahu Əkbər! (2 dəfə) (Allah vəsf oluna bilən bütün şeylərdən ucadır)
Lə ilahə illəllah (2 dəfə) Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur)" - sübh Namazının Azan səsi idi...


Müəllif: Əli



 
 
#42 Şərhin müəllifi: Vugar
 


Shevchenko_Ali,
yazi yazilandan iki hefte sonra oxumaga vaxt tapmisdim,cox gozel yazmisan,indi gormusken fikir bildirim istedim,eslinde bu obrazin yerindeyem ele mende.. menim fikrimce,menasindan da elave yazini yazmag seklin cox yaxsidi,bele yazilarina davam et.bu arada coxdandir muellif gunu etmirsen,xosladigim tek sey idi saytda o-insanlarin oz yazdiglarini oxumag

 
 
#41 Şərhin müəllifi: Shevchenko_Ali
 


Bura rəy bildirmək üçün bir müddət gözlədim, xəbər aznetdə yayılsın orda yazılan rəyləri də oxuyum. Sonra yazı haqqında nəsə deyim. O Azan səsini eşidib Namaz qılsın deyilib rəylərdə. Axı əgər o Namaz qılan olsaydı elə hər cümləsində dinə yaxın və bağlı olduğunu göstərərdi. Birdən-birə Azan eşidib Namaz qılmayan biri, o anda Namaza başlaya bilməz. Yazıdakı əsas fikri tutan aşağıdakı rəydir:
Sitat: TARKANFAN
Bəlkə də çoxları özünü gördü, düzdür, tam olaraq burda qeyd edildiyi kimi həyat sürməsələr də, düşünürəm dolayı yolla bir çox ünvana çatıb.

Sitat: TARKANFAN
İnşallah, tezliklə onu da edəcək. Əsas odur, kimin ona kömək olacağını bildi.

Yazının əsası... Təşəkkür, Samirə


--------------------

 
 
#40 Şərhin müəllifi: TATULYA
 


chox sag ol Ali
xeberini indi gordum, olduqcha menali yazi idi, chox beyendim.
ALLAH savaba yazsin, teshekkurler



--------------------

 
 
#39 Şərhin müəllifi: AMORE
 


Hmm:).. Deməli imzanın açıqlaması bu imiş:).. Yaxşıydı yazı..


--------------------

 
 
#38 Şərhin müəllifi: Mr_Anderson
 


Əgər nəticə etibarı ilə düşündüyüm kimidirsə....
onda təbrik edirəm.bu xoş bir haldır.


--------------------

 
 
#37 Şərhin müəllifi: _MATILDA_
 


Hmm, imzanın açıqlaması...
Biz tərəfdə AZANın səsi ancaq səhərlər sakitçilik olur deyə daha aydın eşidilir.
ALLAH hər kəsin ibadətini qəbul eləsin...

 
 
#36 Şərhin müəllifi: anusqa
 


tsk

 
 
#35 Şərhin müəllifi: NifreteNifret
 


Allah razı olsun


--------------------

 
 
#34 Şərhin müəllifi: Mazandaran
 


TƏŞƏKKÜLLƏR

 
 
#33 Şərhin müəllifi: PsikoOOo
 


hemise imza maragima sebeb olmusdu demekki bu imis cox gozel yazi idi....

 
 
#32 Şərhin müəllifi: hanky panky
 



gozel yazidir.teshekkurler

 
 
#31 Şərhin müəllifi: _Unikalnaya_
 


Azani ewidib ve yatir....

ela yazi idi ALi

tewekkur


--------------------

 
 
#30 Şərhin müəllifi: TARKANFAN
 


Çox gözəl yazı idi. Bəlkə də çoxları özünü gördü, düzdür, tam olaraq burda qeyd edildiyi kimi həyat sürməsələr də, düşünürəm dolayı yolla bir çox ünvana çatıb.
Çoxdandır belə maraqlı, mənalı və düşündürücü yazı oxumamışdım.
Təşəkkürlər Ali.
Sitat: krolochilapka
Durub dəstəmaz alıb, O GÜCÜN qarşısında səcdəyə getsəydi daha doğru olardı....

İnşallah, tezliklə onu da edəcək. Əsas odur, kimin ona kömək olacağını bildi.

 
 
#29 Şərhin müəllifi: matematik
 


Öz-özünlə danışmaq, problemlərini həll etmək....
Allahdan ümidini kəsməmək...əsil xoşbəxtlikdir.

 
 
#28 Şərhin müəllifi: princessa
 


Allah razi olsun oxudum


--------------------

 
 
#27 Şərhin müəllifi: Rebeka
 


chox gozel yazidir.indi anladim bu imzanizin sebebini.mumkunse yene qaytarardiz o imzanizi.chunki axir vaxtlar gormurem.bu yazidan sonra daha chox gormek isterdim.
cox teessufki biz tereflerde azan sesi chox az hallarda esidilir.esasen subh namazlarinda esidilir.birde Ali bir soz sorusmaq isteyirem men bilen axi Azanda Allahu ekber deyilir Əllahu Əkbər yox.yoxsa men sehf bilirem


Sitat: Hayalperest
Duzdur duzgun deyil

demeli dogurdan da duzgun deyilmis.ancaq men bileni bizde her yerde Azan sesini yazdirib oxudurlar.


--------------------

 
 
#26 Şərhin müəllifi: qordaya_lezginka
 


Teki hemishe penceremizden gelen ses azan olsun.

 
 
#25 Şərhin müəllifi: S...
 


Cooooooooooooox gesengdi beeyendim twk _define090

 
 
#24 Şərhin müəllifi: nuku
 


Həə... Demək imzadakı "Pəncərədən gələn səs" bu səs imiş.
Çox şükür ki, Allahu təalə bizlərə Azanı eşitmək üçün qulaq, oxumaq üçün dil, namaz qılarkən, səcdə edərkən əyilib-qalxmağa vücut verib.
Bu cür imkanlarının olduğunu hələki görməyənlər də var.
Oxudum yazını və çox bəyəndim.


--------------------

 
 
#23 Şərhin müəllifi: gulka_GN
 


coxxx gozell twkk

 
 
#22 Şərhin müəllifi: hosted_man
 


Oxudum,maraqlı yazı idi,Əli..Digər userlər kimi mən də imzanda görmüşdüm,axır ki,gördüm :)


--------------------

 
 
#21 Şərhin müəllifi: Mary Max
 


Pəncərədən gələn səs...

Imzanin sirri acildi ki.Ele bele de dusunurdum bu Azan sesi olar.
Ne gozeldi tezden Azan sesine oyanib namaz qilma.Budilnike yox.Allah qebul etsin butun temiz qelble ibadet edenlerin ibadetini.AMIN...


Sitat: _Jasmin_
Deyirlər azan səsini yazdırıb qoymaq düzgün deyil azan sayılmır bu əgər hər səhər, günorta yəni gün 5 dəfəsində çıxıb azanı vermirsənsə o heç amma kosetə yazıb qoymaq lazım deyil sayılmır. İndi bilmirəm nə qədər düzgün fikirdi amma bunu tv-dən eşitmişdim.

Onsuz da kaset oxudurlar.Bizim evin yaninda mescid var orda da eledi.Amma uzbeuz binada 1baba var.tezden cixir balkona Azan oxuyur.


--------------------

 
 
#20 Şərhin müəllifi: loving_life
 


deməli imzanızdakı "pəncərədən gələn səs" bu səs imiş.oxudum çox gözəl yazıdır.azan səsi hər bir musiqidən gözəldir.Allah qulaqlarımızdan bu səsi əksiy eləməsin.Amin!
təşəkkürlər Ali bəy:)


--------------------

 
 
#19 Şərhin müəllifi: Hayalperest
 


Sitat: _Jasmin_
Deyirlər azan səsini yazdırıb qoymaq düzgün deyil azan sayılmır bu əgər hər səhər, günorta yəni gün 5 dəfəsində çıxıb azanı vermirsənsə o heç amma kosetə yazıb qoymaq lazım deyil sayılmır. İndi bilmirəm nə qədər düzgün fikirdi amma bunu tv-dən eşitmişdim.


Duzdur duzgun deyil


--------------------

 
 
#18 Şərhin müəllifi: sofiya
 


Hec ne yaza bilmiyecem.Eslinde bele mövzulari sadece oxumagi sevirem.

 
 
#17 Şərhin müəllifi: AGA BEY
 


ALLAH ve ALLAH RESULLARINA DUA ETMEK ve NAMAZ QILMAQ IBADET ETMEK BU DUNYANIN AN DEYERIDIR

MADDIYAT SADECE BU DUNYADA YASAMAQUCUN VERILMIS BIR NESNEDIR BU DUNYADA ETDIYIMIZ BUTUN YAXSILIQLAR BU DUNYADA HIS ETMESEKDE O BIRI DUNYADA QASIMIZA CIXACAQ

ESEDUENLAH LA ILAHE ILLELAH

ALLAH TEKDIR VE WERIKI YOXDUR

 
 
#16 Şərhin müəllifi: _Jasmin_
 


Qardaşım burda qalanda hər səhər azan verirdi ayda elə xoşum gəlirdi.
Sonra binamızın arxasınakı binadan da gəlirdi bir ara amma sonra kəsildi.=)
Deyirlər azan səsini yazdırıb qoymaq düzgün deyil azan sayılmır bu əgər hər səhər, günorta yəni gün 5 dəfəsində çıxıb azanı vermirsənsə o heç amma kosetə yazıb qoymaq lazım deyil sayılmır. İndi bilmirəm nə qədər düzgün fikirdi amma bunu tv-dən eşitmişdim.
Qəşəy yazı idi təşəkkürlər.=)



--------------------

 
 
#15 Şərhin müəllifi: nuwka
 


TWK GOZEL SOZLERDI............... love

 
 
#14 Şərhin müəllifi: krolochilapka
 


Gözünü rahat yumub yata bildi. Artıq gec də olsa yadına düşmüşdü, gücü necə artacaq? Kim ona arxa olacaq?...


Durub dəstəmaz alıb, O GÜCÜN qarşısında səcdəyə getsəydi daha doğru olardı....

"Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!"

Bəqərə surəsi-152


--------------------

 
 
#13 Şərhin müəllifi: mix dominant
 


AZAN səsi həqiqətən insana xoş ,gözəl təsir bağışlayır..çox gözəl yazıdır təşəkkürlər müəllifə..


--------------------

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!