1-ci qutuda olanlar - 38 (62,3%) 2-ci qutuda olanlar - 9 (14,75%) 3-cü qutuda olanlar - 5 (8,2%) 4-cü qutuda olanlar - 3 (4,92%) Yoxsa şkafın qarşısında seçimini gözlədikləriniz - 6 (9,84%)
Düşünün ki, önünüzdə bir şkaf var. Bu şkafda 4 hissə var. Hər hissədə qutular(daxıllar, siyirmələr). Bu qutuların içində sevginiz və nifrətiniz var.
Ən üst hissədəki qutularda ‘ən cox sevdiklərinizi' saxlayırsınız. İkinci hissədə ‘Sevirəm, amma çox da güvənmirəm' dediklərinizi. Üçüncü hissədə ‘hər kəs kimi biridir mənim üçün' dediklərinizi. Və ən altda da ‘nifrət edirəm və ya qəti güvənmirəm' deyə adlandırdıqlarınızı.
Siz heç ən üst hissəyə qoyduğunuz birini, bir sözünə görə, ən alt hissədəki qutulara qatdınızmı? Dəyərindən çox dəyər verdinizmi birinə? Ya nifrət edirəm dediyiniz birini zaman keçdikcə sevdinizmi? Siz heç yanıldınızmı? Utandınızmı o bir zamanlar arxasından qeybət etdiyiniz adamın indi ən yaxın dostunuz olduğu üçün? Heç etiraf etdinizmi ‘səni heç sevməzdim' deyə? Ya da heç əsəbləşdinizmi ‘nə çox güvənmişəm sənə' deyə? İnsan heç ‘bir söz' ilə ən sevdiyini ən nifrət etdiyi insanların arasına qata bilərmi? Doğrudurmu bu?
Bir zamanlar göylərə çıxartdığınızı yerə vurmaq asandırmı? Yaraşarmı sizə? Halbuki bir zamanlar aranızdan su keçməzdi. Yeri gələndə, çörəyi belə paylaşardınız, qaldı ki, düşüncələriniz, duyğularınız. Bu qədər çox şeyi paylaşdığın birini tanımamazlıqdan gələ bilərsənmi?
Sizə tövsiyə… Heç bir zaman ilk gördüyünüz birini ‘sevmədim' deyərək, şkafınızdakı ən alt hissədəki qutulara atmayın. Zaman verin, səbr edin. Lazım olsa qutulara yerləşdirməyin, şkafın qarşısında gözləsin. Zamanı gəldiyində o adam onsuz da şkafınızda bir hissəni özü seçəcək.
Eyni şəkildə, ilk gördüyünüz birinə ‘sanki 10 ildir tanıyıram' deyərək, ən yuxarı qaldırıb, yerə göyə sığdırmayın.. Yoldaşlıq, dostluq və ən əhəmiyyətlisi sevgi zaman istəyir. Sənin xəbərin olmadan o şkafında özünə yer tapacaq. Yetər ki, siz səbr edin və şkafınızı geniş saxlayın
Amma ən əsası, şkafınızın ən üst hissəsindəki qutuları ƏSLA atmayın. Qiymətli bir xəzinə kimi saxlayın. Ən altdakıları da hər həftə zibil qabına boşaldın. Görəcəksiniz, gün gələcək şkafınız yalnız "SEVDİKLƏRİNİZ" ilə dolacaq. O zaman gerçək xoşbəxtliyi tapacaqsınız…
Bir zamanlar göylərə çıxartdığınızı yerə vurmaq asandırmı?
goye ozum qaldiririam, amma yere vurmaq menlik deyil, ozleri bala bala dushurler, eziyyet vermirler sag olsunlar Ferqli xeberdir, ferqli yanashma. Birinci polkada mene en yaxin olanlardir, ikinci polkada nisbeten coxdur.. Uchuncu polka ikinci ile eyni seviyyede. Dorduncu surme ise bomboshdur :) Chunki nifret etmeyi bacarmiram :)
--------------------
Никогда не знаешь, насколько ты привязан к человеку, пока эта связь не оборвётся...
Amma ən əsası, şkafınızın ən üst hissəsindəki qutuları ƏSLA atmayın. Qiymətli bir xəzinə kimi saxlayın. Ən altdakıları da hər həftə zibil qabına boşaldın. Görəcəksiniz, gün gələcək şkafınız yalnız "SEVDİKLƏRİNİZ" ilə dolacaq. O zaman gerçək xoşbəxtliyi tapacaqsınız…
25 Yanvar 2012 14:20 | Qeydiyyat: 16.12.2010 | Adı: seva | Ünvan: Qebele |
ayalllaaaa) ne suppa xeberdi buu) supper pupper mupper elaaa)))
Siz heç ən üst hissəyə qoyduğunuz birini, bir sözünə görə, ən alt hissədəki qutulara qatdınızmı? Dəyərindən çox dəyər verdinizmi birinə? Ya nifrət edirəm dediyiniz birini zaman keçdikcə sevdinizmi? Siz heç yanıldınızmı? Utandınızmı o bir zamanlar arxasından qeybət etdiyiniz adamın indi ən yaxın dostunuz olduğu üçün? Heç etiraf etdinizmi ‘səni heç sevməzdim' deyə? Ya da heç əsəbləşdinizmi ‘nə çox güvənmişəm sənə' deyə? İnsan heç ‘bir söz' ilə ən sevdiyini ən nifrət etdiyi insanların arasına qata bilərmi? Doğrudurmu bu?
Oshonun bir sozu var e: ya sev, ya qorx. Ikisi bir yerde olmaz)) tam uygun gelir bu yaziya. Yadima gelmir kimise dediyi bir soze gore sildiyim... uppsss he yadima gelir nu baxir soze de =) men bagiwlamaqin, sevmeyin terefdariyam) Heyatda bi az yaxwi menada sirtiq olmaq lazimdi :)))
geweh movzuya gore tewekkurler )
--------------------
У меня нет длинных волос, миллиона поклонников. зато у меня есть сердце, родители и друзья. И знаете, это главное)
"У неё нет шансов" - громко заявили обстоятельства... "Она неудачница" - крикнули люди... "У неё всё получится" - тихо сказал Бог!!!
25 Yanvar 2012 12:11 | Qeydiyyat: 31.12.2009 | Adı: :PP | Ünvan: Yer kürəsi) |
Cox maraqli movzudu. Mence yukseltdiyimiz birini adi bi soze gore endirmek menasizdi. Yegin onda bize ele gelib ki, yukseltmishik, eslinde ferziyyeler yukselib demekdi. Bilirsiz, insan yaranib sevmekcun, sevilmekcun... Olur ki, bu heyatdi haminin bashina xoshagelmez hadiseler gelir. Urey qirilir, inciyir ama bezen ele sheyler olur ki, nifret de etmesen bagishdaya bilmirsen.. Zaman vaxt her sheyin her acinin dermanidi... Ona gore mene ele gelir ki, yukseltmishikse demeli laiqdi ki yukseltmishik. Yukseltdiyimiz birini ne qeder desek de, urek endirmir... Hamini yukseltdiyi ele yerinde qalsin qoy butun insanlar her zaman yukseltdikleri ile fexr etsinler, desinler ki, ne yaxshi bunu yukseltmishem..
bəzən birini çox yüksəklərdə tutursan...hətta onun belə özünü görmədiyi yüksəklərdə...amma nə vaxtsa onun bu yüksəkliyə layiq olmadığını anlıyırsan....çünki insan necədirsə özünü gec tez biruzə verir...ona görədə beləsini alt siyirməyə yoxeeyy vopşe zibil qutusuna atmaq lazımdı (hələ zibil qutusuda çoxdu beləsi üçün)...qoy sənin yerləşdirəcəyin o yüksəkliyi layiq olan tutsun...və heç vaxt şüphən də olmasın ki bu insan səni yanılda bilər....xəbər xoşuma gəldi təşəkkürlər ALİ...
Bir zamanlar göylərə çıxartdığınızı yerə vurmaq asandırmı? Yaraşarmı sizə?
Heç etiraf etdinizmi ‘səni heç sevməzdim' deyə?
yo,bu məncə ürək qırıcı olar)keçmiş zaman nəyə lazım,əsas olan bugündür)
insanları heç vaxt ayırmamışam bu yazıdakı kimi..sevmədiklərimdən uzaq olmuşam, sevdiklərimə yaxın..məni məyus edənlərlə də yuxarıda sitat gətirdiyim kimi olub))
gözəl yazı üçün təşəkkür Ali bəy)
--------------------
25 Yanvar 2012 10:47 | Qeydiyyat: 27.06.2008 | Adı: AHLI_SHIA_FATIMA♡ | Ünvan: Yer kuresi,Azerbaycan,Baki, Tooofiq ANS :))) |
Menim bildiyim tek bir shey var, oda ki bir insana layiq oldugundan artiq qiymet vermemek. Hec vaxt teze tanidigim insani qaldirib dag bashina qoymaram.Ve ya eksine coxdan tanidigim, xasiyyetine deqiq beled oldugum birine qarshi pis olmaram.
xəbər olduqca gözəl və düşündürücüdür.təşəkkürlər. amma mənim belə bir şkafım yoxdur.nə sevdiklərimi bir şkafın içində həbs edə,nə də nifrət etdiklərimi yanımda saxlaya bilmərəm.nifrətim var o da düşmənlərimizə olan nifrətdir.başqa heç bir insana nifrət edə bilmərəm.heç kimə qarşı kinim olmuyub bu günə qədər.incimişəm,küsmüşəm amma heç vaxt kinim bir saatdan çox çəkməyib.düzdü bərk incimişəmsə bağışlamıram amma nifrət də etmirəm))eynən güvənmədiklərimi də özümdən uzaq tutmağa çalışıram. Siz heç ən üst hissəyə qoyduğunuz birini, bir sözünə görə, ən alt hissədəki qutulara qatdınızmı?-imzamda bu sualın cavabı var. :smile
Dəyərindən çox dəyər verdinizmi birinə? -məncə yox Siz heç yanıldınızmı?-yaxşı mənada çox:).eşitdiklərim gördüklərimin nəticəsində məni çox yanıldıb) Utandınızmı o bir zamanlar arxasından qeybət etdiyiniz adamın indi ən yaxın dostunuz olduğu üçün? -qeybət və lağ mənə çox uzaq sözlərdir.kiminsə arxasınca danışmaq və hər hansı xüsusiyyətinə görə bir insanı alçaldıb lağ etməkdək zəhləm gedir.hətda realda heç kim yanımda bu xasiyyətlərini üzə çıxarda bilməz!indiyə kimi imkan verməmişəm,indidən sora da vermərəm. Heç etiraf etdinizmi ‘səni heç sevməzdim' deyə?-mən yox.amma mənə çox deyiblər ki,kənardan baxanda aqressiv və kobud görünürsən.amma sonra fikirləri dəyişib.(təbiki realda) Ya da heç əsəbləşdinizmi ‘nə çox güvənmişəm sənə' deyə? məncə bu sözü deyəcəyim insan güvəndiklərimin arasında yoxdur.inşallah da olmaz İnsan heç ‘bir söz' ilə ən sevdiyini ən nifrət etdiyi insanların arasına qata bilərmi? Doğrudurmu bu?-məncə yox qata bilməz.bir də bu nifrət sözünü zəhləsi getmək və ya xoşu gəlməmək kimi sözlərlə əvəz etsək daha yaxşı səslənər.nifrəti ancaq öldürə biləcəyin insana qarşı hiss etmək olar,o da ki düşməndir...
Fərqli xəbərdi və eyni zamanda maraqlı. Birinci qutuda demek olarki 5 nəfəri keçmir. Çox az insana güvənən biriyəm. Qınana bilərəm amma tam əminliklə güvənə bilmədiklərim daha çoxdu. Nifrət etdiyim olsa belə sevdirirəm özmə. Münasibətdə olubda nifrət etdiyim demək olarki yoxdu. Yaxınlaşan varsa da ən azından bir yaxşı xüsusiyyətinə örə özmə sevdirə bilərəm...
Sitat: EmBaO
Allah güvəndiyiniz dağlara qar yağdırmasın....
--------------------
"Qısqanclıq "sənin üçün ölərəm" deyə baxan gözlərin, başqasına baxsan "səni öldürərəm" deyə baxmağa başlamasıdır."
"Güvələr, paltarları necə gəmirirsə qısqanclıq da insanı elə gəmirir." Saint Chryston
Bu həyatdan heç kim bakirə...namuslu köçmür...çünki istər-istəməz həyat hamıya təcavüz edir... Edilən hər qəhbəliyə bir ziyarət borcum olsun...borcuma sadiqəm...hər kəs rahat olsun...
1-ci qutuda olanlar coxdu elbette 2-ci qutuda olan yoxdu olsa her halda sevdiklerimin yaninda olar o da 3-cu qutda olanlar mueyyen qederdi qaldi 4-cu qutu onda demezdim bir wey var xeyr bowdu kimese nifret etmeyi bacarmiram
Çox maraqlı və fərqli yazıdır. Tamamilə düzgün qeyd etmisən ki, bir kəsi tanımadan və ya qısa vaxt ərzində olan tanışlıqdan 100% qərar vermək yanılda bilər insanı. Ona görə də şkafa atmamışdan qabaq uzun bir müddət tanımaq lazımdır. Amma istisnalar da olur ki, qısa vaxtda da bir insanın nə xarakterdə olmasını təyin edirsən.
Ən üst polkada olanlar barmaqla sayılacaq qədərdir. Hətta, deyərdim bir əldəki barmaqlar kifayətdir. 2-ci polkada olanlar çoxluq təşkil edir. Uzun müddətdir yaxınıq, amma üst polkadakı qədər deyil yaxınlığım. Bəlkə də ən az yuxarıdakı qədər güvənli biridir, sadəcə o məsafəni mən özüm qoymuşam və ya belə yaranıb. 3-cü polkada olanlar lap çoxdur. 4-cüdə isə, Vallah yoxdur. Heç olmasını da istəmirəm. Əslində, bir dəfə o polkaya atmışdım bir nəfəri, özü də bu saytdan, amma sonra o insana qarşı kinim yox oldu deyə, qaldırdım 3-cü polkaya.
Umumiyyetle 4-cu qutuda olanlar yoxdu mende, cunki nifret elediyim insanlar yoxdu, sadece mene lazim olmayan maraqlandirmayan insanlar var. O qutuya hele kimi ve ne zaman daxil ederem bilmirem.
24 Yanvar 2012 23:45 | Qeydiyyat: 28.09.2011 | Adı: Xatire | Ünvan: Moskva |
nifret deyilen bir anlayis yoxdu mende.etrafimda sevdiyim ve guvenmediyim insanlar ola biler.xebere tessekkur)
--------------------
Если с Богом разговариваете Вы — это молитва; а если Бог разговаривает с Вами — это шизофрения. Если мёртвые разговаривают с Вами — Вы спиритуалист, а если с мёртвыми разговариваете Вы — Вы шизофреник.
İnsanları ayırd etdim yanıldım. Qiymətləndirdim qiymətsizləşdim. Sevgi ilə yanaşdım sevilmədim. Soyuqqanlı oldum mənfiləşdim. Bax elə bele keçdi bu zamana qədər keçən günlərim. Sonunda anladığm heçnəyi anlamamadığım oldu. Deyəssən anlamıyacıyam da bundan sonra.
MEN SEVDIYIM INSANI UREYIMDE SAXLAYARAM ! UREYIMDE WKAF DEYIL KIM ISTEYIR ACIB GIRSIN ISTEMIR CIXSIN ! KIMDENDE NIFRET ETSEM UREYIMDENDE AGLIMDANDA FIKRIMDENDE SILEREMKI SABAH QASIMA CIXSA ONA PISLIK ELEMIYIM cunki yuxarda ALLAH var gorur
Şkafım - üreyim, ama butun siyirmələr yoxdu. Sevdiklərim və "hər kəs kimidir mənim üçün"- lər var. Nifrət hissindən xoşum gəlmir,bu hissi duymamışam,mənasında anlamıram. Şkafın qarşısında gözləyənlərim 4ox deyil,səbr edirəm. Zamanı gələndə özü yerini tapacaq.
Xəbər 4ox xoşuma gəldi.Gözəl və lazımlı tövsiyə idi.
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3