» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » El Clasico: Barselona-Real Mad ...
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » GS-FB oyunundan sizə 300 Vman ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » 3 il keçdi...
  » Mix.aZ - 7 yaşın mübarək
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Burda yalnız qızlarımızdı ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » "Space" Amaci məhkəməsin ...
  » Mix.az qızları mixin 7 yaş ...
  » Ankarada Azərbaycanlılar haq ...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Elmar və Nigarın Qusarda mö ...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qızlarımızın Yay aksesuar ...
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...
  » İlk sevgi...
  » “Biz Production”
  » Yalan dünya

Mi Comentario
Xəbər sayı -38
iKooo
Xəbər sayı -38
PsikoOOo
Xəbər sayı -33
ayshan
Xəbər sayı -21
Sensiz_Qocaldim
Xəbər sayı -20
mix dominant
Xəbər sayı -19
krolochilapka
Xəbər sayı -11
Mir_Celal
Xəbər sayı -11
BiTTeRMooN
Xəbər sayı -6
nuku
Xəbər sayı -6



Yox








 
 
35 ilin Şah əsəri Lətifələr və Aforizmlər 

Saatını evdə unutduğunu, yalnızca yolda xatirlayan yazar, heyiflənərək, istisnasız gülümsədi. Yazar bəzi insanlar kimi vaxtın azlığından şikayətçi olaraq, vaxtını boşa verənlərdən deyildi, saatı həmişə qolunda olardı, ona görə saatsız bu gün deyəsən ona çətin gələcəkdi...
Bəlkə də ədəbiyyat sahəsində özünü doğrultsada və layiq olduğunu düşünüb-düşünmədiyi bir çox lauretaı qazansada,hələdə 62 yaşlı yazar, özünü doğrultmadığını və həyatının bestsellerini hələdə yaratmadığına əmin idi.Roman və sujetli-sujetsiz hekayələr arxasınca qaçmayan, hüzurun onunla tanış olduğu yerdə (yazı stolu nəzərdə tutulur) yazmağa üstünlük versədə, bugünlərdə yazar deyəsən ənənəsinə xilaf çıxırdı. Son üç gün dalğalı olsada,dənizə gedən və uzun uzadı,laqeydcəsinə vaxtını boşa sərf edən yazar,bu dəfə başqa ümidlə ora yollanmışdı. Sentyabr ayı olduğundan,dəniz insansız dincəlirdi.Çimərlik mövsumi təbiət qanununa görə artıq bitmiş sayılırdı. Kiçik xəzri küləkləri dalğanı sahil ilə qovuşdururdu. Göy xətlərə bürünmüş ağ köynəkdə yaxasının üç düyməsini açıb,səssizlikdə dənizdən istədiyi keyfi alırdı,Bir rəng paltarlar geyinsədə bu dəfə nədənsə köynəyinin alabəzək olması fikrindən yayınmışdı.
Sadə işlərdən həzz almağa bilən yazar, hər kəsin içində olduğu “informasiya dietasından” azacıq aralanaraq dənizdən keyf almağa başlamışdı ki, uzaqda bir maşının səsini eşitdi. İlk baxışda “yenə cavanalardı,gəlib səs-küy yaradacaqlar” deyərək,üzünü səs gələn tərəfə döndərmədən, aram-aram dənizin qayalıq olan yerinə getdi.
Həyatın əsas mahiyyətini,hüzurlu olmağa dayayan yazar,səs-küylü yerləri sevməməsi ilə seçilirdi. Əslində o bir tərki-dünya deyildi, sadəcə onunda özünəməxsus prinsipləri var idi və o prinsiplər digər insanlarda ki,kimi heç vaxt yerini ambisiyalara qurban vermirdi. Robin Şarmanın “Çox gülün” ideyasını bəyənsədə bunu əsla bir insanın yanında etməzdi,daha çox içdən gülməyi sevən yazarın demək olar ki, dodaqları sürüşmürdü..
Şikayətləndiyi və güldüyü görünməyən yazar,qayalığa çatınca, geriyə dönüb, onunla dənizin susqun danışmasını pozan “dəvətsiz qonaqlara” baxmaq istədi. Qocanın intuisiyası çox güclü olsada o,bu dəfə saçları ağarmış yazarı aldatmışdı.Sahilin yeni qonaqları, yeni ailə idi. Aralarında bir uşaq ailə sahilə doğru gələrək dalğanın sahili “aldatdığı” yerin lap yaxınlığında əyləşmişdilər. 
Kiçik ailənin dənizə gəlməsi ilə balacanın səsləri yayılmağa başladı. Yazar, əslində bu vəziyyətə dodaq büzsə də, sonradan içindən qəribə hiss oturub,yeni gələnlərə tamaşa etməyə sövq etdi.Qayalıqda yerini rahatlayan yazar, düz qarşıdan kiçik ailənin hər bir hərəkətini görürdü.Rəssam səlistliyi ilə bir portret çəkəcəyini düşündü.amma hələlik sadəcə düşündü. Yazar fikirlərini qovmaqda mahir usta idi.
Ailə gələr gəlməz,sahil ilə üzbəüz əyləşdilər,balaca qız uşağının 3 yaşı olardı,al-qırmızı sarafan balacaya çox yaraşırdı, atasının boynundan düşməyən balaca,ilk öncə dənizi görüncə qorxub düşmək istədi,amma sonradan anası “öz dili ilə onu sakitləşdirdi”. Ata-ana və atanın boynundaki qız uşağı,dalğanın sahilə gəldiyi yerdə ayaqyalın gəzirdilər.Nəşəli gülüşlər, şən hərəkətlər,balacanın atasının başına sözün əsl mənasında oyun açmağı hər bir hərəkət,hər bir nüans,uzaqdan onlara tamaşa edən yazarın simasında kiçik təbəssümlə qeyd olunurdu.Hava az küləkli olsada, sentyabr şıltaqlığı özünü göstərməyə başladı,birdən buludların arasında günəş boylandı və az müddətdə yeri və havanı qızdırmağa başladı.Sahil gözlə görünən boyu hələki boş idi : 3 nəfərdən ibarət kiçik ailə və onlara zövqlə tamaşa edən yazar istisna.
Günəşin birdən belə “üz göstərməsi” deyəsən balacaya da şənlik və şirinlik qatmışdı.İndi atasının qucağında olan balaca,deyəsən “dənizə istəyirdi”.Hər istəyini atasına “öz dilində ” çatdıran balaca,axırki deyəsən istəyinə çatdı. Atasının qucağından düşüb tək getmək istəyən balacanı anası gözdən qoymurdu,atası isə sahil kənarında oturaraq xoşbəxt səhnəyə doymaq bilmirdi. Valideynlər dəniz kənarında otursalarda,balacanı gözdən qoymurdular və budur hər dalğa gələndə və hər ayağı soyuq suya dəyəndə dalğadan qaçaraq “dayğa cəliy kaçın” deyərək qışqırması və düz atasının ayaqlarının arasına gələrək sanki güvənlikdə olduğuna əmin olması, yazarda və valideynlərdə elə qəhqəhə yaradırdı ki....
Balaca yazarın,valideynlərin və dənizin sevimlisi idi. Sarafanın yaş olduğunun fərqinə varan ana balaca qucagina alıb maşına doğru yollandı,ata üç-beş dəqiqə yalnız qaldı.Başını aşağı əyərək sakitcə düşünmək istəyirdi ki,balacanın səsini eşidərək fikrindən yayındı. Balaca anasını qucağından düşərək atasına doğru qaçırdı,ayaqyalın qumda çətin olsada ,başını aşağı əyərək gah sola gah sağa atasına çatdırdı,atasını qollarını açıb, balacanı yuxarı qaldırdı,qat-qat baldırları,sarafanı hər atası yelləndikcə firlanması,qolundaki gözmuncuğu....
Və birdən yazar sanki diksindi. Bir müddət bir nəfəsə baxdığı səhnədən gözünü çəkərək saata baxmaq istədi, amma unutmuşdu,saatını unutduğunu unutmuşdu. Xəfif təbəssümlə saatsız bu günün gözəl keçdiyinin fərqinə vardı. Son yayını yaşayan və kiçik istirahətə gələn ailə yəqinki, çətin iş həftəsinin yorğunluğunu atırdı.
Məcaraları sevməsədə, axtarışda olmağın xeyirli olduğunu anlamışdı,artıq yazar ürəyində çox şey düşünürdü,hətta adını belə..
Yazar 35 illik yaradıcılığını süsləyən bir əsərin ərsəyə gətirləcəyini düşündü, axır ki, öz istəyini yazacaqdı, onlarla, yüzminlərlə tamaşanın rəğbətini qazanan kitabları hələki onun öz ürəyini yatmırdı, amma deyəsən şeytanın qıçını qıra bilmişdi bu dəfə. Ürəyində sevinərək “axır ki” sözünü bir neçə dəfə təkrarladı.
Gözlərində işıq parlayan qoca,sahilin boş qalmasının və küləyin güclənməsinin fərqinə varanda artıq hava da qaralmağa başlayırdı. Başqalarını istədiyi deyil öz istədiyini yazacağına ümid edərək elə gəldiyi izləri təqib edərək geri qayitmağa başladı...
Gördüyü səhnələr yazar üçün bir ilham qaynağı olmuşdu və gəldiyinə çox sevinmişdi hətta saatını evdə unutduğuna görə də...



 
 
#26 Şərhin müəllifi: hosted_man
 


Yazını oxudum və beynimdə həmin səhnəni canlandırdım...Halal olsun,qəşəng yazılıb yazı...


--------------------

 
 
#25 Şərhin müəllifi: prastoy_boy
 


HOVSELE CATMIRE .... sad

 
 
#24 Şərhin müəllifi: Rob_Pattz
 


Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.


--------------------

 
 
#23 Şərhin müəllifi: princessa
 


twkler


--------------------

 
 
#22 Şərhin müəllifi: _EqOiStKa_
 


MARAQLI IDI. BEYENDIM TEŞEKKÜRLER.

 
 
#21 Şərhin müəllifi: Red cheek
 


Məcaraları sevməsədə, axtarışda olmağın xeyirli olduğunu anlamışdı

no comment


--------------------

 
 
#20 Şərhin müəllifi: BiTTeRMooN
 


ugurlar...


--------------------

 
 
#19 Şərhin müəllifi: Lady_Kapriz
 


good

 
 
#18 Şərhin müəllifi: EXAM
 


maraqli idi tewekkur


--------------------

 
 
#17 Şərhin müəllifi: No name..
 


bugun nese sebrsizem sonadek oxuya bilmedim. Tsk

 
 
#16 Şərhin müəllifi: nuku
 


maraqli idi good


--------------------

 
 
#15 Şərhin müəllifi: GunahLi_CenneT
 


Sitat: W_O_N_D_E_R
Yazini oxuduqca sehne gozumun onunda canlandi, butun personajlar, hetta balacanin qirmizi paltari da. arada kicik sehvler ve yazi gozumu yorsa da tewekkur!


--------------------

 
 
#14 Şərhin müəllifi: Milaya_Ledi
 



Ayy nəfəsim dayandı ))
Cünki birnəfəsə oxudum )
Bu müəllif yazısıdı? good

 
 
#13 Şərhin müəllifi: Just Why
 


"Təsadüfdən zərurət doğar" deyimi bir daha öz təsdiqini tapır. Həyatımızda vaxtın, zamanın
dəyəri böyükdür. Bəzən dəyərləndirdiyimiz gedişat, qurduğumuz plan kimi getməyə bilər,
əvəzində isə yazıçının nail olduğu - "Şah əsəri" qazana bilərik. Mənalı ömür "axır ki" kimi dediyimiz
və hiss etdiyimiz anlar hesab olunur. 62 yaşlı yazıçı, bəsit kimi görünən, əslində isə həyatın
məğzindən bəhs edən "Qısametrajlı film" izləyərək yaradıcılığının qiymətli və mənalı mükafatını əldə
etdi. Vaxtını bir daha bihudə sərf etməmiş oldu).

P.S. İmzamdakı cümlə də bu mövzuya tamlığı ilə uyğundur).

Təşəkkürlər.

 
 
#12 Şərhin müəllifi: Hafsa
 


müellif sanki roman okuttun bize
ve sonda yazıyı toparlayacak olursak : ilhamın nerde geleceği belli olmaz. ;))
dipnot: bi ara saatini hatırlayınca tepesi atar sandım ama sakin yazarmış olgun insan. ;)))


--------------------

 
 
#11 Şərhin müəllifi: nicat008
 


Aska_5,
)))

 
 
#10 Şərhin müəllifi: Design_89
 


Allah butun sevenlere bu cur aile nesib etsin....Amin.Yazi cooox xoshuma geldi oxuduqca sehne gozumde canlanirdi.....TSK ler muellife smile

 
 
#9 Şərhin müəllifi: EmBaO
 


oxudum...basdan ayaga...sanki bir eser oxudum...coxxxxx tesekkur...sadece burasin basa dusmedim
Son yayını yaşayan və kiçik istirahətə gələn ailə yəqinki, çətin iş həftəsinin yorğunluğunu atırdı.
niye son yay...sanki yazi yarimciqdi...inaniram ki davami var...


--------------------

 
 
#8 Şərhin müəllifi: Dandoline
 


Olduqca ağır qələmin var ee,Anders..)) Gərək ən az 3 dəfə oxuyum ki, axırı başa düşə bilim..Ya da bu mənim beynimin paslanmasından irəli gəlir..Bilmirəm day.. sad


--------------------

 
 
#7 Şərhin müəllifi: W_O_N_D_E_R
 


yazini oxuduqca sehne gozumun onunda canlandi, butun personajlar, hetta balacanin qirmizi paltari da :)
arada kicik sehvler ve yazi gozumu yorsa da tewekkur! yazan elleriniz var olsun!

 
 
#6 Şərhin müəllifi: Farid Rzayev
 


oxumadim gozderim agriyir axşam mutleq oxuyacam ama

 
 
#5 Şərhin müəllifi: Aska_5
 


Hə nə olsun ki, heç nə başa düşmədim bee


--------------------

 
 
#4 Şərhin müəllifi: Mila_azeri
 


lovemix

 
 
#3 Şərhin müəllifi: nahid_777
 


_define090

 
 
#2 Şərhin müəllifi: M.Seyidzadeh
 


Gördüyü səhnələr yazar üçün bir ilham qaynağı olmuşdu və gəldiyinə çox sevinmişdi hətta saatını evdə unutduğuna görə də...axıra kimi oxudum,amma 1şey anlaya bilmədim.Əməyə hörmət olaraq təşəkkür edirəm..
Та девушка,что в дни разлуки сумела вернось сохранить и не ушла в чужие руки,достойна,чтоб её любили. ♥


--------------------

 
 
#1 Şərhin müəllifi: Whatever Happens
 


love

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!