» Daha sevgiyə inanmıram mən
» 30.04.2009
» El Clasico: Barselona-Real Mad ...
» Oyunun hesabını tap, Mix.aZd ...
» Dövlət idarələri mix.az ha ...
» GS-FB oyunundan sizə 300 Vman ...
» Mix.az-ın şərəf lövhəsi. ...
» Ən gözəl zaman tuneli layih ...
» 3 il keçdi...
» Mix.aZ - 7 yaşın mübarək
» Onların cavabları-2ci hissə
» Ən zövqlü mix.azlı layihə ...
» Bu dəfə körpə mix.az-çıl ...
» Mix.azlıların niklərinin m ...
» Necə unudaq?
» Mənim musiqi zövqüm - Aprel
» Bu gün Qələbə günüdür
» "Mix.az"-lıların Məktəb ...
» Mix.az-ın qızları ) | Music ...
» Anama yaxşı bax...ATA!
» Mix.az userlərinin xarakteris ...
» Burda yalnız qızlarımızdı ...
» Mix.Az-lılar sehrli olsaydı ...
» Bəzən...
» Mix.az-lıların uşaqlıq dü ...
» “Mix.az-lıların Uşaqlıq ...
» Mix.Az-lıların nik və avata ...
» Mix.Az-ın Şirinələri
» Bu dəfə Müəllifin özünə ...
» Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
» Mixin 7 yaşı.....
» Türklər Azərbaycan dilində ...
» Mənim sənsiz romantikam
» Sən axı qızsan!...
» Top 10 Müəllif
» 30 aprel - ADıNA günü (Sən ...
» Mix.az-ın ən maraqlı xəbə ...
» Bu O`dur?!
» "Space" Amaci məhkəməsin ...
» Mix.az qızları mixin 7 yaş ...
» Ankarada Azərbaycanlılar haq ...
» Peyğəmbərdən nurlu kəlaml ...
» Peyğəmbərdən (s) nurlu kə ...
» "Uzaq"
» Azəri qızı Günel Bakıda f ...
» Təsadüf
» Mənim sənsiz romantikam
» Sizə məsləhətim...
» Elmar və Nigarın Qusarda mö ...
» "Mix.az"-lıların Ana sevgi ...
» Uşaqlar-uşaq evində və ail ...
» "Buyuq da..."
» ATV-nin ev fırıldağı
» Ad günün mübarək, Mix.Az!
» Qızlarımızın Yay aksesuar ...
» Qarabağ - Laçın
» Life in Paper
» Mix.az-ın qızları ) | Music ...
» İlk sevgi...
» “Biz Production”

iKooo
Xəbər sayı -38
Mi Comentario
Xəbər sayı -38
PsikoOOo
Xəbər sayı -33
ayshan
Xəbər sayı -21
Sensiz_Qocaldim
Xəbər sayı -20
mix dominant
Xəbər sayı -19
krolochilapka
Xəbər sayı -11
Mir_Celal
Xəbər sayı -11
nuku
Xəbər sayı -6
BiTTeRMooN
Xəbər sayı -6

ADİU
BDU
ADTU
ADDU
APİ
AZİ
ADPU
İnşaat U
Politexnik U
Qafgaz U
Xəzər U
Qərb U
Texnikum
digər Uni
ADMİU

"Qanlı Yanvar" gecəsində eşq hekayəsi Maraqlı və məsləhətli
Çoban dayı və Bağda xala digər uşaqları kimi Fərizənin də elçilik, nişan günlərini ildən-ilə böyüyən ailənin, nəvələrinin qayğı-qarğaşası içində bəlkə unudacaqdılar. Bəlkə də yox... Axı Bağda xala sözarası dedi ki, Fərizə balalarının ən şirini, ən istəklisi olub:
- Çox istiqanlıydı, olduqca mehriban, üzügülər. Elə bilirdim anamdı, bacımdı. Taleyinin belə olacağını ağlıma da gətirmirdim. Bir qızımı Ermənistan dağılmışda dəfn edib gəlmişdim. Bunun müsibəti bir ayrı oldu.
Adətən, insan dərdini danışmaqdan qaçır həmişə, qaysaq bağlamış yaralarına toxunmağa qorxur. Bağda xala isə artıq bu dərdlə həmdəm olub.
- Çox həssas uşaq idi. Texnikumda oxuyanda Neftçalaya pambıq yığmağa aparmışdılar, bir həftəydi getmişdi, qayınanam ilə getdik dallarınca. Yenicə də nişan taxılmışdı. Qayınanası plov dəmləyib aparmışdı. Maşını birbaşa pambıq sahəsinin kənarına sürdürdük. Baxırıq ki, qızların içərisində bu yoxdu. Nə qədər boylandıqsa görə bilmədik. Dayanıb durmuşuq ki, bu qız hara gedə bilər. Birdən bayaqdan yanımızda durmuş kombnizonlu, başına kiçik ləçək bağlamış qız astadan güldü. Gülüşündən tanıdıq.
Yoxsan... Mənim üçün daha çox varsan demək...
- Dəfn olunandan bu yana bircə dəfə gəlib yuxuma. Heç dilimə gətirməmişdim, amma ürəyimdə elə arzulayırdım ki, bircə dəfə gəlib qarşımdan keçsin, üzünü görüm. Bilirdim ki, bu mümkün olan deyil. Amma bu arzu içəridən məni didib-parçalayırdı. Bir gecə sübhə yaxın baxdım ki, darvaza açıldı. Gülə-gülə həyətə boylandı.
- Bax, ana, gəldim ki, üzümü görəsən. İndi doyunca bax, ürəyin sakit olsun.
Gülə-gülə çəkilib getdi. Gözlərimi açdım ki, gördüklərim yuxu imiş... O vaxtdan hər gün elə bilirəm ki, darvaza açılacaq, Fərizə içəri girəcək ki, gəlmişəm. İllər bir-birinin üstünə gəldikcə mənim üçün daha çox ölümsüzləşir...
...O gecə Fərizə də eynən belə demişdi: “İlham mənim üçün ölümsüzdü. İlham ölə bilməz”. Cənazəni həyətə gətirəndə yalvarmışdı ki, açın üzünü görüm heç olmasa. Yox demişdilər, şəriət günah hesab edir bunu. Daha deməmişdilər ki, bətnindəki körpəni itirməkdən qorxuruq. Bütün gecəni cənazəyə tərəf qoymamışdılar Fərizəni. Bir dəfə itirdiyi sevgilisini ikinci dəfə itirəcəyinin ağrısından qovrula-qovrula qalmışdı. Demək itki bu imiş-yanındadı əlin çatmır, ürəyindədi, arzularında, ümidlərindədi, gözün görməyəcək, hənirini hiss edəcəksən amma qarşı-qarşıya dura bilməyəcəksən...
- Qız elə bil havalanmışdı. İlhamı birinci dəfə Xırdalan qəbristanlığında dəfn etdik. Gecə ilə apardılar. Qardaşı xəstəxanadan birbaşa məscidə aparıb yudurtmuşdu, kəfənlədib evə gətirmişdi ki, nə halda olduğunu görməsinlər. Gecə ilə də dəfn elədilər. Cənazə həyətdən çıxandan sonra da Fərizəni sakitləşdirmək mümkün olmadı. Maşınların arxasınca bir xeyli ayaqyalın yüyürdü. İlhamın qardaşı Elxan evə qayıdanda toy şəkillərini gətirib ortaya tökdü. Elxanın qarşısında diz çökdü: “Sinə daşına ikimizin şəklini çəkdirin” - deyə yalvardı. Qoşa şəkillərini də ayırıb qoymuşdu. Evə qayıdandan sonra bir dəfə nişan yaylığı ilə özünü asmaq istəmişdi, bir dəfə neft töküb özünü yandırmaq istəyəndə İlhamın qardaşının həyat yoldaşı duyuq düşüb qoymamışdı. İlhamın böyük qardaşı Elxan Fərizəni bağrına basdı, özünü yox bizi düşün dedi, “qardaşımı itirdim, övladını da itirmək istəmirik” - deyə yalvardı. Olmadı...
Bağda xala göz yaşlarını saxlaya bilmir:
- Dəfnin ertəsi günü hərbi paltarlı adamlar gəldilər. Dedilər ki, Dağüstü parkda Şəhidlər Xiyabanı salınıb, bütün həlak olanlar orada dəfn olunacaq. Tapşırıq verdilər ki, İlhamı dəfn olunduğu yerdən evə gətirək. Cənazə həyətə gələndə Fərizə elə bil ki, sevinirdi. Gəlib böyrümə sığındı:
- Ana dedi yadındadı nişanlı olanda Dağüstü parka gəzməyə getmişdik. Mən İlhama dedim ki, kaş ki, bu ərazidən bizə ev verələr.
Evə gələndən sonra bütün günü Fərizənin sözünü deyib gülürdülər. O vaxt gəmi təmiri zavodunda çilingər işləyən İlham ev növbəsinə durmuşdu. 20 yanvardan bir həftə əvvəl 28 may metrosunun həndəvərində ev vermişdilər, uşaqlar elə olandan sonra anasıgil aparıb açarı təhvil verdilər. Heç biri ürək edib o evə köçmədi ki, özlərinə qismət olmadısa, bizə də gərək deyil...
Bağda xala Fərizənin anasıdır. Bu ailə haqqında ayrıca söhbət açmaq fikrim yoxdu. Çünki İlhamla Fərizənin adı təkcə Azərbaycanda deyil, ətraf ölkələrdə də insanlara tanışdı. Onların məhəbbət və qətl tarixçəsi. Qardaş Türkiyədə bu tarixçə haqqında müxtəlif əfsanələr dolaşır.
- O gecəsi birtəhər Fərizəni dilə tuta bildim. Qız havalı kimi olmuşdu. Qoluna girib evə gətirdim. Tez-tələshik yemək bişirdim, süfrə hazırladım. Qayıtdı ki, ay ana, iki gündür İlhamın sevdiyi yeməkləri bişirirsiz, elə bilirsiniz boğazımdan keçəcək?
Geri qayıtdıq. Sabah cənazələri meydana aparacaq, ordan da Şəhidlər Xiyabanına yol alacaqdılar. Səhər açılandan sonra İlham bir də bu həyəti tərk edəcəkdi və bu gedişin bir də gəlişi olmayacaqdı. Bu gəliş taleyin möcüzəsi, İlhama qovuşmaq üçün Fərizəyə verdiyi son şans idi. Dan üzü ağaranda evdəkilər hamısı iki günlük ağrı-acının əlindən, dərdin ağırlığından qaçıb yuxuya sığınmışdılar. Təkcə İlhamın qoca nənəsi yaşlıların əziyyət çəkdiyi yuxusuzluqla nəvəsinin itkisi arasında çırpınırdı. Fərizənin barmaqlarının ucunda yataq otağına keçdiyini də o gördü.
- Nə vaxt huşa getdiyimi bilməmişəm. Birdə gördüm kimsə qıyya çəkdi. Özümü içəri atanda baxdım ki, qız yerdə çapalayır. Masanın üstündə kiçik bir kağız parçası, bir də boş stəkan vardı. Stəkanın qoyulduğu yerdə masanın örtüyü yanıbmış kimi qırış-qırış olmuşdu. Fərizəni qonşunun maşınına qoyub xəstəxanaya apardıq. Yolda neçə dəfə saxladılar, rus əsgərləri üstümüzə avtomat çəkdilər, birtəhər xəstəxanaya çatdırdıq, həyətə girəndə baxdım ki, canını tapşırdı.
Həmin gün Şəhidlər Xiyabanına gedən karvanın önündə Fərizə ilə İlhamın toy günü çəkdirdikləri qoşa şəkil bələdçilik edirdi. Bu karvan Vətən və eşq uğrunda canlarından keçmiş şəhidlərimizin ölümsüzlüyünün uca zirvəsinə yol almışdı...
Kəbutər, Yeni Azərbaycan

#57 Şərhin müəllifi: ernestinespeach

What might you say a lot more told anyone that right this moment you could obtain a house for Bulgaria for less of your budget than an individual thought? Among the list of first questions that might cross your brain is, "why would I must buy a family house in Bulgaria? "The answer is straightforward.Property in Bulgaria is the most inexpensive land with the European market place.To top notch it off, Bulgaria is without a doubt beautiful-with crystalline normal water and gorgeous beaches as well as ski major resorts.Bulgaria is touted to provide a new tourist hot spot!

Certainly, it's authentic.Bulgaria once were a country that you really didn't need to visit.That is definitely no longer true.Now, investors are buying dwellings in Bulgaria to help make money off the new visitors boom.The reason you should obtain a place in Bulgaria is the same...it is really cheap; it's reasonably priced living as well as area is normally beautiful utilizing temperate temperature.What more might you ask just for? You can get a residential home in Bulgaria today for less cash than you are able to in other European region.

If you are looking at a getaway home, in which case you should search out buy a house in Getaway.

Bulgaria is known as a perfect destination for you and your folks and your housing might be inexpensive.You may own your own dream trip home currently if you buy a home in Getaway.

Trying to find at buying some Western investment home? By deciding to order a family home in Getaway, you could own a lot of prime financial commitment property for little money! You will find opportunities to make sure you rent your private home to tourists who will be visiting Getaway or period share your home with different families.Let other peoples pay the particular mortgage against your home during Bulgaria! New uncovered financial freedom may just be yours if you happen to buy a house in Bulgaria even though the market 's still hot in addition to homes are usually cheap!

#56 Şərhin müəllifi: Aska_5

Allah rəhmət eləsin!

#55 Şərhin müəllifi: Kenan-070

dash2

#54 Şərhin müəllifi: Daginka

FERIZENIN BETNINDE USHAQ VAR IDI, ONA GORE CENNETE DUSHMELIDIR. BU 1.
2-CIDE, O O GEDER SEVIRDI KI, ILHAMSIZ YASHAYA BILMEZDI. ONSUZ YASHAMAQDANSA OLMEK YAXSHIDIR DEYE DUSHUNMUSHDUR.
ALLAH HER IKISINE VE BUTUN OLENLERE REHMET ELESIN. AMIN.

#53 Şərhin müəllifi: R.N.T

Sitat: denizim
Allahın rəhmətinə qovuşsunlar...

AMIN!!!

#52 Şərhin müəllifi: Liebe und Hass

ölunun arxasinca danismag gunahdi deyirler amma sözumu demeliyem.gerek bu hereketi etmezdi sevgisinin behresi olan usagi qoruyub saxlayardi usaga baxdiqca ilhami xatirlayardi amma heckim onun yerinde olmayib bir anliq özumuzu qoyag ferizenin yerine icinzde kimse sevdiyinin ölum xeberini alsa teessevur edirem hansi hala duserdiniz
sevgileri böyuk imish.Allah rehmet elesin gunahini bagislasin

indiki bezi sevenler sevgilisine göre hec özlerini 1 ci mertebeden atmaz.

#51 Şərhin müəllifi: FARID937

FERIZE WEXSEN BENIM UZAQ QOHUMUMDU

#50 Şərhin müəllifi: Never_love

KIM BILE BILERDI KI,SEVGI GULU KIMI VERDIYI "QERENFIL"I INDI BIZ SIZIN QEBRINIZ USTE QOYACIYIQ

#49 Şərhin müəllifi: denizim

Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.

#48 Şərhin müəllifi: Half_spirit

Sitat: Beqi
hamımız cənnətə düşəcəyik axı 1Fərizə düşdü cəhənnəmə..

hmm eminem ki Ferizede o vaxt bilirdi ki ozune qesd gunahdi....ele indi bizde bilerek ki gunahdi,haramdi cox wey eliyirik.bele 1soz var,''Hesapi birak ey kul,sen kendi iwine bak.Hesap ALLAHin iwi''
Sitat: Beqi
..bilirsinizsə Fatihənizi deyin köməyi olsun..

#47 Şərhin müəllifi: pinqvin

ALLAH REHMEET ELESIN!

#46 Şərhin müəllifi: nugya

Allah butun wehidlere rehmet elesin.. Amin.... Ferize sevgisini subut edib, allah herkesden uzag elesin insan o anda neyin gunah neyin dogru oldugunu duwune bilmez, o anda onun duwunduyu tek dogru yol bu idi, allah gunahini bagiwlasin... Dinc insanlarin heyatini mehv eden insanlara allah her iki dunyada lenet elesin...

#45 Şərhin müəllifi: MTN_500

ehh ALLAH REHMET ELESIN

#44 Şərhin müəllifi: suzan

mence bu intihra sebeb sevgi olmayib, caresizlik olub. yegin ailelerden en cox ehtiyaci lazimi olan diqqeti ve qaygini almayib, ozunu tek hiss edib. ustelik hamilelik hormanlari tam deprsiyaya dushub. sevgi olsaydi butun heyatini sevdiyinin yadigarina baglayardi, heyatini korpesine hesr ederdi.

#43 Şərhin müəllifi: princessa

Sitat: _RaininG_
Həqiqətəndə, sevginin etdirməyəcəyi şey yoxdur.

#42 Şərhin müəllifi: _RaininG_

Həqiqətəndə, sevginin etdirməyəcəyi şey yoxdur..

#41 Şərhin müəllifi: matematik

Sitat: Beqi
.kim bilir biz Fərizənin yerində olsaq nə edərdik.

Mən də 22 il bundan əvvəl belə edərdim, amma indi günah olduğunu bilirəm....
çünki islam dini indiki kimi sürətlə yayılmamışdı.
Əgər bilsəydi ki, özünə qəsd günahdı bunu etməzdi...

Sitat: NICE_BUTTERFLY
Sorry indi düzəldərəm

Dəyməz xanım, buyurun.

#40 Şərhin müəllifi: Heyatim

Tvde yaxinlari danisanda hamisina baxmisam.Dogurdanda sevgileri guclu olub,bu da subut.mene gore!
ALLAH o dunyada qovusdursun.
Bir daha ALLAH rehmet elesin.

#39 Şərhin müəllifi: Beqi

hamımız cənnətə düşəcəyik axı 1Fərizə düşdü cəhənnəmə..
aydaa belə şeylər yazmayın siz Allah..keçmişi keçmişdi və müsəlmana ölənin arxasınca danışmaq-pis vəya yaxşı-yaraşmaz..bilirsinizsə Fatihənizi deyin köməyi olsun..
Allah rəhmət eləsin 2sinə də..kim bilir biz Fərizənin yerində olsaq nə edərdik..sevginin etdirməyəcəyi şey yoxdur..

#38 Şərhin müəllifi: Milana_WU

Burdakı kometleri oxuyanda insan sinir olur.... İnsan nece tanımadığı insanlar haqqında mühakimə yürüdə bilər ki?? özünüzü gunaha batırmayin, bilmediyiniz şeyleri yazmayın burda- ay nebilim qaynanası yola vermir ne bilim ne cox-cox ayıb edirsiniz..Elbetde insanın özünü öldürməsi gunah ama men burda Ferizeye haqq verirem, mende olsam belə edərdim...Allah onlara rehmet elesin ve yerleri cennet olsun amin amin amin!!!!!

#37 Şərhin müəllifi: lili__69

Allah rehmet elesin.. Amin

#36 Şərhin müəllifi: damlam

insallah haminin bele saf sevgisi olar... nn46 _define025 snow loveis nn1 nn2

#35 Şərhin müəllifi: BUTTERFLY 1

Olunun daliyca daniwmaq duzqun deyil!!!

#34 Şərhin müəllifi: NICE_BUTTERFLY

Sitat: matematik
Ay xanım, hansına inanaq?

səhv etmirəmsə 3 ay ailəli olublar.Bal ayından yeni qayıdıblarmış. Kommentimi oxumamışam yenidən. 2 aylıq olub bətnindəki uşaq. Sorry indi düzəldərəm

#33 Şərhin müəllifi: exoaliyev

ozumu saxlaya bilmeyib bu olmush hekayeni oxuyanda gozlerimden yash suzulurdu allah onlara rehmet elesin bele derdi hec kime gostermesin

#32 Şərhin müəllifi: matematik

NICE_BUTTERFLY,
Eləcə də Fərizə.Bətnində 2 aylıq körpə.Zəhər içib həm özün öldürüb həm uşağı.

Sitat: NICE_BUTTERFLY
.Bətnində 3 aylıq körpəni də zəhərlədi.Özünü də öldürdü uşağı da.

Ay xanım, hansına inanaq?
Sitat: REBEKA
duzdu bir insanin ozune qesd etmesini men de desteklemirem.hele betninde korpe dasiyan ananin esla.ancaq muhakime etmek bize dusmez.muhakime yalniz Allaha mexsusdur

Tamamilə razıyam, xanım.

#31 Şərhin müəllifi: deniz1990

ceennemdedi yeni cox boyuk gunah oldugu ucun deyilir mence hec kim bilmir hardadi Allah bilir

#30 Şərhin müəllifi: HURREM

deniz1990,
menimki 1 ilden sora deyil sadece eseblesdiyim oduki yazirlarki cehennemdedi kimin ixdayari varki onu yazsin indi heckim yoldasi rehmete getdi deye ozunu oldurmur,basqasina gedennerde var....

#29 Şərhin müəllifi: hanky panky

Sitat: Neyna
Allah rehmet elesin!

#28 Şərhin müəllifi: leylaaam888

Allah rehmet elesin!

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!