» Daha sevgiyə inanmıram mən
  » 30.04.2009
  » El Clasico: Barselona-Real Mad ...
  » Oyunun hesabını tap, Mix.aZd ...
  » Dövlət idarələri mix.az ha ...
  » GS-FB oyunundan sizə 300 Vman ...
  » Mix.az-ın şərəf lövhəsi. ...
  » Ən gözəl zaman tuneli layih ...
  » 3 il keçdi...
  » Mix.aZ - 7 yaşın mübarək
  » Onların cavabları-2ci hissə
  » Ən zövqlü mix.azlı layihə ...
  » Bu dəfə körpə mix.az-çıl ...
  » Mix.azlıların niklərinin m ...
  » Necə unudaq?
  » Mənim musiqi zövqüm - Aprel
  » Bu gün Qələbə günüdür
  » "Mix.az"-lıların Məktəb ...
  » Mix.az-ın qızları ) | Music ...
  » Anama yaxşı bax...ATA!
  » Mix.az userlərinin xarakteris ...
  » Burda yalnız qızlarımızdı ...
  » Mix.Az-lılar sehrli olsaydı ...
  » Bəzən...
  » Mix.az-lıların uşaqlıq dü ...
  » “Mix.az-lıların Uşaqlıq ...
  » Mix.Az-lıların nik və avata ...
  » Mix.Az-ın Şirinələri
  » Bu dəfə Müəllifin özünə ...
  » Xanım Fatimeyi-Zəhra (s.ə.) ...
  » Mixin 7 yaşı.....
  » Türklər Azərbaycan dilində ...
  » Mənim sənsiz romantikam
  » Sən axı qızsan!...
  » Top 10 Müəllif
  » 30 aprel - ADıNA günü (Sən ...
  » Mix.az-ın ən maraqlı xəbə ...
  » Bu O`dur?!
  » "Space" Amaci məhkəməsin ...
  » Mix.az qızları mixin 7 yaş ...
  » Ankarada Azərbaycanlılar haq ...
  » Peyğəmbərdən nurlu kəlaml ...
  » Peyğəmbərdən (s) nurlu kə ...
  » "Uzaq"
  » Azəri qızı Günel Bakıda f ...
  » Təsadüf
  » Mənim sənsiz romantikam
  » Elmar və Nigarın Qusarda mö ...
  » "Mix.az"-lıların Ana sevgi ...
  » Uşaqlar-uşaq evində və ail ...
  » "Buyuq da..."
  » ATV-nin ev fırıldağı
  » Ad günün mübarək, Mix.Az!
  » Qızlarımızın Yay aksesuar ...
  » Qarabağ - Laçın
  » Life in Paper
  » Mix.az-ın qızları ) | Music ...
  » İlk sevgi...
  » “Biz Production”
  » Yalan dünya

iKooo
Xəbər sayı -38
Mi Comentario
Xəbər sayı -38
PsikoOOo
Xəbər sayı -33
ayshan
Xəbər sayı -21
Sensiz_Qocaldim
Xəbər sayı -20
mix dominant
Xəbər sayı -19
krolochilapka
Xəbər sayı -11
Mir_Celal
Xəbər sayı -11
BiTTeRMooN
Xəbər sayı -6
nuku
Xəbər sayı -6



12-17
18-21
22-27
27-33
33-40
40-50
50-90








 
 
Gözəl ibrətamız cümlələr. Lətifələr və Aforizmlər 
tural isayev

Sizə məsləhətlərimdə oxuduğum Tural Isayevə aid çox bəyəndiyim cümlələr.



Sadəcə baxdığı yerdə istədikləri şeyi görə bilən insanlar xoşbəxt olur


Allahdan sevmək üçün 2 şey istədim, 1-onu dünyalar qədər sevə biləcək ürək, 2- ondan ayrılarsam buna dayana biləcək güc, Allah əvəzində qarşıma elə qız çıxardıki, onu dünyalar qədər sevməyin az olduğunu, ondan ayrılarsam ölümün belə bəs olmayacağını anladım! Allahdan sevgi yox sevəcək şəxsi istəyin!


Tərbiyyə insanın şəxsiyyətini göstərir, təhsil isə bacarığını. Hesab edirəm təhsili olan insan eyni zamanda tərbiyəlidir.Çünki təhsili olan insanlar anlayırkı tərbiyə də bir elimdir və onu da bilmək və əməl eləmək vacibdir


Ömrünü türmədə keçirən insanla, Həyatı boy heç bir kitabı oxumayan insan eynidir, sadəcə bir fərqləri var, biri azadlıqdan məhrumdur, digəri savaddan!


Eşq nə vaxt, kimlə və harda olmasına baxmayaraq hər baxdığı yerdə onu görə bilmək amma hər gördüyündə ona səni sevirəm deyə bilməməkdir!


Həyatda hər şeyə qarşı mübarizə apara bilərəm,  dağıdaram, yandıraram, öldürərəm... amma bir tək onunla bacara bilmirəm... VİCDANIMLA!


İlk dəfə oruc tutanda saata baxırdım, zamanı gəldimi deyə, indi oruc tutanda göyə baxıram Allah qəbul etdimi deyə


Əldə etdiyim uğurlara edilən Paxıllıqlar bu uğura görə sevinənlərdən daha çox xoşbəxt edir məni.


Uşaq vaxtı məktəbdə hər dəfə qiymət cədvəlini alanda Ay Allah hamısı 5 olsun deyə yox, atam bir dəfə də afərin oğlum desin deyə dua edirdim.


Sevdiyiniz insanla YUXU-da əl-ələ verib dəniz sahillərində qaçarkən yuxudan ayılıb onu yanınızda görürsünüzsə deməli siz artıq sizi xoşbəxt edəcək insanla evlisiniz.


Mənə cənnəti verdilər istəmədim, mənə sevgi verdilər istəmədim, mənə var dövlət verdilər istəmədim, mənə xoşbəxtlik vərdilər istəmədim. Çünki mənə bütün bunları özündə cəmləşdirən ANAMI veriblər.


Onun əldə edə biləcəyi şeyi ona vermək ona etibar etmək deyildir, heç kimsəyə verə bilməyəcəyin şeyi ona verə bilmək ona etibar etməkdir!


Kimsədən mənim günahlarımın bağışlanması üçün Allaha dua etməsini istəmədim, çünki bağışlanılmayacaq günah işləmədim!


Allahım haramı görməyəcək qədər KOR, Harama əl uzatmayacaq qədər ŞİKƏST, yalan danışmayacaq qədər LAL, qiybət eşitməyəcək qədər KAR olum!


Uşaq vaxtı bəzi qaldıramayacağım yükləri görəndə deyirdim böyüyəndə bu yükü qaldıraram, amma mən böyüdükcə yüklər də ağırlaşdı.


Bir gün mənə desələr hansı rəqəm olmaq istəyərdin. Sıfır olmaq istəyərdim deyərdim.

Nə kimsəyə vurulum, nədə kimsədən bölünüm, nə kimsənin üzərinə gəlinim nə də kimsədən çıxılım.

Qoy sadəcə hər kəsin yanında yazılım.


Uşaq vaxtı ovcumu açıb Allaha dua edərkən "Allahım mənə bu ovucum qədər xoşbəxtlik ver" deyirdim.  o zamanlar ovucum çox kiçik idi.

İndi isə "Allahım mənə əbədi xoşbəxtlik ver" deyirəm baxmayaraq ki, ovucum böyükdür.

İnsanlar böyüdükcə Allahdan istəkləri ondan daha çox böyüyür.


Sevdiyinizə, dəyər verdiyiniz qıza, qadına tez-tez səni sevirəm deyin. Unutmayın ki, qadınlar vurma cədvəlini unuda bilər amma heç vaxt "Səni sevirəm" sözünü unutmur!


Ya əbədi cənnəti  yada  bu fani dünyada anan sənin saçlarını oxşasın, seç bunlardan birini dedilər: "bu fani dünyada anamın mənə təbəssümü əbədi cənnətdən üstündür dedim"


Hər gün yeyəy-içək, əylənək, kef edək, günümüzü hər gün super keçirək, amma bir gün kədərlənək dərhal yadımıza  Allah düşür!


Mənə özümdən uzaqlaşdırdıqlarım deyil, özümə yaxın buraxmadıqlarım nifrət edir.


Zaman- zaman etdiyim hər bir səhv digər səhvin olmaması üçün nəticəyə çevrildi. Sonda anladım ki, SƏHV ETMƏK GÜNAH DEYİL, SƏHVİNDƏN NƏTİCƏ ÇIXARA BİLMƏMƏK GÜNAHDIR!


Mən Allahın varlığına ilk dəfə gözümü açanda, qucağında olduğum anama baxanda inandım.

Bu cür gözəl, mükəmməl bir varlığı sadəcə Allah yarada bilərdi.


Mənim üçün kimin mən haqda nə düşündüyü önəmli deyi, kimin mən haqda nə bildiyi önəmlidir.


Hardasa hamımız dilənçi sayılırıq, bəzilərimiz insanlardan bəzilərimiz isə Allahdan istəyirik.


Sənə 1 otaqlı ev almışam, otaq romantik bəzədilmiş qırmızı rəngdədir, qazı, suyu, işığı daimidir, qapısı yoxdur, bir dəfə girdinmi çıxışı yoxdur, uzaqdan idarə etmə düyməsi var, gözlərimi, nəfsimi, ağlımı idarə edə biləcəksən, təhlükəli anlarda alarm düyməsi var ona basarsan - adı vicdandır,  mən yaşadığım müddətcə orda qala bilərsən.

Gəl gözləyirəm, evin adresi ÜRƏYİMDİR!


Səni sevmələrini istəyirsənsə ilk növbədə özün özünü sev, sənə hörmət etmələrini istəyirsənsə ilk növbədə özün özünə hörmət elə, amma səni tərifləmələrini istəyirsənsə özünü pislə.


Sənə qarşı sevgim hər gün bütün damarlarımda axır, ona görə heç vaxt qan verməyə gedə bilmirəm... istəmirəm başqası da içində sənə qarşı sevgi olan qanımı daşısın.



İllər öncə kreditə sevgi götürdüm, hələ də faizini nifrətlə ödəyirəm.



Ən böyük korlar başqasının uğuruna paxıllıq edib onun haqda harda gəldi haqqında yalnış fikir deyənlərdir.


İlk dəfə müəllimim mənə deyəndə ki, Tural ADİU-da dərs deyəcəksən.

Dedim, mən bacarmaram. axı mən necə başa salacağam tələbələri, hərəsi bir tipdədir.

o mənə dediki:

Auditoriyaya girən də 3 tip tələbələrlə qarşılaşacaqsan.

Sən danışdıqca səni anlayanlar, səni anlamayanlar və tupoylar.

1-cilər üçün davam et, ikincilərə yenidən izah et. 3-cüləri yola ver.


Sənə verilən şanslardan istifadə etmirsənsə sən ya verilən şansı istəmirsən, yada şansı verəni.


Yadındadır bizim "Gizlən-qaç" oynamağımız? Həmişə sənə deyərdim, "Alma desəm gələrsən, armud desəm gəlmərsən"...

Biz ayrıldıq.  O gündən sonra mən hər gün alma yeyirəm... Sən gələsən deyə...


Valideyinlərimizə verə biləcəyimiz ən böyük hədiyyə bizim varlığımıza görə onlara edilən təşəkkürdür!


Bir dəfə bir tanışımın həyətində çay içirdik. Gördüm it qarpız yeyir. Soruşdum.

- Qəribədir, İt qarpız yeyir. Bunu ona necə öyrətmisən?

-  2-3 dəfə yemək verməyi unutdum oda acından ölməmək üçün qarpız yemişdi. O vaxtdan qarpız yeməyi öyrənib.

Bu hadisədən sonra anladım ki, Bəzi məcburiyyətlər bizə Bacarıqlar öyrədir.


3 il böyütdük ad qoya bilmədik, amma o bir gün öldü dərhal ad qoyduq- Nifrət!


Sənə olan sevgim azalmasın deyə kimsəni sevmədim Ana!


İş pulda deyil, iş pulun edə bildiklərindədir.


Mənə elə bir gül göstərin ki, o Anamdan ətirli olsun!


Gözəl, Mükəmməl, Mələk, Əvəz olunmaz, Sevgi, Yaradan bu sözləri 1 cümləyə sığdıra bilərsənmi dedilər...

- 1 sözə sığdıraram dedim - ANA!


Məni 3 il atıb tutdular və mən böyüdükce anladımki daha heç kim məni atıb tutmayacaq.
amma bilirəm son dəfə çiyinlərində daşıyacaqlar



Uşaq vaxtı gizlən qaç oynayanda, hamı qaçıb bir yerdə gizlənirdi mən isə anamı qucaqlayırdım.

- Sən niyə gizlənmirsən Tural?

- Mən gizlənmişəmdə...

- Axı belə səni hamı görür..

- Əsas odur mən Anamdan başqa heç kimi görmürəm.



Elə bu an yuxudan ayıldım...anam yox idi yanımda, yorğanı çəkib gözlərimi yumub düşündüm.


- Əsas odur ki, mən Anamdan başqa kimsəni çox sevmirəm.


. Məndən soruşdular:

- İnsanlar var yaşamaq üçün yeyir, insanlar var yemək üçün yaşayır. Sən hansı növə aidsən?

- Mən yeyə-yeyə yaşayanlardanam



Elə bilirdim məni sevən yoxdur, amma sən demə o məni hamıdan çox sevir, heç gözləmədiyim anlarda qarşıma çıxır, hər zamanda yanımdadır, o məni ölənə qədər buraxmayacağına söz verib... mənim PROBLEMLƏRİM!


Paxıllıq niyə məndə yoxdur deyildir, niyə onda vardır.


- Mən Arzu etməyi sevmirəm, istəməyi sevirəm!

-Niyə?

- Arzu etmək ümid etdiyinin sənin olmasını istəməkdir, istəmək isə layiq olduğunu istəməkdir.

- Kimdən?

- Həyatdan, verməsə Allahdan.


Sənin arzularınla mənim istəklərim o vaxtı üst-üstə düşəcək ki, sən xoşbəxt olmaqı arzu edəcəksən mənsə səni istəyəcəyəm.


. - Satıram ay millət satıram, mən öz sevgimi satıram..

- Kimə?

- mənimlə ailə quracaq birinə satıram

- Neçəyə?

- Bir "Hə" sözünə satıram

- O necə olur?

- "Xoşbəxt, xəstə, imkansız, pis günümdə, sevincli günümdə, bir sözlə hər anımda yanımda olacaq qərarı ilə mənimlə evlənərsənmi " Sualına HƏ deyəcək qadına sevgimi "Hə" sözünə satıram.


Biz o vaxtı yaxşı ilə pisi ayıra bilirik ki, vicdanımızla nəfsimizi ayıra bilirik.


- Mən indi sənə izah edərəm o qızla mənim aramda heçnə olmadığını...

- Olmazıki sən ona izah edəsən mənimlə sənin aranda sevgi olduğunu..


Dünyada anam qədər ikinci gözəl qadın olsaydi, ona da sitaiş edərdim! Qadınlara olan sevgim Anamdan başlayır!



Səcdə edərkən alnımı sənin əllərinə qoymaq istəyirəm ANA!



Pul ağıllıları hörmətli edir, ağılsızları şöhrətli.


Atam mənə oyuncaq almadı, amma oyuncaq olmağa da qoymadı!


Bir gün atamdan soruşdum.

- Anamı çox istəyirsən yoxsa məni?

- Mənə səni verdiyinə görə Ananı.


Səninlə olduğumda Cənnətin, sənsiz qaldığımda Cəhənnəmin var olduğuna inanıram ANA!


Hər gecə yatmazdan əvvəl Kəlimeyi şəhadət oxuyuram, birdən sabah oyanmaram gec olar deyə...


Uşaq vaxtı oxuduğum kitabların maraqlı yerlərini kəsib topladığım kimi həyatımında maraqlı yerlərini yaddaşa alsaydım sənə aid kino çəkmiş olardım ANA!

Tural Isayev
Siz hansını bəyəndiniz ?
ola bilər bura yazmadığım amma sizin bəyəndiyiniz varsa onuda yaza bilərsiniz.



 
 
#43 Şərhin müəllifi: yagmurlar
 


- Mən indi sənə izah edərəm o qızla mənim aramda heçnə olmadığını...

- Olmazıki sən ona izah edəsən mənimlə sənin aranda sevgi olduğunu..


smile elaaa

 
 
#42 Şərhin müəllifi: yasak ask
 


Tərbiyyə insanın şəxsiyyətini göstərir, təhsil isə bacarığını. Hesab edirəm təhsili olan insan eyni zamanda tərbiyəlidir.Çünki təhsili olan insanlar anlayırkı tərbiyə də bir elimdir və onu da bilmək və əməl eləmək vacibdir
Eşq nə vaxt, kimlə və harda olmasına baxmayaraq hər baxdığı yerdə onu görə bilmək amma hər gördüyündə ona səni sevirəm deyə bilməməkdir!

Bir gün atamdan soruşdum.

- Anamı çox istəyirsən yoxsa məni?

- Mənə səni verdiyinə görə Ananı.


Səninlə olduğumda Cənnətin, sənsiz qaldığımda Cəhənnəmin var olduğuna inanıram ANA!

bunlar cox xosuma geldi. gozel sozlerdi.ssag olun tural bey

 
 
#41 Şərhin müəllifi: Mariwqa
 


Çoox sag ol Tural ela sozlera gore teşakkürlar nn1

 
 
#40 Şərhin müəllifi: n_fermanqizi
 


Turalin yazdigi her bir yazini beyenirem.
Bunu beyenirem demek isteyirem,oxuyuram deyirem yox bu qewengdi sonra o birini oxuyuram drem yox bu qewengdi.Ona gore de hecbirin secmirem hamisi gozel yazilib.
Ellerine saglik nece deyerler.Bele davam ele...

 
 
#39 Şərhin müəllifi: Nur_Ay
 


Sevdiyiniz insanla YUXU-da əl-ələ verib dəniz sahillərində qaçarkən yuxudan ayılıb onu yanınızda görürsünüzsə deməli siz artıq sizi xoşbəxt edəcək insanla evlisiniz.

Sənə verilən şanslardan istifadə etmirsənsə sən ya verilən şansı istəmirsən, yada şansı verəni.

 
 
#38 Şərhin müəllifi: Hafsa
 


-hımm senin için özel insanın yeri neresidir?
-kalbimde annemden sonra hemen altındaki 2'ci yerdir.


--------------------

 
 
#37 Şərhin müəllifi: Onsuz_Hayat
 


Sitat: 2I2_fOr_mEn
bu hissesi diqqetimi yaman cekdi.....sohbet iktisad universietinden gedirse,,4 il oxumusam muellimlerini yaxsi taniyiram .........50 yaxin muellim ders kecin icinden 5-6 denesi olardiki qulaq asirdim ........qalanlarini telebeler yola verirdi......cunki bos -bos seylerden danisirdilar .....

aha adiu bazardi..ekser unilərdə belədi..müəllimlər gəlirlər boş boş danışırlar..düzün deyirəm..bizdə 1, müəllimdiki biz qulaq asırıq

 
 
#36 Şərhin müəllifi: Sehrli...
 


Hamisi biri-birinden maraqli fikirler idi)tesekkurler

 
 
#35 Şərhin müəllifi: _G U L U M_
 


nn6

 
 
#34 Şərhin müəllifi: miss84
 


)))

 
 
#33 Şərhin müəllifi: TELEBE QIZ
 


BIRI BIRINDEN GOZEL VE MENALI SOZLERDI.

 
 
#32 Şərhin müəllifi: EmBaO
 


Mən Allahın varlığına ilk dəfə gözümü açanda, qucağında olduğum anama baxanda inandım.

demək olar ki,hamısın bəyəndim...çoxun oxumuşdum...


--------------------

 
 
#31 Şərhin müəllifi: Ihlamur
 


Umumilikde men en cox beyendiyim hevesle gozlediyim meslehetlerdir demek olarki meslehetlere gore gelirem hamisi xosuma gelir

 
 
#30 Şərhin müəllifi: miw_ulya
 


Həyatda hər şeyə qarşı mübarizə apara bilərəm, dağıdaram, yandıraram, öldürərəm... amma bir tək onunla bacara bilmirəm... VİCDANIMLA!


--------------------

 
 
#29 Şərhin müəllifi: RoMeO__BeZ__JulieTTa
 


Hər gecə yatmazdan əvvəl Kəlimeyi şəhadət oxuyuram, birdən sabah oyanmaram gec olar deyə...

Oxuduqlarimdan bu ela sozdur. Digerlerini oxuyacam teshekkur Londra.


--------------------

 
 
#28 Şərhin müəllifi: MeNDeN_YoXDuR
 




Bir gün mənə desələr hansı rəqəm olmaq istəyərdin. Sıfır olmaq istəyərdim deyərdim.

Nə kimsəyə vurulum, nədə kimsədən bölünüm, nə kimsənin üzərinə gəlinim nə də kimsədən çıxılım.

Qoy sadəcə hər kəsin yanında yazılım.

Ən sevdiyim cümlədir bu smile


--------------------

 
 
#27 Şərhin müəllifi: MisteR_X
 


Səni sevmələrini istəyirsənsə ilk növbədə özün özünü sev, sənə hörmət etmələrini istəyirsənsə ilk növbədə özün özünə hörmət elə, amma səni tərifləmələrini istəyirsənsə özünü pislə.


--------------------

 
 
#26 Şərhin müəllifi: Mournful Boy
 



Bir gün atamdan soruşdum.

- Anamı çox istəyirsən yoxsa məni?

- Mənə səni verdiyinə görə Ananı.



 
 
#25 Şərhin müəllifi: you belong with me
 


Elə bilirdim məni sevən yoxdur, amma sən demə o məni hamıdan çox sevir, heç gözləmədiyim anlarda qarşıma çıxır, hər zamanda yanımdadır, o məni ölənə qədər buraxmayacağına söz verib... mənim PROBLEMLƏRİM!

 
 
#24 Şərhin müəllifi: XANIM_NATIQIZI_ANS
 


tural cox sag ol superdi kovreldim ele bil meni yazmisan

 
 
#23 Şərhin müəllifi: Dr_Zara
 


Uşaq vaxtı bəzi qaldıramayacağım yükləri görəndə deyirdim böyüyəndə bu yükü qaldıraram, amma mən böyüdükcə yüklər də ağırlaşdı.

 
 
#22 Şərhin müəllifi: peace_angel
 


superrr good

 
 
#21 Şərhin müəllifi: selashka
 


Sənə qarşı sevgim hər gün bütün damarlarımda axır, ona görə heç vaxt qan verməyə gedə bilmirəm... istəmirəm başqası da içində sənə qarşı sevgi olan qanımı daşısın.



Turalin yazdigi cox cumleleri boyuk hevesle oxuyuram.Her biri ayri - ayriliqda cox gozeldi.Beyenerek oxudugum gumlelerden biride yuxaridakidir...

 
 
#20 Şərhin müəllifi: ulker-1980
 


Valideyinlərimizə verə biləcəyimiz ən böyük hədiyyə bizim varlığımıza görə onlara edilən təşəkkürdür! nn1

 
 
#19 Şərhin müəllifi: Azadqadin
 


Londra, teshekkur edirem. Hamisi gozel idi. Sechim etmek chetin.


--------------------

 
 
#18 Şərhin müəllifi: gladstudent
 


hamisi menali sozlerdi...arasindan birini sece bilmedim hec....tesekkurler

 
 
#17 Şərhin müəllifi: _MamedovA_
 


Ömrünü türmədə keçirən insanla, Həyatı boy heç bir kitabı oxumayan insan eynidir, sadəcə bir fərqləri var, biri azadlıqdan məhrumdur, digəri savaddan!


Bir gün atamdan soruşdum.

- Anamı çox istəyirsən yoxsa məni?

- Mənə səni verdiyinə görə Ananı.


Kas ki, hər ata övladının anasına belə dəyər vererdi.


--------------------

 
 
#16 Şərhin müəllifi: kapriznaya_lady
 


İlk dəfə müəllimim mənə deyəndə ki, Tural ADİU-da dərs deyəcəksən.

Dedim, mən bacarmaram. axı mən necə başa salacağam tələbələri, hərəsi bir tipdədir.

o mənə dediki:

Auditoriyaya girən də 3 tip tələbələrlə qarşılaşacaqsan.

Sən danışdıqca səni anlayanlar, səni anlamayanlar və tupoylar.

1-cilər üçün davam et, ikincilərə yenidən izah et. 3-cüləri yola ver.



Uşaq vaxtı gizlən qaç oynayanda, hamı qaçıb bir yerdə gizlənirdi mən isə anamı qucaqlayırdım.

- Sən niyə gizlənmirsən Tural?

- Mən gizlənmişəmdə...

- Axı belə səni hamı görür..

- Əsas odur mən Anamdan başqa heç kimi görmürəm


coxsunu beyendim ama en gozumu tutan bunlar oldu 1 de itin qarpiz yemesi sohbeti

superr

 
 
#15 Şərhin müəllifi: FAITHFULLY
 


hmm

 
 
#14 Şərhin müəllifi: Azra...
 


Biz o vaxtı yaxşı ilə pisi ayıra bilirik ki, vicdanımızla nəfsimizi ayıra bilirik.

Kaş bunu hamı edə bilərdi amma cox heyif...

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!