Gözlərini açıb pərdənin aralıqından içəri sızan işığı gördü. Yerindən qalxıb əlini ona tərəf uzatsa da açmağa cəsarət etmədi. Uzun müddət işıqdan qaçmaq onu sanki yarasaya çevirmişdi. Amma açdı. Sanki ilk dəfə öyrənirdi pəncərənin arxasında bir dünya olduğunu. Gözləri qamaşdı.Üzünü turşudub mətbəxə getdi. İsti çay...hə,axı o uzun müddətdir ki ailəsindən ayrılıb tək yaşayırdı. Yaxşı ki texnika inkişaf edib deyərək çayını qaynamağa qoydu. Qonaq otağına keçməyə həvəsi yoxdu. Tam bir dağınıqlıq. Onun iş görməkdən heç vaxt xoşu gəlmirdi. İndi artıq xoşuna gəlməyənlərin siyahısı artmışdı. Pultu axtarmaq yarım saatını alsa da tapdı. Xəbərlər. Niyəsə həmişə belə olurdu. Saatın bitiminə çata bilirdi. Televizoru söndürüb otağına qayıtdı. Tək idi. Tənha canavarlar kimi. Onun da gecələr aya baxıb dərdini danışmaq kimi bir şansı vardı. Zirvədə idi. O çaqqalar içində birinci olmaqdansa canavarlar içində sonuncu olmağı seçmişdi. Qarşısına həmişə “çaqqal” çıxdığından. Mənəviyyatı korlanmış, üzü ayaqqabı dərzisinin işinə yarayacaq hala gəlmiş insanları görməkdənsə. O indi qəddar olmuşdu. Dəyər verməkdən yorulmuş halda dəyər verəcək tək insanı seçmişdi. Özünü.İndi o rahatlıqla adam öldürə, qisas ala və pislik edə bilərdi. Amma etmirdi. Susurdu. Söz vermişdi. Əli (ə)-ın Peyğəmbərin vəfatından sonra verdiyi söz kimi. İndi onun taxtında başqaları otursa da cənnət onun idi. İndi o səbr edirdi. Sümük boğazına ilişib qalan insanların səbr etdiyi kimi səbr edirdi. Gecə düşüncə o yenə dərdini aya danışmağa başladı. Bir sabah pərdələr özü açılacaqdı. O isə öz Taxtında.
Ne menasi var idi ki indi bu yazinin???Shekile lut qiz shekli vurublar,menasi bilinmeyen bir yazi...sonunuda da getirib Peygamberimizin(s.a.s) ve Hz.Ali(a.s) adi ile baglayiblar! Oz menasiz yaziniza mena qatmaq uchun her istediyinizi etmeyin....
Saytda verilmış xəbər və yazılan şərhlərə görə Mix.aZ administrasiyası məsuliyyət daşımır! AzNET-də ilk dəfə Www.mix.aZ saytında: DLE scriptinin tərcüməsi(10-X-2006),şərhlərdə TAM unicode dəstəyi (10-III-2007) mp3