|
|
|
| Hansi universitetdə oxuyursunuz? |
|
|
|
| Hər cümə günü professor ilə... | Maraqlı və məsləhətli | |
 ….İlıq sentyabrın sonları Monakonun La-Kondamin əyalətində sakit həyat tərzi hökm sürürdü. Bu port-rayonun sahil xətləri ilə qovuşur və gözəl təbiət harmoniyası yaratmışdı. Sahilə təxminən 250-300 metr yüksəklikdə yerləşən üç-dörd oturacaqdan ibarət kiçik parkın əvəzolunmaz sakini yenə də tək idi. Hələlik payız öz xəzanını və şıltaq küləyini gətirməmişdi. Oturacaqda yarı bükülü oturmuş cavan oğlan (26) aram-aram nəfəs alaraq nəsə ciddi bir iş barədə düşünürdü..çox gümanki,işdəki son uğursuz layihənin planlaşmasında iştirak etdiyi üçün üzülürdü.İki nəfərlik oturacağın solunda kitab var idi.Sərin külək hərdən kitabın səhifələrini səliqəsizcəsinə vərəqləyirdi.Culia Kameron-un “Rəssamin yolu(Путь художника)” əsərini çox güman yeni bitirmişdi. Liviyadan bura ali təhsil almaq üçün gələndən (artıq 6 il) hər gün buraya gəlib, kitab oxuyur və gününün necə keçməsindən asılı olmaraq sutkanın bir saatını parka və mütaliəyə sərf edirdi.Köhnə dünyadan yeni dövrün müqəddiməsinə qədəm atan cavan oğlan üniversitet illərində çox çalışmış və gələcək həyatını burda davam etdirmişdir. İndi sabit gəlirli işçi-lərdən biri sayılırdı. Hər səhər peçenya ilə bir fincan şokolad içən Pavel işə gecikmir və hər kəs ilə eyni zamanda şirkəti tərk edirdi. Xəlvəti hobbisi olan park və sakitcilik ilin hər fəslində onu yalnız buraxmırdı. Bu gün, günlərdən cümə olduğu üçün, Pavel gərəyindən çox oturdu,amma havanın soyuduğunu hiss etdiyi üçün evə qayitmalı oldu. Ev sahil-parkdan o qədərdə uzaq deyildi. İşə düzəldiyi gündən bir ay sonra ucuz və xudmani kirayə ev axtarərkən təsadüfən buranı tapmışdı. Pavelin bütün tələbatlarını ödəyən və yorğun olarkən çarpayıya uzanaraq yatmaq həvəsini dolduran otaq kiçik olsada çox səliqəli idi. Pavel parkdan evə qədər 10 dəqiqəlik məsafəni qət edərkən yolda enişdən düşən və səndələyərək hərəkət edən bir qocanı gördü. Qoca bəlli ki, çətinlik çəkirdi, sürüşb yıxılacağından qorxuduğu kimi,tutacaq bir yeridə yox idi. Eniş sərt olduğundan sürətini tənzimləyə bilməyən qoca yıxılırdı ki, qolundan kimsə tutaraq onu yavaşladı. Qoca asta-asta yeriyib enişi keçsədə heç kömək edən naməlüm şəxsin üzünə baxmadı,bəlkə də baxmaq istəmədi... Amma anonim insanın professor bu sizsiz?-deyə müraciət etməsi qocanı onu taniyan insanın sifətinə baxması məcbur etdi. Gözlərini qıyaraq-tanimadim, sən kimsən deyən? Qocanın sualını yarimçıq qoyan Pavel bir nəfəsə, tanimadız ? professor mənəm Pavel 458i qrup siz mənim Fəlsəfə müəllimim olmusuz, düzdü tanimamağınız normaldı,çünki siz bir nəfər biz çox idik. Amma bəlkə indi taniyarsız mən Pavel, arxa partada oturan,buruqsaç... Qocanın simasında “yox a bala yenə tanimadım” sezilsədə Pavel dilə-ağıza qoyaraq özünü tanitdirdi və sonda ağır ki,professora kim olduğunu xatırlada bildi. Professor hövlnak gəncin özünü belə tanitmasına çox xoşhal oldu.Yol əsnasında bir-birindən hal-əhval soruşan yeni “köhnə” tanışlar Pavelin təkidi ilə bir kafedə oturdular.İlk görüşdə yalnızca köhnə xatirələrdən danışsalarda,Pavel professorla yeni görüşüb danışmaq üçün gələn həftə görüşməyi təklif etdi.Qoca professor israrlı şəkildə edilən təklifə yox deməyərək gələn həftə elə bu vaxt elə burada görüşə biləcəklərini dilə gətirdi. 1 həftə, 3 həftə, 3 ay 6ay, beləlikdə görüşlər mütəmadi olaraq davam edir və Pavelin cansıxıcı həyatındaki yeganə pozitiv bir an kimi qalırdı.Hər görüşdən sonra professoru evinə qədər ötürən Pavel tələbəlik illərində heçdə yaxşı tanimadığı professoru indilərdə daha gözəl və içdən səmimiyyəti ilə öyrənməyi çalışır, ona hörmət və ehtiram göstərirdi.
Son 6 ay neçə keçdisə,heç özüdə bilmədi. Professorla görüşmək üçün hər həftənin cümə gününü “iplə çəkən” Pavel, yaşlı dostuna deyəsən çox bağlanmışdı. Əslində bu Pavel üçün kəşf kimi bir şey oldu...real həyatın magiyasına inanan və öz köhnə (yeni) professorunu “magiya realizmi ” adlandiran Pavel, uşaqlıqdan bəri arzuladığı bir istəyinə çatmışdı.Liviyanın asan keçməyən ümumi həyatından çıxıb, planlarını həyata keçirmək istəyən balaca Pavel həmişə öz-özlüyündə müdrik bir ağsaqqala ehtiyac duyub.Qoca professorun onunla elədə isti olmayan münasibəti tələbə-professor sərhədinin tikanlarında batıb. Düzdü Pavel heç onu ilk dəfə (dərsdə) də bəyənməmişdi. Eynəkləri ilə altdan-yuxarı ciddi-ciddi süzən və “insafsız” professor adlandıqları yaşlı qoca artıq pensiyaya çıxmış və demək olar ki,həyatın hər anından,hətta hər tinində ölümü gözləyirdi.Pavel hər cümə professorla eyni kafedə görüşür,söhbətləşir,dərdləşir,işin naxələf yanlarından danışır,gileylənirdi. Daha çox görüşün ilk bölümündə problemlərdən danışan Pavel,ikinci bölümdə susur və aram-aram professorun dodağından süzülüb düşən hər sözü yaddaşına həkk edirdi. Bəzən yaşlı professor “oğlum,bu sadaladıqlarım (söylədiklərim) xəstə beynin düşüncəsidir,sən bunları boş ver” gülərək özünü ələ salar, Pavel ilə heç uğursuz zarafatlar edərdi. Pavel yorğun həftə içi keçən günlərin stresini professorla keçən 1-2 saatlıq “leksiya”da atırdı.Gündəlik mövzular,tələbəlik həyatındakı sərgüzəştlər,oxunulmamış kitabların məsləhəti bu və ya digər mövzular gün keçdikcə yerini daha dərin və ciddi mövzulara buraxdı.Professor 71 yaşında olmasına rəğmən yaşıdlarına nisbətən hələ də “diri” idi. Amma son günlər papiros-un təsiri özünü yetərincə bəlli edirdi. Fasiləsiz öskürək,bronxlardakı problemlər, bu iki “dostun” görüşünü bəzən təxirə salırdı. Hərdən Pavel, professorun böyük amma boş evində onunla görüşür,hal-əhvalını soruşurdu. Son günlərini yaşadığını hiss etsədə yeni “dostuna” bunu hiss etdirməyən professor qısa danışır,çox dinləyir, hətta bəzən mürgüləyirdi. Həyatının ayrılmaz parçası olan professor qısa müddətdə Pavelin həyatının tam mərkəzində qərar tutmuşdu. Pavel onda həmişə arzuladığı amma heç görə bilmədiyi nəsihətçi,yolgöstərən atasını görür,o isə Paveli keçmiş tələbəsini timsalında bir oğlu olaraq görürdü.İsti bağlılıq,əndazəni aşmamaq şərti ilə 1 il davam etdi. Professoru soyuq və işıqsız küçənin sonunda gördüyü gün 26 sentyabr 1978(!) ildən düz bir il ötdüyü üçün gələn cümə (yəni görüş gününə) bir hədiyyə almaq istəyən Pavel çox düşünmədən professorun böyük amma paslanmış yazı stolu üçün saat aldı. Həmin günü səbirsizliklə gözləyən Pavel hədiyyəsini alaraq professorun evinə getsədə evin qapısını onun üzünə açan olmadı.Professor hər nə qədər halsız və xəstə olsa da qulaqdan saz idi və Pavelin gəldiyini bilərək qapını açmamağı Pavelə təəcüblü gəldi.Uzun sürən gözləmədən sonra təşvişə düşən gənc qonşu qapını döydü.Eşiyə çıxan ortayaşlı qadın oğlanın sual verməsini gözləməyərək “Paveldi?” deyə soruşdu.Gənc başı ilə təsdiqlədi.Xanim heçnə söyləmədən içəri otağa keçdi və bir açar gətirdi. Bunu professor keçən cümə siz gedəndən sonra mənə verdi. Dedi gələn cümə Pavel adında məni soruşacaq oğlana verərsən bunu. Pavel çaşqınlıq içində açara baxaraq qadının nəsə deməyini gözlədi.Qadın davam edərək pıçıltı ilə : Şənbə onun pristupu tutdu. Evdə tək olduğu üçün heç kəsin xəbəri olmadı. Pavel təəcüb və çaşqınlığın içinə düşərkən birdən xanimin qapını çırparaq içəri keçməsi onu sanki yuxudan ayıltdı.Əlində açara baxaraq professorun evinin qapısına yaxınlaşan Pavel, açarı ehmalca çevirərək qapını açdı...
Düz bir il öncə professoru tanidiği gün məhz burada port sahili izləyirdi.Eynilə həmin gün və təsadüfün zəruriyətindən doğan eynicür hava.Fərqli olan yalnız bir şey idi.O da oturacağın solundaki professorun evində məhz onun üçün yazılan kitab (/Hər cümə günü professorla/)
P.S- Məqalədəki adlar, yaşayış yerləri və kitab adları təsadüfən götürülmüş və bir-birləri ilə əlaqəsi olmayan isimlərdir...
S67
Təşəkkür edənlər: (24) --Seva--23--, Bakinka75, NICE_BUTTERFLY, dostluq, W_O_N_D_E_R, TARKANFAN, EmBaO, VeLi, _JoLLy_, Ruslan799, MrS_BLaCKBeRRY, princessa, MaLiWkA PeRsEfOnA, sude, EviE, Bozqurd, _MATILDA_, Farid Rzayev, Resad-9, Miss_Skazochka, miss she, Luis_nazario, Rusalka_K, Rob_Pattz |  | |  |  | |
| Baxış sayı: 606 Şərhlər (18) Müəllif : Mr_Anderson 2 Oktyabr 2011 17:00 | |  |  |  |  |
| |
 | #18 Şərhin müəllifi: Rob_Pattz | | | | | 
| Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
--------------------
Senin gibi olmak vardı; Ama Allah beni 'insan' olarak yarattı. | |  | |  |  | 4 Oktyabr 2011 00:17 | Qeydiyyat: 10.08.2009 | Adı: Bellz | Ünvan: Forks | |  |  |  |  |
| | | #17 Şərhin müəllifi: Anceli788 | | | | | 
| muellif incimesin ama hovselem catmadi oxumaga | |  | |  |  | 3 Oktyabr 2011 03:53 | Qeydiyyat: 7.04.2011 | Adı: Mexvi | Ünvan: Baku | |  |  |  |  |
| | | #16 Şərhin müəllifi: Mr_Anderson | | | | | 
| Sitat: Resad-9 bütün bir kitabın kiçildilmiş forması kimi idi 14 səhifəlik yazının qısaldılmış formasıdır.Bəli.Robin Sharma-nın kitabını oxuyarkən bu söz məni çox çəkdi.
--------------------
| |  | |  |  | 3 Oktyabr 2011 00:09 | Qeydiyyat: 8.05.2007 | Adı: Emhyr var Emreis-Mr_Anderson | Ünvan: To Miami....back to Cleveland | |  |  |  |  |
| | | #15 Şərhin müəllifi: Resad-9 | | | | | 
| Çox maraqlı yazı idi, yazını oxuduqca ardı üçün səbirsizlənirdim... Ümumi götürdükdə savadlı yazılıb, bütün bir kitabın kiçildilmiş forması kimi idi... Çox sağol Vüsal!...
--------------------
| |  | |  |  | 2 Oktyabr 2011 23:31 | Qeydiyyat: 28.06.2007 | Adı: Rəşad | Ünvan: -- | |  |  |  |  |
| | | #14 Şərhin müəllifi: _MATILDA_ | | | | | 
| Çox böyük maraqla oxudum, həm də maraqla gözlədiyim yazılardan biri idi........TƏŞƏKKÜRLƏR | |  | |  |  | 2 Oktyabr 2011 22:24 | Qeydiyyat: 8.08.2011 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #13 Şərhin müəllifi: TARKANFAN | | | | | 
| Bu yazını da gözləyirdim. Oxudum. Çox maraqlı idi.
Məqaləni oxuyanda, bir filmi xatırladım. Düzdür, orda mövzu bir az fərqli idi, film oğlanın illər sonra tanıdığı babası ilə münasibətindən bəhs edir.
Çox təşəkkür edirəm Anderson. | |  | |  |  | 2 Oktyabr 2011 22:14 | Qeydiyyat: 18.11.2007 | Adı: Samira | Ünvan: URENQOY | |  |  |  |  |
| | | #12 Şərhin müəllifi: EviE | | | | | 
| O kitab Pavel uchun professor terefinde yazilib onda. Bes ne yazilmiwdi ki? | |  | |  |  | 2 Oktyabr 2011 21:15 | Qeydiyyat: 15.09.2011 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #11 Şərhin müəllifi: sevgidolu | | | | | 
| men bir az oxudum bu xeberden ancaq size deyim ki, her cume prafessorla .bu fikrimi bele bildire bilerem ki, her cume prafessorla ynsiyyetde olmaq gorywmek daniwmaq munasibet qurmaq .ele sozyn acigi prafessor olmaqdir.oz reyni bildirdi sevgidolu niqli wexs mix.az azin yzvu ...okk | |  | |  |  | 2 Oktyabr 2011 21:04 | Qeydiyyat: 2.08.2011 | Adı: meheebet | Ünvan: qesebe | |  |  |  |  |
| | | #10 Şərhin müəllifi: sude | | | | | 
| Maraqlı axıcı yazıydı.Bəyəndim.Çox-çox sevdiyim unv müəllimim var idi.Bu insan hər sahədə mükəmməl biliyə saib idi,insan kimidə əvəzsiz idi.Həmişə fikirləşirdim ki,məsləhətinə,biliyinə həmişə ehtiyacım olacaq.Amma çox təəssüf tez getdi dünyadan... | |  | |  |  | 2 Oktyabr 2011 20:53 | Qeydiyyat: 27.02.2009 | Adı: Sude | Ünvan: Baki | |  |  |  |  |
| | | #9 Şərhin müəllifi: PRiNS_OF_BaKu | | | | | 
| ))) Uje Heçkimdə axod yoxdu ee oxumağa hamı uje bu gün oxumaqdan bezib )))
--------------------
*Itrir Itrir Hər Kəs Nəysə Itrir !! Kimsə Bəxdini Kimsə Sevgisini Itrir!! Dəyiwir Dəyiwir Hami Deyiwir !! Kim Daxili Kim Zahiri Deyiwir !!
Goruwur Goruwur Sevgi ile Xeyanet !! Kim Kimdi Bilinsin deyə Goruwur !!
*Mənnən yazdiqlarmin Mənasini sorusma !! Mənim yazdiqlarim Onsuz Mənim Mənalarim !! | |  | |  |  | 2 Oktyabr 2011 20:15 | Qeydiyyat: 13.09.2008 | Adı: Hamı Bilir.. | Ünvan: Hər Yerdə.. | |  |  |  |  |
| | | #8 Şərhin müəllifi: princessa | | | | | 
| twkler
--------------------
Ey insan,dağ qədər yüksəkdə olsan da kəfənə sığacaq qədər kiçiksən. Unutma hər şeyin bir hesabı var üzdüyün qədər kədərlənərsən..!
Ahh ulan heyat bew kuruw etmezsinde ,yawiyorum iwte annem uzulmesin diye !
Men Senin Otagina 'GELENLIKLE' girib. 'KEFENLE' cixmaq istiyirem Deyen Qiz her bir ogLanin BaWTacIdir ....!!! | |  | |  |  | 2 Oktyabr 2011 20:04 | Qeydiyyat: 17.07.2010 | Adı: Nurka | Ünvan: -- | |  |  |  |  |
| | | #7 Şərhin müəllifi: Red cheek | | | | | 
|
--------------------
Dərviş, Felon De Jure, Jamal Ali, Errant, Qaraqan, Aid, Promete, FeckH.O.S.T Alliance -- QaRaDa QıRmIzI. . . | |  | |  |  | 2 Oktyabr 2011 19:59 | Qeydiyyat: 29.07.2011 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #6 Şərhin müəllifi: krolochilapka | | | | | 
| Chox uzun yazidi,sebrim chatmadi oxumaga!
--------------------
| |  | |  |  | 2 Oktyabr 2011 18:40 | Qeydiyyat: 25.12.2008 | Adı: Elmar Abbaslı | Ünvan: İMİŞLİ | |  |  |  |  |
| | | #5 Şərhin müəllifi: _JoLLy_ | | | | | 
| Tewekkur..Demek imzanin menasi buymuw,maraqli hekayeydi... | |  | |  |  | 2 Oktyabr 2011 18:25 | Qeydiyyat: 13.08.2011 | Adı: presents come to me... | Ünvan: Mp3 Playerim :P | |  |  |  |  |
| | | #4 Şərhin müəllifi: EmBaO | | | | | 
| ilk öncə təşəkkür...demək ki o imza burdan bəhrələnib...maraqlı idi ...oxuduğum ilk sətirlərdə bu deyim yadıma düşdü...
Bir gün gəlir, dünyanın bir yerində illərcə sənin xəbərin olmadan yaşamış birinə bütün həyatını danışmaq istəyərsən.. Murathan Mungan
--------------------
Bu həyatdan heç kim bakirə...namuslu köçmür...çünki istər-istəməz həyat hamıya təcavüz edir... Edilən hər qəhbəliyə bir ziyarət borcum olsun...borcuma sadiqəm...hər kəs rahat olsun...
| |  | |  |  | 2 Oktyabr 2011 18:11 | Qeydiyyat: 19.09.2009 | Adı: EmBaǾ... | Ünvan: yaşamıram... | |  |  |  |  |
| | | #3 Şərhin müəllifi: W_O_N_D_E_R | | | | | 
| Sitat: Bakinka75 Her defe Mr_Anderson-un imzasinda bu soze fikir verirdim.Hemiwe maraqli gelirdi mene.Dunen gordum bu xeber saat 5-de qoyulacaq.Bayaqdan sebrsizlikle xeberi gozleyirdim.Tewekkurler paylawdiginiz ucun... | |  | |  |  | 2 Oktyabr 2011 17:28 | Qeydiyyat: 28.06.2011 | Adı: -- | Ünvan: -- | |  |  |  |  |
| | | #2 Şərhin müəllifi: loving_life | | | | | 
| tşklər
--------------------
---------------------------------------------------- Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin. Mənim gözümdə yüksəltdiklərim nə qədər silkələnsə də heç vaxt aşağı düşməzlər,amma mən endirmiyənə qədər... | |  | |  |  | 2 Oktyabr 2011 17:26 | Qeydiyyat: 19.07.2011 | Adı: Ayten | Ünvan: Qax | |  |  |  |  |
| | | #1 Şərhin müəllifi: Bakinochka | | | | | 
| Her defe Mr_Anderson-un imzasinda bu soze fikir verirdim.Hemiwe maraqli gelirdi mene.Dunen gordum bu xeber saat 5-de qoyulacaq.Bayaqdan sebrsizlikle xeberi gozleyirdim.Tewekkurler paylawdiginiz ucun... | |  | |  |  | 2 Oktyabr 2011 17:15 | Qeydiyyat: 12.05.2011 | Adı: Bakinka | Ünvan: BAKIM | |  |  |  |  |
| |
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
| |
|
|